Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3565/2025 26.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 30 aprel 2025-ci il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X1 izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş rentgenoloji fəaliyyət göstərmirlər. Aşkar edilmiş rentgen müəssisədə deyil, anbarda olmuşdur və işlək vəziyyətdə deyildir. Odur ki, məhkəmədən inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 30 aprel 2025-ci il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə saat 14:00da ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl tibb müəssisəsində keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar “rentgenoloji” iş və fəaliyyət ilə məşğul olması faktı aşkar edilmişdir. 16 noyabr 2018-ci il tarixli EL-467/2018 qeydiyyat nömrəli lisenziyadan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Şəxs MMC-yə özəl tibb fəaliyyətini həyata keçirməyə icazə verilmişdir. 16 noyabr 2018-ci il tarixli EL-467/2018/1 qeydiyyat nömrəli lisenziyanın əlavəsindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 16 noyabr 2018-ci il tarixində EL-467/2018 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında Şəxs MMC-yə (hüquqi ünvanı: Quba rayonu, Vladimirovka, VÖEN **********) Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 7 saylı ünvanında özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə görülməsinə icazə verilən işlərə stomatologiya, terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji və cərrahi stomatoloji fəaliyyət aiddir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 06 sentyabr 2022-ci il tarixli 00900-B/2022 qeydiyyat nömrəli xüsusi icazəsindən görünür ki, Şəxs MMC-yə ünvan 1 ünvanında ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarını həyata keçirməyə icazə verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar yoxlamanın keçirilməsi haqqında 28 aprel 2025-ci il tarixli 3-28- 1/3-2-422/2025 nömrəli qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl tibb təşkilatının fəaliyyətinin yoxlanması məqsədilə xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə həmin müəssisədə plandankənar yoxlama aparılması qərara alınmışdır. 29 aprel 2025-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə Şəxs MMC-də plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. 29-30 aprel 2025-ci il tarixli T-144 nömrəli özəl tibb müəssisənin plandankənar yoxlama aktından görünür ki, lisenziyadan kənar “rentgenoloji” iş və fəaliyyət ilə məşğul olması faktı aşkar edildiyinə görə Şəxs MMC barəsində İXM-nin 215.1 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 215.1-ci maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutuluşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi aşkar edilmişdir. Qeyd olunan hallar, tibb müəssisəinin plandankənar (növbədənkənar) yoxlama aktı, habelə işin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə və fotoşəkillərlə sübuta yetirilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 6000 (altı min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3565/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3565/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver