Məhkəmə qərarları › İş №3(011)-3568/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3568/2020

29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3568/2020 29.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə Xətai rayon prokuroru X3 RPİ 37-ci Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan protest vermək üçün müddət bərpasına dair xahişinə baxaraq, MÜƏYYƏN ETDİM: Xətai rayon prokuroru Sərdar İmanov protest ilə məhkəməyə müraciət edərək Xətai RPİ 37-ci Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından protest vermə müddətini bərpa etməklə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliyin aşağıda sadalanan müddəalarına əsasən hesab edirəm ki, müddət bərpa qeyri–mümkün hesab edilməli ,Xətai rayon prokuroru X2 RPİ 37-ci Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi protest və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinin müddəalarından görünür ki, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Qanunvericiliyin göstərişindən aydın görünür ki, (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına rəsmi qaydada verilir. Məhz iştirakçılar qərarı rəsmi qaydada aldıqları vaxtanon gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-ci maddəsinə əsasən prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinə uyğun olaraq prokuror inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etdikdə, həmin işlər üzrə məhkəmə tərəfindən qəbul edilən qərar və ya qərardadlardan protest vermək hüququna malikdir. Məhkəmə belə hesab edir ki, Xətai Rayon Prokurorluğu inzibati xətalar haqqında işə baxılmasında iştirak etmədiyindən və iştirak etmədiyi təqdirdə ona rəsmi qaydada qərarın sürətinin verilməsi Qanunvericilikdə nəzərdə tutulmadığından onun protest vermək üçün buraxılmış müddət üzürlü hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilən Qanunvericiliyə əsasən Xətai rayon prokuroru X2 RPİ 37-ci Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından protest verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi və buraxılmış müddətin bərpa edilməsi qeyri-mümkün hesab edilməli və həmin protestdən şikayətin icraata qəbulundan imtina olunmalıdır. Məhkəmə hesab edir ki, xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından narazı qalan və işin baxılmasında iştirak edən X1 qərardan şikayət vermək üçün müddətin bərpası ilə bağlı vəsatət və şikayət vermək hüququnun olması izah edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 120- 132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Xətai rayon prokuroru X3 RPİ 37-ci Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından protest verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi və buraxılmış müddətin bərpa edilməsi qeyri-mümkün hesab edilsin. Xətai rayon prokuroru X3 RPİ 37-ci Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan protestin icraata qəbulundan imtina olunsun. xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından narazı qalan və işin baxılmasında iştirak edən X1 qərardan şikayət vermək üçün müddətin bərpası ilə bağlı vəsatət və şikayət vermək hüququnun olması izah edilsin. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar