Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3576/2024 23.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Xətai rayon X1 Şöbəsindən daxil olmuş 26 iyul 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs həmin tarixdə saat 15:48-də idarə etdiyi «TOFAŞ ŞAHİN» minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücü avtomaşını narkotik vasitənin təsiri altında idarə etməsi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, «TOFAŞ ŞAHİN» minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili o idarə etmişdir. Yol hərəkəti qaydalarını pozduğu üçün polis əməkdaşları onu saxlamışdırlar. Həmin vaxt narkotik vasitə istifadə etmişdir. Narkotik vasitəni yalnız toyda, bayramda qonaq ediləndə çəkir. Hazırda inzibati xətanı törətməsini, əməlindən peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 iyul 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi «TOFAŞ ŞAHİN» minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olduğundan, barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1, 333-1.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 26 iyul 2024-cü il tarixli, 1/785 nömrəli aktdan görünür ki, müayinə nəticəsində Şəxs “THC” maddəsinin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333-1.1-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və «Sərxoşluq vəziyətinin tibbi müayinəsi haqqında» akt ilə və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırma növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3576/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3576/2024
23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver