Məhkəmə qərarları › İş №3(011)-358/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-358/2022

08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-358/2022 08.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Səbail Rayon Dövlət X7 inzibati tənbeh vermə haqqında 12.01.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 şikayətlə məhkəməyə müraciət edərək, Səbail Rayon Dövlət X7 inzibati tənbeh vermə haqqında 12.01.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlirəm ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün verilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Neftçilər prospektində nəqliyyat vasitəsini idarə edərkən 338.2-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, piyadalar tərəfindən yolun hərəkət hissəsinin dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçməsi göstərilmiş və Azərbaycan Respublikası İXM-nin 338.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Səbail Rayon Dövlət X7 Yol Patrul Xidməti İnspektoru Polis X1 tərəfindən 20 (iyirmi) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verildiyini və ehtimal olunan inzibati xətanın Səbail rayonu ərazisində baş verdiyini nəzərə alaraq hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar