Məhkəmə qərarları › İş №3(011)-358/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-358/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-358/2025 31.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, protokol EQ 25158996 nömrəli inzibati tənbeh haqqında qərarların ləğv edilməsini və inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Əhmədli kəndinin girişi (arka) adlanan ərazidə 330.0.1. nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə EQ25158996 elektron protokol tərtib olunmuşdur. Həmin ərazidə 1.14.1 piyada keçidi tamamilə silinib və qarşısında quraşdırılan 5.16.2 nişanı yolun sağ tərəfində ümumiyyətlə yoxdur, yalnız yolun sol kənarında piyada keçidindən sonra 5.16.1 nişanı quraşdırılıb ki, hansı ki qarşısını yolun kənarındakı ağaclar kəsərək məhdud görünmə sahəsində saxlayır. Bütün bunları qeyd edərək vurğulamaq istərdi ki, piyada keçidinə yalnız bir neçə metr qalmış 5.16.1 nişanı görünür, əslində bu nişan yolun sağ küncündə piyada keçidinin birbaşa qarşısında quraşdırılmalı və uzaqdan aydın şəkildə görünməlidir. Yol nişanları və siqnalları haqqında konvensiyanın 3-cü bölməsinin 37-ci hissəsində vurğulandığı kimi piyada keçidinin işarələndiyi zolaqlar arası məsafə ən azı bu zolaqların eninə bərabər olmalı və ondan iki dəfədən artıq olmamalıdır. Bir zolağın və zolaq arası məsafənin ümumi eni 1 m-dən 1,40 m-dək təşkil etməlidir. Piyada keçidinin tövsiyəsi olunan minimal eni hərəkət sürətinin saatda 60 km/saat həddində məhdudlaşdırıldığı yollarda 2,5 m, sürətin daha yüksək olduğu və ya məhdudlaşdırılmadığı yerlərdə isə 4 m olmalıdır. Yuxarıda göstərilən 3 şərtdən heç biri ödənmədiyi halda sürücülər hansı əsasla elektron 330.0.1 protokol tərtib edilir, bu sürücülər üçün bir tələ və piyadalar üçün təhlükədir. Aidiyyatı qurumlar niyə məsələni həll etmir, gözləyirlər ki ərazidə yol nəqliyyat hadisəsi baş versin? Kamerada protokolu tərtib edən şəxs orada 5.16.2 nişanının olmadığını və 1.14.1 zolağının tamamilə silindiyini görmür, burada məqsəd piyadaların təhlükəsizliyini təmin etməkdir, amma əksinə piyadalara təhlükə yaradır belə natamam silinmiş piyada keçidləri. Digər məsələyə gədikdə o, 99TF090 nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman qarşısındakı avtomobilə görə gələn piyada görünmürdü , yalnız piyadanı yanından keçərkən görüntü dairəsinə çatmış oldu. Burada aydın görünür ki, o, 3-cü zolaqdan keçən zaman piyada hələ 2-ci zolağın ortasındadır və ancaq silinmiş zolağa çatan zaman piyada görünür. Elektron protokol tərtib olunduqdan sonra həmin əraziyə yaxınlaşıb bir müddət orada müşahidə aparmışlar və həmin müddətdə bir neçə nəqliyyat vasitəsi 1.14.1 piyada keçidinin silinməsi və yağışlı havada ümumiyyətlə görünməməsi, həmçinin 5.16.2 nişanının yolun sağ kənarında olmaması, sol kənardakı 5.16.1 nişanının qarşısını ağac kəsdiyi üçün qəza hallarının yaranmasına və sürücülərin qəzadan çox çətinliklə yayıldığının şahidi olmuşlar. Buradan məsələyə toxunaraq bildirmək istərdi ki, həmin ərazidə yaşayan piyadalar orada zolağın silinməsinə rəğmən orada 1.14.1 piyada keçidi olduğunu bildikləri üçün yola atılırlar və bundan xəbərsiz sürücülər piyadaları vurmaqdan çətinliklə yayınırlar. Ərazidə olan kamera hündürlükdə olduğu üçün 360 dərəcə dron effekti görünüş əldə etdiyi üçün 1.14.1 piyada zolağının, yolun nəqliyyat vasitəsi az keçən hissəsində, hansı ki, çox vaxt avtomobillər park etdiyi üçün zolağın silinmiş izlərini və ağac qarşısını kəsən 5.16.1 piyada keçidi nişanını görür. Lakin avtonəqliyyat vasitəsində videoqeydiyyatçıdan əldə olunmuş video görüntülərdə 1.14.1 piyada zolağının tamamilə görünməz olduğu və 5.16.1 yolun sol kənarındaki piyada keçidi nişanı yalnız zolağa çatan anda görünür, hansı ki artıq zolağı keçmiş olurlar. Məsələnin videosu videoqeydiyyatçıdan götürülərək şikayət məktubuna əlavə olunmuşdur və media orqanlarına ərazidəki çatışmamazlıq, sürücülər üçün tələ və piyadalar üçün təhlükə olduğu bir yer kimi işıqlandırılması üçün göndərilmiş və youtube kanalına yüklənmişdir. Götürülmüş video məhkəmədə və digər hərəkətlərdə sübut kimi istifadə olunacaqdır. Bütün yuxarıda sadalananları nəzərə alaraq bildirmək istəyir ki, ərazidə olan çatışmamazlıq zolağın silinməsi, 5.16.2 nişanının yerində olmaması və soldakı 5.16.1 nişanının qarşısını ağac kəsib məhdud görünmə sahəsində olduğu üçün ona yazılan protokol yenidən araşdırılmalı və xitam verilməlidir. Deməli iş materiallarında olan sənədlər eləcə də foto və video sübutlar, sözügedən protokolun tam olaraq qanunsuz olduğunu bir daha sübuta yetirir. Bu səbəbdən hesab edir ki, sözügedən protokol etibarsız hesab edilməli və onun əsasında qəbul edilmiş qanunsuz qərar ləğv edilməklə barəsində aparılan inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasında X4 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, onun DİN-nə ünvanladığı şikayətindən sonra və məhkəməyə müraciətindən sonra M.Hadi küçəsinin kənd Əhmədli ilə kəsişməsində olan piyada keçidi bərpa olunmuş və yolun sağ tərəfində 5.16.2 piyada keçidi nişanı quraşdırılmışdır. Bu hərəkətlər bir daha onun günahsız olduğu sübut edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixində, saat 12:10-da Əhmədli kəndinin girişində “Mercedes Benz E270 CDİ minik” markalı, **-TF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Əhmədli kəndinin girişində yolun sol tərəfində piyada keçidinin olmasını göstərən 5.16.1 yol nişanı quraşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 330.0.1-ci maddəsinə əsasən sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Qeyd: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixində, saat 12:10-da Əhmədli kəndinin girişində “Mercedes Benz E270 CDİ minik” markalı, **-TF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 şikayət ərizəsində və məhkəmə iclasında verdiyi izahatında ərazidə olan zolağın silinməsini, 5.16.2 nişanının yerində olmamasını və soldakı 5.16.1 nişanının qarşısını ağac kəsməklə məhdud görünmə sahəsində olmasını, onun DİN-nə ünvanladığı şikayətindən sonra və məhkəməyə müraciətindən sonra M.Hadi küçəsinin kənd Əhmədli ilə kəsişməsində olan piyada keçidinin bərpa olunduğunu və yolun sağ tərəfində 5.16.2 piyada keçidi nişanı quraşdırıldığını, buna baxmayaraq barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X3 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Həmçinin, məhkəmə iclasında 01 ədəd diskdə olan videogörüntüyə və iş materiallarına əlavə edilmiş fotoşəkillərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Əhmədli kəndinin girişində yolun sol tərəfində piyada keçidinin olmasını göstərən 5.16.1 yol nişanının quraşdırılmasına baxmayaraq X4 xx.xx.2024-cü il tarixində “Mercedes Benz E270 CDİ minik” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməmişdir. Həmçinin şikayətçi ərizəsində soldakı 5.16.1 nişanının qarşısını ağac kəsməklə məhdud görünmə sahəsində olmasını qeyd etsə də, videogörüntüyə baxış keçirilərkən müəyyən edilir ki, həmin nişan rahatlıqla görülə bilən yerdə quraşdırılmışdır və onun görüntüsünü ağac kəsmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar