Məhkəmə qərarları › İş №3(011)-3581/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3581/2024

21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3581/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, DİN Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 08 avqust 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP5774304 nömrəli protokola əsasən qəbul edilmiş 08 avqust 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, X1 DİN BDYPİ-nin 08 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə qanunsuz və əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 manat – 3 bal cərimə edilmişdir. Eyni protokol və qarərdan verdiyi şikayət üzrə Xətai rayon Məhkəməsində qəbul edilmiş müxtəlif tarixlərdə qərarlara əsasən inzibati tənbeh haqqında qərar yenidən baxılması üçün geri qaytarılmışdır. Bundan sonra onun iştirakı və xəbəri olmadan xx.xx.2024-cü tarixdə həmin qərar yenidən baxılmış və İXM-nin 327.2-ci maddəsilə yenidən cərimə edilməsi barədə SMS radar vasitəsilə bilmişdir. Həmin qərar qanunsuz və əsassız çıxarılmışdır. Qeyd edir ki, DYP əməkdaşı 19 oktyabr tarixində onu bravo market yaxınlığında saxladaraq qayda pozduğunu bildirmiş və heç nə demədən çıxıb getmişdir. Bundan bir müddət sonra sms radar vasitəsilə cərimə olunmağı barədə bildiriş gəlmişdir. Protokol elektron tərtib edilmişdir. Qeyd edir ki, əgər inzibati xəta törətməsi DYP əməkdaşı tərəfindən bilavasitə aşkar edilmişdirsə, nə səbəbə o yerindəcə protokol tərtib etməmiş və qeydlər aparmaq, imza etmək kimi hüquqları pozulmuşdur. Hazirki vaxta qədər inzibati xətanı törətməsi ilə bağlı sübutlar yəni foto, video materiallar istifadəsində olan elektron kabinetə yerləşdirilməmişdir. Odur ki, barəsində qəbul edilmiş 08 avqust 2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş X3 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 08 avqust 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 80 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X1 tərəfindən verilən şikayət qismən təmin edilmiş, Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsi tərəfindən 19 oktyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərar ləğv edilmişdir. İnzibati Xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X1 tərəfindən verilmiş şikayət təmin olunmamalı, DİN Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP5774304 nömrəli protokola əsasən qəbul edilmiş 08 avqust 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. DİN Baş X3 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP5774304 nömrəli protokola əsasən qəbul edilmiş 08 avqust 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar