Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3582/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs DEBET SAFETY» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Əbdülrəhimov X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-ci maddəsi ilə 24 avqust 2022-ci il tarixli, 00100-1782/22 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 76A77510/76A77610nömrəli nəqliyyat vasitəsinin üzərindəki TGCU5285970 nömrəli konteynerdə ACZC221003 saylı xx.xx.2022-ci il tarixli invoys üzrə daxil edilmiş və **********3197, **********3232 saylı GB-ləri ilə bəyan edilmiş yükə gömrük yoxlqaması keçirilən zaman , **********3197 saylı GB-də toxunma rezin zolaqlar, **********3232 saylı GB-də lipuçka yükü bəyan edildiyi halda avtomaşında faktiki dişləri plastik və qiymətsiz metallardan olan zəncirbəndlər, 15 sm-lik (qara rəng)-25.500 ədəd, 75 sm-lik qara rəng 10 ədəd, 80 sm-lik (qara rəng)-350 ədəd, qiymətsiz metallardan olan zəncirbəndlər, 62 sm-lik (qara trəng 2500 ədəd 4500 ədəd, cəmi 32950 ədəd 8655 netr zəncirbənd yükü aşkar edilmişdir. Şəxs MMC Yaşıl dəhliz iştirakçısı olduğu üçün **********3197, **********3232 saylı avtomatik arxivləşmişdir. Şəxs MMC Yaşıl dəhliz iştirakçısı olduğu üçün **********3197 GB üzrə 1057 manat, **********3232 saylı GB üzrə 971,44 manat gömrük ödənişləri ödənilmiş, həmin gömrük bəyənnamələri buraxılışa cverilmiş və arxivləşmişdir. Beləliklə GB-lər üzrə gömrük ödənişlərinin məbləğinə təsir etməyən düzgün bəyan etməmə pozuntusuna yol verilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs DEBET SAFETY» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Əbdülrəhimov X4 barələrində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs Şəxs MMC Yaşıl dəhliz iştirakçısı olduğu üçün **********3197 GB üzrə 1057 manat, **********3232 saylı GB üzrə 971,44 manat gömrük ödənişləri ödənilmiş, həmin gömrük bəyənnamələri buraxılışa verilmiş və arxivləşmişdir. Beləliklə GB-lər üzrə gömrük ödənişlərinin məbləğinə təsir etməyən düzgün bəyan etməmə pozuntusuna yol verilmişdir. Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X1 tərəfindən tərtib edilmiş İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 00100-1782/22 nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 76A77510/76A77610nömrəli nəqliyyat vasitəsinin üzərindəki TGCU5285970 nömrəli konteynerdə ACZC221003 saylı xx.xx.2022-ci il tarixli invoys üzrə daxil edilmiş və **********3197, **********3232 saylı GB-ləri ilə bəyan edilmiş yükə gömrük yoxlqaması keçirilən zaman , **********3197 saylı GB-də toxunma rezin zolaqlar, **********3232 saylı GB-də lipuçka yükü bəyan edildiyi halda avtomaşında faktiki dişləri plastik və qiymətsiz metallardan olan zəncirbəndlər, 15 sm-lik (qara rəng)-25.500 ədəd, 75 sm-lik qara rəng 10 ədəd, 80 sm-lik (qara rəng)-350 ədəd, qiymətsiz metallardan olan zəncirbəndlər, 62 sm-lik (qara trəng 2500 ədəd 4500 ədəd, cəmi 32950 ədəd 8655 netr zəncirbənd yükü aşkar edilmişdir. Şəxs MMC Yaşıl dəhliz iştirakçısı olduğu üçün **********3197, **********3232 saylı avtomatik arxivləşmişdir. Şəxs MMC Yaşıl dəhliz iştirakçısı olduğu üçün **********3197 GB üzrə 1057 manat, **********3232 saylı GB üzrə 971,44 manat gömrük ödənişləri ödənilmiş, həmin gömrük bəyənnamələri buraxılışa verilmiş və arxivləşmişdir. Beləliklə GB-lər üzrə gömrük ödənişlərinin məbləğinə təsir etməyən düzgün bəyan etməmə pozuntusuna yol verilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 482.3-cü maddəsinə əsasən, Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci yarımbəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs Beləliklə GB-lər üzrə gömrük ödənişlərinin məbləğinə təsir etməyən düzgün bəyan etməmə pozuntusuna yol verilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3582/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3582/2022
31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver