Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3586/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində (15 iyul 2024-cü il tarixli MN №1933350 saylı inzibati xəta haqqında protokol əsasında) AR İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat cərimə olunmasına dair 29 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq edilməsinə dair qərarın ləğv edilməsini xahiş etmişdir. X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, X12 Xidmətinin 29 iyul 2024-cü il tarixli, MN ******* №-li “inzibati tənbeh vermə haqqında” qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə əsaslanaraq, barəsində 3000 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsi qərara alınmışdır. Hesab edir ki, X12 Xidmətinin 29 iyul 2024-cü il tarixli, MN ******* №-li «inzibati tənbeh vermə haqqında» qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, həmin qərarda müəyyən edilmişdir ki, guya X2, X3 və X9 xx.xx.2024-cü il tarixindən hazırkı dövrədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən idarə heyətinin sədri olduğu və hüquqi ünvanı ünvan 1SC-də (VÖEN:**********) işlərin (xidmətlərin) yerinə yetirlməsinə cəlb etmişdir. Bununla bağlı qeyd edir ki, həmin şəxslərlə idarə heyətinin sədri olduğu "xxxx" ASC arasında müvafiq olaraq xx.xx.2023-cü il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli əmək müqavilələri bağlanılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixində Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən həmin şəxslərlə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin tarixdən etibarən həmin şəxslər rəhbəri olduğu Cəmiyyət tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməmişlər. Həmçinin qeyd edir ki, həmin şəxslər "xxxx" ASC-də əmək müqaviləsi ilə işlədikləri dövrdə icazə alınmaqla işğaldan azad olunmuş ərazlərdə işlərə cəlb olunmuşlar. Həmin şəxslərlə bağlanmış əmək müqaviləsinə xitam verildikdən xx.xx.2024-cü il tarixli məktubla X15 rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevə müraciət olunaraq həmin şəxslərin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına olan giriş-çıxış üçün xüsusi isazənin ləğv edilməsi xahiş olunmuşdur. Həmçinin qeyd edir ki, həmin şəxslərin xx.xx.2024-cü il tarixindən hazırkı dövrədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən rəhbəri olduğu "xxxx" ASC tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında işlərin xidmətlərin) yerinə yetirlməsinə cəlb edilmələrinin yerindəcə müəyyən edilməsini təsdiq edən yoxlama tədbirinin nəticələrinə dair sübut əhəmiyyətinə malik hər hansı protokol və ya Akt tərtib edilməmişdir. Eyni zamanda qeyd edir ki, həmin şəxslərin xx.xx.2024-cü il tarixindən hazırkı dövrədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən rəhbəri olduğu "xxxx" ASC-də işlərin (xidmətlərin) yerinə yetirlməsinə cəlb edilmələrini təsdiq edən hər hansı sübutedici fakt, eləcədə həmin şəxslərin qeyd olunan faktı təsdiq edən izahatları da mövcud deyildir. Qeyd olunan əsaslara görə də hesab edir ki, X12 Xidmətinin 29 iyul 2024-cü il tarixli, MN ******* №-li «inzibati tənbeh vermə haqqında» qərarı qeyd olunan hüquq normalarının pozulması ilə qəbul edildyindən, bu səbəbdən də əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. X12 Xidmətinin 29 iyul 2024-cü il tarixli, MN ******* №-li «inzibati tənbeh vermə haqqında» qərarı ona xx.xx.2024-cü il tarixində poçt vasitəsilə təqdim olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 29 iyul 2024-cü il tarixli, MN ******* №-li “inzibati tənbeh vermə haqqında” Qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X16 şikayəti əsassız hesab edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin İnzibati tənbeh vermə haqqında MN №1613475 saylı, 29 iyul 2024-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 vəkili Nümayəndə şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatınlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin rəis müavini X4 tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" ASC-nin idarə heyətinin sədri X5 tərəfindən vətəndaş X6, X10 və X13 xx.xx.2024-cü il tarixindən bu günədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 3000 (üç min) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. 01 iyul 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 88 №li əmrdən görünür ki, "xxxx" ASC bölməsində “fəhlə” vəzifəsində işləyən X14 ilə bağlanmış 5J9E07U000700 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2 ”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2022 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilmişdir. 01 iyul 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 88 №li əmrdən görünür ki, "xxxx" ASC bölməsində “sürücü” vəzifəsində işləyən X11 ilə bağlanmış 5GH68ZG000700 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2 ”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2021 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 5.25 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilmişdir. 01 iyul 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 88 №li əmrdən görünür ki, "xxxx" ASC bölməsində “fəhlə” vəzifəsində işləyən X7 ilə bağlanmış 5ESQJM7000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2 ”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 7 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilmişdir. "xxxx" ASC-nin 02 iyul 2024-cü il tarixli 140 №-li məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Qubadlı rayonunda yol infostrukturunun bərpası ilə əlaqədar məktuba əlavə edilən siyahı üzrə Cəbrayıl, Qubadlı, Zəngilan zonalarına giriş-çıxış üçün xüsusi icazənin ləğv edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 192.1-ci maddəsinə əsasən, nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilməlidir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, X1 vəkili Nümayəndə izahatında bildirmişdir ki, həmin şəxslər "xxxx" ASC-də əmək müqaviləsi ilə işlədikləri dövrdə icazə alınmaqla işğaldan azad olunmuş ərazlərdə işlərə cəlb olunmuşlar. Həmin şəxslərlə bağlanmış əmək müqaviləsinə xitam verildikdən xx.xx.2024-cü il tarixli məktubla X15 rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevə müraciət olunaraq həmin şəxslərin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına olan giriş-çıxış üçün xüsusi isazənin ləğv edilməsi xahiş olunmuşdur. Həmin şəxslərin xx.xx.2024-cü il tarixindən hazırkı dövrədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən "xxxx" ASC tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında işlərin xidmətlərin) yerinə yetirlməsinə cəlb edilmələrinin yerindəcə müəyyən edilməsini təsdiq edən yoxlama tədbirinin nəticələrinə dair sübut əhəmiyyətinə malik hər hansı protokol və ya Akt tərtib edilməmişdir. Məhkəmə hesab edir ki, X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərdiyi hallar şikayət ərizəsinə əlavə olunmuş sənədlərlə, onun məhkəməyə təqdim etdiyi sübutlarla öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə qeyd edilən halları 101-ci maddəsində nəzərdə tutulmuş müstəsna halların olub-olmamasını, MMC-nin 107-ci maddədə nəzərdə tutulmuş fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət sahələri ilə məşğul olubolmamasını araşdırılmasını zəruri hesab edir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 29 iyul 2024-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 29 iyul 2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3586/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3586/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver