Məhkəmə qərarları › İş №3(011)-3588/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3588/2021

01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3588/2021 01.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə X1 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 20.09.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 20.09.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayəti onunla əsaslandırmışdır ki, Xətai rayonu, H.Salmani küçəsində kirayə evdə yaşayır. Özünə məxsus “X5 C30” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini binanın qabağında təhlükəsiz yerdə saxlamışdır. 5 dəqiqəlik evə girmiş və telefona mesaj gəlmişdir ki, 20 manat cərimə olunmuşdur. İ qrup əlil əlildir, heç bir yerdə işləmir. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 20.09.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, X2 və Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə X2 və Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 20.09.2021-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X2 20.09.2021-ci il tarixdə H.Salmani küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 20 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. “X3” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə nəqliyyat vasitələrinin durması qadağandır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X2 20.09.2021-ci il tarixdə H.Salmani küçəsində “X5 C30” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanmanın qadağan edildiyi yerdə durmuşdur. X1 5 dəqiqəlik evə getməsi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 20.09.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv üçün əsas deyildir. Həmçinin dayanma qaydasını pozmasını etiraf edərək İ qrup əlil olmasına və heç bir yerdə işləməməsinə görə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsində şəxsin əlil olması və ya işləməməsi inzibati tənbeh vermə haqqında qərarı ləğv etmək üçün əsas kimi nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 20.09.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından şikayətçi X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X1 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 20.09.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar