Məhkəmə qərarları › İş №3(011)-3622/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3622/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3622/2024 10.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi, 26 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 06 avqust 2024-cü il tarixli, MN seriyalı ******* protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, «İ-H Technologies and Supports” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X7 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək fəhlə peşəsi, X3 isə xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində fəhlə peşəsi üzrə vəzifələri nəzərdə tutulmuş əmək müqaviləsi hüuqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsi üçün cəlb edilmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi, 26 saylı Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, hal-hazırda məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, əvvəlki verdiyi izahatlar ona hansı formada deyilmişsə, o formada yazılmışdır. Cavad Hidayətovun şirkətə aidiyyatı yoxdur və şirkətdə heç bir xidmət göstərməmişdir. O cərimə olunmaqdan qorxaraq əvvəlki izahatında Cavad Hidayətovun işlədiyini yazmışdır. Şirkətin direktoru Cavad Hidayətovu tanımır, sonuncunu görməmişdir. Həmçinin «İ-H Technologies and Supports” Məhdud Məsuliyyətli Cəmiyyəti-nin direktoru X6 Əmək Müfəttişliyinin sorğusuna vermiş olduğu cavabda bildirmişdir ki, Cavad Hidayətov «İ-H Technologies and Supports” Məhdud Məsuliyyətli Cəmiyyəti-də işləməyib, onunla tanışlığı yoxdur. Göründüyü kimi X4 «İ-H Technologies and Supports” Məhdud Məsuliyyətli Cəmiyyəti-də işləməsi direktorun heç bir göstərişi və məlumatı olmadan X2 təşəbbüsü ilə olmuşdur. X19 X1 rəsmi cavab verdiyi məktuba heç bir qiymət verməyərək onun barəsində inzibati tənbeh olunması barədə qərar qəbul edilmişdir. Həmçinin X12 hal-hazırda mübahisələndirilən qərarı əsas götürərək hüquqi şəxsin barəsində də, inzibati tənbeh tədbirinin tədbiq edilməsi məqsədi ilə müvafiq protokolu məhkəməyə göndərmişdir. Hesab edir ki, şikayəti təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, əvvəlki verdiyi izahatlar ona hansı formada deyilmişsə o formada yazılmışdır. Cavad Hidayətovun şirkətə aidiyyatı yoxdur və şirkətdə heç bir xidmət göstərməmişdir. O cərimə olunmaqdan qorxaraq əvvəlki izahatında Cavad Hidayətovun işlədiyini yazmışdır. Şirkətin direktoru Cavad Hidayətovu tanımır, sonuncunu görməmişdir. Özünün dəvəti və təşəbbüsü ilə ona yardım etmək üçün gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin çıxışlarını dinləyib hesab edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduqlarından, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından həmin materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Xətai Rayon Məhkəməsinin 3(011)-3953/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qərarı ilə hüquqi şəxs Şəxs direktoru X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmiş, həmin qərarın ləğvi barədə şikayəti qismən təmin edilərək qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. X2 izahatında adını qeyd etdiyi X5 şəxsiyyəti müəyyənləşdirilməmiş, izahatı alınaraq zəruri araşdırma aparılmamış, həmin vətəndaşla Şəxs arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilməmiş, daxil olmuş məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında protokol tərtib edilərək iş materialları məhkəməyə göndərilmişdir. Bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Bundan başqa X2 məhkəmə iclasında verdiyi izahatdan da göründüyü kimi əvvəlki verdiyi izahatlar ona hansı formada deyilmişsə o formada yazılmışdır. Cavad Hidayətovun şirkətə aidiyyatı yoxdur və şirkətdə heç bir xidmət göstərməmişdir. O, cərimə olunmaqdan qorxaraq əvvəlki izahatında Cavad Hidayətovun işlədiyini yazmışdır. Şirkətin direktoru Cavad Hidayətovu tanımır, sonuncunu görməmişdir. Özünün dəvəti və təşəbbüsü ilə ona yardım etmək üçün gəlmişdir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasın Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmələri müəyyən olunmalıdır. İş materiallarında olan 06 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda isə hüquqi şəxs Şəxs tərəfindən protokolda adı qeyd edilən şəxslərin əməyə cəlb edilmələri göstərilsə də, araşdırma natamam şəkildə aparıldığından və yuxarıda qeyd olunan xüsusatlar aydınlaşdırılmadığından, iş materiallarında bu barədə hər hansı sübut mövcud deyildir. Odur ki, yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq məhkəmə tərəfindən hüquqi şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 06 avqust 2024cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar