Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3628/2022 10.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 01 sentyabr 2022-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxsin nümayəndəsi və vəkili X3 məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 1860 kv.m tutan ərazinin 1500 kv.m hissəsi, həmçinin dəzgahlar və onların yerləşdiyi ərazi (310 m2) isehsalat zərurəti ilə əlaqədar olaraq müvəqqəti olaraq "xxxx" Firması tərəfindən “Çinarlı-2020" MMC-ə icarəyə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən çıxarışa əsasən "xxxx" MMC AZ5000, ünvan 2 ünvanında yerləşerək 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi uçota alınmışdır. Bundan əlavə "xxxx" MMC tərəfindən Almaniyanın “X4 Polyrema” şirkətinə xx.xx.2020 - 150000 EUR və xx.xx.2020ci - 160000 EUR avans Ziraat Bankın Sumqayıt filialı vasitəsilə köçürülmüşdür. Bütün bunlar təsdiq edir ki, "xxxx" MMC tərəfindən törədilməsi ehtimal olunan inzibati xəta Sumqayıt şəhəri ərazisində törədilmişdir. Qeyd olunanlardan əlavə bildirmişdir ki, "xxxx" MMC-nin təsisçisi X1 qeydiyyat ünvanı olan ünvan 3 ünvanı olsa da, göstərilən ünvanın "xxxx" MMC tərəfindən törədilməsi ehtimal olunan inzibati xəta ilə heç bir əlaqəsi yoxdur. Beləliklə, işin məhkəmə aidiyyatı müəyyən edilərkən ərazi aidiyyat qaydalarının pozuntusuna yol verilmişdir. Qeyd edilənlərə əsasən, hazırki işin baxılması üçün aidiyyatı üzrə Sumqayıt şəhər məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə protokol və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün göndərilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Vəsatət və ona əlavə edilmiş sənədlərdən görünür ki, ehtimal olunan inzibati xəta Sumqayıt şəhərinin ərazisində törədilmiş, həmçinin, hüquqi şəxsin nümayəndəsi və vəkili X3 müvafiq vəsatətlə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati tənbeh vermə haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Hakim: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3628/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3628/2022
10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver