Məhkəmə qərarları › İş №3(011)-3635/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3635/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3635/2025 16.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru Fərid Tapdıqovun, Bakı şəhəri Baş Polis İdarəsi X15 İdarəsinə bilavasitə tabe olan YPXA-nın YPX-nın baş inspektoru, polis mayoru X4 iştirakları ilə, xx xxxxx 1972-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X10 xx.xx.2025-ci il tarixdə saat 22:33 radələrində Xətai rayonu ərazisində, “Xəzər TV” yaxınlığında idarə etdiyi “Nissan Maxima” minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən polisin saxla əmrinə tabe olmamış, avtomobili saxlamamışdır. Tıxac səbəbindən daha sonra avtomobil saxlanıldıqda yenə polisə tabesizlik göstərmiş və ictimai asayişi və qaydanı kobud şəkildə pozmuşdur. Polis bölməsinə aparıldıqdan sonra onun sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru Fərid Tapdıqov tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi və Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis serjantı X11 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə 15 may 2025-ci il tarixli, MN ******* nömrəli və 15 may 2025-ci il tarixli İXP ******* saylı protokollar tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru Fərid Tapdıqov və Bakı şəhəri Baş Polis İdarəsi X15 İdarəsinə bilavasitə tabe olan YPXA-nın YPX-nın baş inspektoru, polis mayoru X8 protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, içkili vəziyyətdə avtomobili idarə etmiş, polis əməkdaşı ona saxla əmri verilməmiş, avtomobilin işıqlarının yanıb sönən işıqları vasitəsilə ona işarə verilmiş, o da bu işıqları gördükdən sonra avtomobili saxlamış və hər hansı tabesizlik göstərməmişdir. O, içkili vəziyyətdə avtomobili idarə etdiyi üçün peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 may 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, raport əsasında müəyyən edilmişdir ki, X10 xx.xx.2025-ci il tarixdə saat 22:33 radələrində Xətai rayonu ərazisində, “Xəzər TV” yaxınlığında idarə etdiyi “Nissan Maxima” minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən polisin saxla əmrinə tabe olmamış, avtomobili saxlamamışdır. Tıxac səbəbindən daha sonra avtomobil saxlanıldıqda yenə polisə tabesizlik göstərmiş və ictimai asayişi və qaydanı kobud şəkildə pozmuşdur. Həmçinin, 15 may 2025-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, X10 avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, polis əməkdaşı xx.xx.2025-ci il tarixdə saat 22:33 radələrində Xətai rayonu ərazisində, “Xəzər TV” yaxınlığında xidmətdə olan zaman “Nissan Maxima” minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi vermiş, sürücü tabesizlik göstərmişdir. 800-900 metr sonra tıxac səbəbilə maşın saxlanılmış, sürücü maşından düşdükdən sonra da tabesizlik göstərməyə davam etmişdir. Əraziyə çağırılan PPX əməkdaşları həmin şəxsi 37-ci PŞ-yə gətirmiş, şöbədə həmin şəxsin spirtli içki təsiri altında olduğu müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 15 may 2025-ci il tarixli 2/1372 saylı aktdan görünür ki, X1 müəyyən edilmişdir. Tutma haqqında 15 may 2025-ci il tarixli protokoldan görünür ki, X10 15 may 2025-ci il tarixdə saat 23:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:33 radələrində Xətai rayonu ərazisində, “Xəzər TV” yaxınlığında “Nissan Maxima” minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün, polisin saxla əmrinə tabe olmamamış və eyni zamanda, saxlanıldıqdan sonra avtomobildən düşərdüşməz polis əməkdaşlarına tabesizlik göstərmiş, həmçinin onun sərxoş olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş videogörüntüyə tərəflərin iştirakı ilə baxış keçirilmiş, həmin görüntülərdə X7 xəbərdarlıq (işıq və səs siqnalları ilə) verilməsinə baxmayaraq avtomobili dayandırmamış, yalnız əks istiqamətdən gələn avtomobillə rastlaşdığı və yolu davam etdirmək imkanı olmadığından avtomobili saxlamışdır. Daha sonra avtomobilin açarlarını başqa şəxsə verərək işin gedişatına maneəçilik törətmiş, polis əməkdaşına öz vəzifəsini icra etməsinə maneə olmuşdur. Bununla da, X3 Xətalar Məcəlləsinin 535.1 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə X2 peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal olaraq qəbul edir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini(əvvəllər məhkum olunmasını), iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X3 Xətalar Məcəlləsinin 535.1 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmaqla barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 15 may 2025-ci il tarixdən saat 23:20-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar