Məhkəmə qərarları › İş №3(011)-3637/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3637/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3637/2025 16.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru Fərid Tapdıqovun, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1965-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏNETDİM: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 16 may 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilməyərək bildirmişdir ki, işin gedişatını əlindəki telefon vasitəsilə lentə almış, polis işçilərinə telefonu əlindən aldıqları üçün irad bildirmiş, hər hansı qaydada tabesizlik etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru Fərid Tapdıqov izahatında bildirmişdir ki, Akhmedov Malik xx.xx.2025-ci il tarixdə saat 22:33 radələrində Xətai rayonu ərazisində, “Xəzər TV” yaxınlığında idarə etdiyi “Nissan Maxima” minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən polisin saxla əmrinə tabe olmamış, avtomobili saxlamamışdır. Tıxac səbəbindən daha sonra avtomobil saxlanıldıqda yenə polisə tabesizlik göstərmiş və ictimai asayişi və qaydanı kobud şəkildə pozmuşdur. Əraziyə çağırılan PPX əməkdaşları tərəfindən həmin şəxslər 37-ci PŞ-yə gətirmiş, şöbədə həmin şəxslərin X6, Şəxs və X7 olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında ifadəsi alınmış şahid polis serjantı X5 bildirmişdir ki, xx.xx.2025ci il tarixdə X1 əmri verilmiş, sonuncu, idarə etdiyi “Nissan Maxima” minik markalı, **-MB- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən polisin saxla əmrinə tabe olmamış, avtomobili saxlamamışdır. Avtomobil saxlandıqdan sonra sərnişin yerində olan Şəxs avtomobilin sürücüsünün tutulmasını gördükdə polisə maneə olmağa çalışmış, onun əlindən tutaraq sürücünün azad olmasına cəhd etmiş, digər polis məmurunun isə silahına əl ataraq, söyüşlər söyərək polisə tabesizlik etmişdir. Məhkəmə iclasında ifadəsi alınmış şahid polis serjantı X4 bildirmişdir ki, xx.xx.2025ci il tarixdə X1 əmri verilmiş, sonuncu, idarə etdiyi “Nissan Maxima” minik markalı, **-MB- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən polisin saxla əmrinə tabe olmamış, avtomobili saxlamamışdır. Avtomobil saxlandıqdan sonra sərnişin yerində olan Şəxs avtomobilin sürücüsünün tutulmasını gördükdə polis serjantı X3 maneə olmağa çalışmış, onun əlindən tutaraq sürücünün azad olmasına cəhd etmiş, özünün üzərində olan silaha əl ataraq, söyüşlər söyərək tabesizlik etmişdir. Silahın üzərində sonuncunun əl izləri də qalmışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 15 may 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 15 may 2025-ci il tarixdə saat 23:20-də inzibati qaydada tutulmuşdur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları, protokolu tərtib edən şəxsin və şahidlərin izahatları əsasında sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək - üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən Şəxs şəxsiyyətini, xətanın xarakteri, onun təqsirinin dərəcəsi, məsuliyyəti ağırlaşdıran halı nəzərə alır və hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. İnzibati həbs tənbeh tədbirinin əvvəli tutulduğu 15 may 2025-ci il tarixdən, saat 23:20-dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 15 may 2025-ci il tarixdən, saat 23:20-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar