Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3641/2025 26.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 14 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsində tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 14 aprel 2025 tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 14 aprel 2025 tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İdarə tərəfindən inzibati xəta icraatı ila bağlı İnzibati Xətalar Məcəlləsinin müddəaları kobud şəkildə pozulmuşdur. Belə ki, barəsində inzibati xəta icraatının aparılması və inzibati tənbeh vermə haqqında işə baxılması barədə ona vaxtında məlumat verilməmiş və iştirakı olmadan İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla barəsində qanunsuz qərar qəbul olunmuşdur. X2 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti əsasında İnzibati xəta haqqında Protokolun tərtib olunmasında xx.xx.2025-ci il tarixdə saat 10:00-da 1 saylı Bakı DOST Mərkəzində və ya video konfrans vasitəsi ilə iştirak etməyi haqqında xx.xx.2025-ci il tarixli məktub "xxxx" MMC-nin ünvanına xx.xx.2025-ci il tarixində daxil olmuşdur. Daha sonra xx.xx.2025-ci il tarixdə saat 12:00-da işə baxılıması ilə bağlı xx.xx.2025-ci il tarixli bildiriş "xxxx" MMC-nin ünvanına xx.xx.2025-ci il tarixində çatdırılmışdır. Göründüyü kimi X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən ona vaxtında məlumat verilmədiyi üçün İnzibat xəta haqqında işə baxılmasında iştirakı mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə baxılmasının vaxtı və yeri barədə ona vaxtında bildiriş təqdim edilməmiş, işə baxılmasında iştirak etmək hüququ təmin olunmamış və bununla da hüquqları kobud şəkildə pozulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 ərizə ilə məhkəməyə müraciət edərək işlə bağlı bütün sübutları təqdim etdiyini bildirmiş və işə iştirakı olmadan baxıb, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən tərtib edilmiş 14 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 əmək müqaviləsində əmək haqqının hər ayın 10-da ödənilməli olduğu qeyd edilsə də xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə gecikdirilərək ödənilərkən AR ƏM-nin 172-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulduğu faktı aşkar edildiyindən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1.000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 ünvanlanmış 02 aprel 2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş X2 müraciətinin araşdırılması zamanı qanun pozuntularına yol verildiyi aşkar edilmiş, bu səbəbdən İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 10:00-da 1 saylı Bakı DOST Mərkəzinə (Bakı şəhəri, Yasamal rayonu, İ Qutqaşınlı 86, Əlaqə: 142 Çağrı Mərkəzi) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdur. Səlahiyyətli nümayəndənin iştirakını təmin etməkləri və iş üzrə onlarda olan bütün sübutların təqdim olunması təklif olunur. Gəlməmələri və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədikləri halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında işə iştirakları olmadan baxılacaqdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 ünvanlanmış 07 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən X6 Xidmətinin Bakı şəhər İdarəsinin 04 aprel 2025-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması 14 aprel 2025-ci il tarixdə saat 12:00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X6 Xidmətinin Bakı şəhər İdarəsinə (Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova 107. Əlaqə telefonu: 012 ***-**-** daxili: 6065) dəvət olunmuşdur. Səlahiyyətli nümayəndənin iştirakını təmin etməkləri və iş üzrə onlarda olan bütün sübutların təqdim olunması təklif olunur. Gəlməmələri və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədikləri halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında işə iştirakları olmadan baxılacaqdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, X1 şikayətdə göstərdiyi hallar – onun iştirakı təmin olunmadan iş üzrə qərar qəbul edilməsi şikayət ərizəsinə əlavə olunmuş sənədlərlə, onun məhkəməyə təqdim etdiyi sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edilən halların araşdırılmasını zəruri hesab edir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 14 aprel 2025-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 14 aprel 2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-3641/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3641/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver