Məhkəmə qərarları › İş №3(011)-3648/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3648/2022

28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3648/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X4, Zərərçəkmiş şəxs X1, X7 Mahmoudinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, lakin faktiki olaraq ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs satıcı işlədiyi Mahal Oil mağazasından ayrı-ayrı vaxtlarda dəyəri 120 manat dəyərində olan məhsullar oğurlamışdır. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə Bravo marketdə Mohammadpour və Nastoran şirkətində xx.xx.2022-ci il tarixədək satıcı işləmişdir. Həmin vaxtı işlədiyi dövrdə Əli Məhəmməd adlı şəxsin deməsinə əsasən orada satdığı məhsullardan götürüb ona onun istəyi ilə vermişdir. Sonra aralarında olan narazılığa görə onu qanunsuz olaraq işdən çıxartdı. O, meyvə qurularını satıb, onların pulunu Əli Məhəmmədin tapşırığına əsasən evə aparıb sonra onun özünə verirdi. Pastalar hazırlatdırıb pulunu özü götürürdü. O, hazırlanan məhsulları ona görə qoyurdu ki, başqa müştərilər olurdu ki, ona zəng edib gecə götürəcəyini bildirirdilər. O da apardığı məhsulları metroya gətirib müştəriyə təqdim edir, pulunu isə səhər ona verirdi. Qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 xx.xx.2022-ci il tarixdə icarədə işlətdiyi Bakı şəhəri Xətai rayonu R.Quliyev küçəsində yerlşən Bravo marketin daxilində erləşən Mahal Oil mağazasında satıcı işləyən Şəxs tərəfindən müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə malların pulundan 120 manat pulunu oğurladığını aşkar etmişdir. Hazırda Şəxs şikayətçi olduğunu, vurduğu ziyanı ödəmədiyini, onunla barışmadıqlarını bildirərək ona inzibati tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 10:30-da tutulmuşdur. İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, X1 xx.xx.2022-ci il tarixli müraciəti əsasında açılmış ********** nömrəli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması qərara alınmış, Şəxs yeri müəyyən olunduğundan inzibati xəta haqqında dayandırılmış icraat materialı xx.xx.2022-ci il tarixdə təzələnmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün səmimi etirafı, zərəçəkmiş şəxsin ifadəsi və iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən, ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri – ictimai işlər tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək ona 160 (yüz altmış) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. İctimai işlər növündə tənbeh tədbirinin icrası ilə bağlı Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar