Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3654/2020 11.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi Dövlət X3 daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 20:48 radələrində Xətai rayonu Babək prospektində «Ford Escape» minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunla tətbiqinə icazə olmadan çoxavazlı səs siqnalı ilə təchiz edib idarə etmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, idarə etdiyi «Ford Escape» minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən dövlət yol polisi xidmətinin əməkdaşı tərəfindən saxlanılmış, həmin zaman avtomobildə çoxavazlı səs siqnalı aşkar edilmişdir. Həmin avto nəqliyyat vasitəsini səkkiz ildir ki, idarə etmiş, lakin avtomobildə çoxavazlı səs siqnalının olmasından xəbəri olmamışdır. Əməlindən səmimi peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda aydın olur ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 20:48 radələrində Xətai rayonu Babək prospektində «Ford Escape» minik markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunla tətbiqinə icazə olmadan çoxavazlı səs siqnalı ilə təchiz edib idarə etmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protkol tərtib edilmişdir; Nəqliyyat vasitəsinə baxış haqqında Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X4 YPXA-nın İV YPX inspektoru, polis baş serjantı Əliyev orxan Əli oğlu tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs idarə etdiyi «Ford Escape» minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Şəxs və hal şahidləri X2 və X1 iştirakları ilə baxış keçirilmiş, baxış zaman onun mühərrik hissəsində xüsusi (çöx avazlı) səs siqnalı aşkarlandığından sökülərək götürülmüşdür; Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X4 əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Şəxs məxsus “Ford Escape” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən xx xxxxxxx 2020-ci il tarixdə götürülmüş (çox avazlı) səs siqnalı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X4 maddi sübutların saxlanc otağına təhvil verilmişdir; Foto şəkillərdən görünür ki, Şəxs məxsus “Ford Escape” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən 01 ədəd (çox avazlı) səs siqnalı götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 26.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməklə maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək inzibati xətanın törədilməsində alət olmuş xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-3654/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3654/2020
11.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver