Məhkəmə qərarları › İş №3(011)-3654/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3654/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3654/2024 10.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil qızınun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X12, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxsin nümayəndəsi X3 iştirakı ilə, Şəxsin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019-002 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən MN ******* nömrəli, 09 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X16 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019-002 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs KTN-nin ATM-də baş mühasib vəzifəsinə bərpa edilməli, 21 iyun 2018-ci ildən iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq Zərərçəkmiş şəxs ödənilməli və 2000 manat pul verilməlidir. Nəticədə, Şəxsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Göstərilənlərə əsasən, Şəxsi barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsin nümayəndəsi X6 bildirdi ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin (bundan sonra- İcra şöbəsi) böyük icra məmuru Türkay Yusifli tərəfindən Azərbaycan Respublikasının (bundan sonra-AR) Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində X15 X22 (bundan sonra-Mərkəz) barəsində inzibati xəta haqqında protokol (bundan sonraprotokol) tərtib edilən zaman qanunvericiliyin tələbləri pozulmuş və işin faktiki halları nəzərə alınmamış, inzibati xətanın tərkibi olmadan ehtimallar əsasında protokol tərtib edilmişdir. Protokol aşağıda qeyd edilən faktiki hallara əsasən qanunsuz və əsassız olduğu üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, AR-ın Prezidenti tərəfindən 2018-ci il 22 may tarixində verilmiş 89 saylı Fərmanın tələblərinə əsasən AR-ın Kənd Təsərrüfatı Nazirliyinin X4 Elmi-Tədqiqat İnstitutu (bundan sonra- İnstitutut) X22 statusu olan Mərkəzə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. İnstitutdan fərqli olaraq Mərkəzin fəaliyyət istiqamətləri tamamilə başqadır. Belə ki, Mərkəzin nizamnaməsinin 2-ci bəndinin tələblərinə əsasən Mərkəzin fəaliyyət istiqamətləri kənd təsərrüfatının və kənd yerlərinin inkişafı ilə bağlı təhlillərin və elmi tədqiqatların aparılmasından, analitik məlumat bazasının və informasiya sistemlərinin yaradılmasından, aqrar sahə üzrə proqram və layihələrin hazırlamasından, aqrar sahənin strateji planlaşdırılmasının və innovativ inkişafının təmin edilməsindən ibarətdir (bu faktiki halı təsdiq edən Mərkəzin nizamnaməsinin təsdiq edilmiş surəti əlavə olunur). Mərkəz tərəfindən Ar-in Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2020-ci il tarixli 2(102)- 1396/2020 saylı iş üzrə qəbul edilmiş qərarından 29 mart 2020-ci il tarixində AR-ın Ali Məhkəməsinin Plenumuna əlavə kassasiya şikayəti və 30 iyul 2020-ci il tarixində AR-ın Konstitusiya Məhkəməsinə şikayət ərizələri göndərilmişdir. Buna görə də, 30 iyul 2020-ci il tarixində Mərkəz tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019-002 saylı 15 oktyabr 2019-cu il tarixli icra sənədini icraatına qəbul etmiş böyük icra məmuru X9 Məhkəməsinin qərarı qəbul olunanadək icraatın dayandırılması barədə məktub göndərilmişdir (bu faktiki halı sübut edən məktubun surəti əlavə edilir). Mərkəz tərəfindən Konstitusiya Məhkəməsinə göndərilmiş şikayətə əsasən AR-ın Konstitusiya Məhkəməsi Palatasının 23 noyabr 2020-ci il tarixli qərardadı 03 dekabr 2020ci il tarixində Mərkəzə daxil olmuşdur (bu faktiki halı sübut edən qərardadın surəti əlavə edilir). 2020-ci ilin mart ayından bu günə qədər Respublikamızın ərazisində xüsusi karantin rejimi tətbiq edildiyi üçün dövlət büdcəsinə daxil olan vəsaitlər azaldığına görə və dövlət büdcəsində israfçılığın qarşısını almaq məqsədilə Mərkəzin strukturunda Nazirlik tərəfindən 06 oktyabr 2020-ci il tarixində verilmiş “Mərkəzin yeni strukturunun təsdiq edilməsi haqqında" 132 saylı əmrə əsasən dəyişikliklər və ixtisarlar edildiyi üçün digər bir neçə ştatlarla birlikdə baş mühasib ştatı da ləğv edilmişdir (bu faktiki halı təsdiq edən 06 oktyabr 2020-ci il tarixli 132 saylı əmrin surəti əlavə edilir). Bu barədə Mərkəz tərəfindən 13 yanvar 2021-ci il tarixində böyük icra məmuru Səbuhi Əhmədova məktub göndərilmişdir (bu faktiki halı təsdiq edən məktubun surəti əlavə edilir). Yuxarıda qeyd edilən faktiki hallardan göründüyü kimi Mərkəzin strukturunda 06 oktyabr 2020-ci il tarixində Nazirlik tərəfindən verilmiş 132 saylı əmrə əsasən baş mühasib vəzifəsi ləğv edildiyi üçün icra sənədinin Mərkəzdən asılı olmayan üzürlü səbəblərdən bu xüsusatda icrası mümkün olmamışdır. İcra sənədinin digər xüsusatda icrası ilə əlaqədar olaraq Mərkəz tərəfindən Zərərçəkmiş şəxs mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul vəsaitinin hansı bank hesabına ödəniləcəyi barədə İcra şöbəsinə 04 fevral 2021-ci il tarixində göndərilmiş məktuba görə, İcra şöbəsi tərəfindən 20 aprel 2021-ci il tarixində Mərkəzə göndərilmiş məktuba bu barədə məlumat əlavə edilmişdir. Buna görə də, 22 aprel 2021-ci il tarixində Mərkəz tərəfindən həmin bank hesabına 2000 (iki min) manat məbləğində pul vəsaiti ödənilmişdir (bu faktiki halı təsdiq edən ödəniş tapşırığının surəti əlavə edilir). Yuxarıda faktiki hallardan göründüyü kimi Mərkəz tərəfindən daim qanunvericiliyin tələblərinə əməl edilmiş, AR-ın “İcra haqqında” qanunun tələbləri pozulmamışdır. Belə ki, İcra vərəqəsində M. Qurbanovun baş mühasib vəzifəsinə bərpa edilməsi, Mərkəz tərəfindən 21 iyun 2018-ci il tarixindən başlayaraq M. Qurbanovun baş mühasib vəzifəsinə bərpa edildiyi tarixinədək iş buraxma üçün əmək haqqı hesablanaraq ödənilməsi və mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul vəsaitinin ödənilməsi qeyd edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, icra vərəqəsində göstərilən baş mühasib vəzifəsi 06 oktyabr 2020-ci il tarixində Nazirliyin əmri ilə ləğv edilmiş, 2000 (iki min) manat məbləğində pul vəsaiti isə İcra şöbəsindən hansı bank hesabına ödəniləcəyi barədə məlumat gələn kimi, yəni 22 aprel 2021-ci il tarixində Mərkəz tərəfindən M. Qurbanova ödənilmiş, ödəniş tapşırığının surəti İcra şöbəsinə göndərilmişdir. Mərkəz tərəfindən icra sənədinin icrasının mümkün olan hissəsi vaxtında icra edilmişdir. İcra şöbəsi tərəfindən Mərkəzə göndərilən məktubda istinad edilən AR-ın Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinin və 301-ci maddəsinin dispozisiyasını təsvir edərkən icra vərəqəsində qeyd edilən M. Qurbanovun əvvəlki vəzifəsinə, yəni baş mühasib vəzifəsinə bərpası və ya razılığı ilə başqa vəzifəyə bərpa olunması başa düşülür. Yuxarıda faktiki hallar əsasında qeyd edildiyi kimi Mərkəzdə icra vərəqəsində göstərilən baş mühasib vəzifəsi yoxdur, mühasib ştatı var ki, həmin vəzifədə 2007-ci ildən müddətsiz əmək müqaviləsinə əsasən X13 işləyir. Mərkəzdə fasiləsiz olaraq 17 il müddət ərzində işləyən G. Hüseynovanın əmək qanunvericiliyinin tələblərinə əsasən işdən çıxarılması mümkün deyil, əks halda bu G. Hüseynovanın AR-ın Konstitusiyasında və Əmək Məcəlləsində təsbit edilmiş hüquqlarının kobud şəkildə pozulmasına səbəb olar. Bu qanuna zidd hərəkətlər yeni məhkəmə çəkişmələrini yaradar. Bundan başqa G. Hüseynova M. Qurbanovun yerinə götürülməmiş, 2007-ci il tarixdən Mərkəzdə eyni vəzifədə, yəni mühasib vəzifəsində işləyir. G. Hüseynovanın əməllərində AR-ın Əmək Məcəlləsinin 71-ci maddəsinin dispozisiyasında qeyd edilən hərəkətlər yoxdur. Belə ki, G. Hüseynova əmək funksiyalarını, vəzifə borcunu layiqincə yerinə yetirir. Mərkəzdə M. Qurbanovun ixtisasına uyğun gələn başqa heç bir ştat vahidi yoxdur. Mərkəz aqrar sahədə elmi-tədqiqat işlərini yerinə yetirən bir qurumdur. Buna görə də, Mərkəzdə M. Qurbanovun ixtisasına və əmək stajına uyğun gələn heç bir ştat vahidi yoxdur. Azərbaycan Respublikası "İcra haqqında" qanunun 70.4-cü maddəsinin tələblərinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə qaytarılması haqqında qərar qəbul edir. Yuxarıda faktiki hallar əsasında qeyd edildiyi kimi Mərkəz tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmiş, mənəvi zərərin əvəzi olaraq Zərərçəkmiş şəxs 2000 (iki min) manat məbləğində pul vəsaiti ödənilmişdir. Əgər ştat vahidi ləğv edilmişdirsə, M. Qurbanovun ixtisasına uyğun olan heç bir ştat vahidi yoxdursa, Mərkəz icra məmurunun tələblərini necə icra edə bilər? İcra məmurunun bu xüsusatda tələbləri qanunsuzdur. Mərkəz tərəfindən qanunla qorunan hüquqazidd olan, təqsirli sayılan heç bir əməl törədilməmişdir. Analoji olaraq eyni hal AR-ın Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda olmuşdur. Həmin İnstitutda ştat vahidi Nazirlik tərəfindən struktur dəyişikliyi ilə əlaqədar olaraq ləğv edildiyi üçün icra sənədinin icrası mümkün olmamışdır. Buna görə də, Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən icra vərəqəsinin icrası mümkün olmadığı üçün icra vərəqəsi Bakı Apelyasiya Məhkəməsinə qaytarılmışdır (bu faktiki halı təsdiq edən məktub və qərarın surəti əlavə olunur). Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-11331/2019 saylı iş üzrə 21 dekabr 2021- ci il tarixində qəbul edilmiş qərardada əsasən 7 fevral 2022-ci il tarixində Zərərçəkmiş şəxs 9 fevral 2022-ci il tarixində saat 10:00 da Mərkəzdə qəbula gəlməsi üçün sifarişli poçt göndərişi vasitəsilə məktub göndərilmişdir.Zərərçəkmiş şəxs 9 fevral 2022-ci il tarixində saat 10:50-da Mərkəzə gəldi və Mərkəzdə direktor müavini vəzifəsində işləyən Şalbuzov Namiqin iş otağında Mərkəzdə İnzibati işlər bölməsinin rəhbəri vəzifəsində işləyən X8, Mərkəzin İnzibati işlər bölməsində baş mütəxəssis-hüquqşünas vəzifəsində işləyən X1, Mərkəzin İnzibati işlər bölməsində baş mütəxəssis (kadr məsələləri üzrə) vəzifəsində işləyən X5 iştirakları ilə video çəkiliş vasitəsilə qəbul edildi. Qəbul zamanı Zərərçəkmiş şəxs etiraf etdi ki, 2018-ci ilin axırında və 2019-cu ilin aprel ayında Nazirliyin İnsan resursları şöbəsi tərəfindən X23 X18 Cəmiyyətində və X17 İnstitutunda ixtisasına uyğun olaraq mühasib vəzifəsi təklif edilmiş, ancaq Zərərçəkmiş şəxs hər iki iş yerindən imtina etmişdir.Zərərçəkmiş şəxs qanunvericiliyin tələblərinə əsasən izah edildi ki, hal-hazırda Mərkəzdə vakansiya yeri Tədqiqatlar və Elektron kənd təsərrüfatı departamentlərində var.Bu vakansiya iş yerlərinə tələb yüksək səviyyədə komputer biliklərinə malik olmalı, aqrar sahədə tədqiqat işini aparmağı bacarmalı və aqrar sahə üzrə ixtisasa malik olmalıdır.Zərərçəkmiş şəxs bildirdi ki, mən heç bir istənilən başqa vəzifə istəmirəm, ancaq Mərkəzdə Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri-baş mühasib vəzifəsini istəyirəm.Zərərçəkmiş şəxs izah olundu ki, 2020-ci il mart ayından Respublikamızın ərazisində xüsusi karantin rejimi tətbiq edildiyinə görə dövlət büdcəsinə daxil olan vəsaitlər azaldığı və dövlət büdcəsində israfçılığının qarşısını almaq üçün Mərkəzin strukturunda Nazirlik tərəfindən 06 oktyabr 2020-ci il tarixində verilmiş “Mərkəzin yeni strukturunun təsdiq edilməsi haqqında" 132 saylı əmrə əsasən dəyişikliklər və ixtisarlar edildiyi üçün digər bir neçə ştatlarla birlikdə Maliyyə və mühasibat şöbəsinin müdiri-baş mühasib ştatı da ləğv edilmişdir. Bu barədə bütün sənədlərin iş üzrə icraatın materiallarında olması haqqında Zərərçəkmiş şəxs bir daha bildirildi (bu faktiki halı təsdiq edən Zərərçəkmiş şəxs göndərilmiş 7 fevral 2022-ci il tarixli məktubun, 9 fevral 2022-ci il tarixində tərtib edilmiş "Faktın təsdiq edilməsi haqqında" aktın təsdiq edilmiş surətləri, video çəkilişi təsdiq edən CD diski əlavə olunur). Bundan əlavə Zərərçəkmiş şəxs Bakı Apellyasiya Məhkəməsinə müraciət edərkən 15 oktyabr 2019- cu il tarixli 2(103)- 11331/2019 saylı qətnaməyə izah verilməsi barədə verdiyi ərizədə başqa vəzifə istəmədiyi, yalnız Mərkəzdə baş mühasib vəzifəsinə bərpa edilməsini tələb etmişdir. 15 oktyabr 2019-cu il tarixli qətnamə Mərkəzdən asılı olmayan yaranmış üzrlü səbəblərlə əlaqədar icra edilməsi faktiki olaraq mümkün deyildir. Yuxarıda yazılı sübutlar əsasında qeyd edildiyi kimi Mərkəzin nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərində maliyyə və iqtisadiyyatla bağlı heç bir ştat vahidi yoxdur (bu faktiki halı təsdiq edən strukturun təsdiq edilmiş surəti əlavə olunur). Ona görə ki, Mərkəzin mühasibatlığı yalnız ayda bir dəfə işçilərin əmək haqqını hesablayıb ödəyir. Bundan başqa mühasibatlığın heç bir funksiyası yoxdur. Buna görə də, dövlət büdcəsində israfçılığın qarşısını almaq məqsədi ilə Nazirliyin xərclər smetasına əsasən mərhələli şəkildə strukturda dəyişikliklər və ixtisarlar edilmişdir. Dövlət büdcəsində israfçılığın qarşısının alınması məqsədi ilə 2020-ci ilin oktyabr ayından bu günə qədər Mərkəzin strukturunda təkmilləşdirmə işləri aparılmaqla ştat vahidləri 50 faizə qədəri (o cümlədən baş mühasib vəzifəsi) ixtisar edilmiş, Mərkəzin strukturunda 53 nəfərə yaxın işçi saxlanılmış və hal-hazırda təkmilləşdirmə işləri davam etdirilir. Mərkəz dövlət büdcəsindən maliyyələşən qurum olduğu üçün, Mərkəzin strukturuna hər hansı əlavə və dəyişikliklərin edilməsi səlahiyyəti Mərkəzə aid deyildir (bu faktiki halı təsdiq edən Mərkəzin nizamnaməsinin təsdiq edilmiş surəti əlavə olunur). Yuxarıda qeyd edilən faktiki hallara əsasən AR-ın "İcra haqqında" qanunun 70.4-cü maddəsinin tətbiqi ilə bağlı Mərkəz tərəfindən 24 fevral 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə və Xətai rayon İcra şöbəsinə dəfələrlə müraciətlər edilmiş və eyni zamanda bu günə qədər eyni məzmunlu bir neçə dəfə müraciətlər göndərilsə də, İcra Şöbəsi tərəfindən hərəkətsizlik edilərək heç bir tədbir görülməmiş, heç bir qərar qəbul edilməmiş və edilmiş müraciətlərə cavab verilməmişdir. Ona görə ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən 15 oktyabr 2019-cu il tarixində qəbul edilmiş qətnaməni Mərkəzdən asılı olmayan yaranmış üzrlü səbəblərlə əlaqədar icra edilməsi faktiki olaraq mümkün deyildir. Qanunvericiliyin tələblərinə əsasən Mərkəz tərəfindən 04 iyul 2022-ci il tarixində Bakı şəhər Səbayil rayon İcra şöbəsinin icra məmurunun hərəkətsizliyindən işə baxmış məhkəməyə müraciət edilsə də, Bakı Apellyasiya Məhkəməsində işə baxılmamış və inzibati məhkəməyə müraciət edilməsi barədə Mərkəzə 29 iyul 2022-ci il tarixində məktub göndərilmişdir. Buna görə də, Mərkəz tərəfindən 16 avqust 2022-ci il tarixində Bakı İnzibati Məhkəməsinə "Bakı şəhəri Səbail rayon İcra şöbəsinin üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması barədə" iddia ərizəsi verilsə də, qanunvericiliyin tələblərinə zidd olaraq işə baxılmamış, 02 dekabr 2022-ci il tarixində qərardad çıxarılaraq Mərkəzə göndərilmişdir. Bakı şəhər Səbayıl Rayon İcra şöbəsinin icra məmuru Vasif Həsənli tərəfindən Zərərçəkmiş şəxs əmək haqqının və əlavə ödənişlərin hesablanması üçün məhkəmə ekspertizasının təyin olunması üçün Bakı şəhər Səbayıl Rayon Məhkəməsinə təqdimat verilmiş, ancaq 17 aprel 2023-cü il tarixində Məhkəmə tərəfindən qərardad çıxarılaraq təqdimat təmin edilməmişdir. Bu qərardaddan Vasif Həsənli tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi 30 may 2023-cü il tarixli qərardadı ilə Bakı şəhər Səbayil rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qərardadını ləğv edərək təqdimata yenidən baxılması üçün iş üzrə icraatın materiallarını Bakı şəhər Səbayil rayon Məhkəməsinə göndərmişdir.Buna görə də, Bakı şəhər Səbayil rayon Məhkəməsi tərəfindən yenidən 05 iyul 2023-cü il tarixində işə baxılaraq qanunvericiliyin tələblərinə əsasən təqdimatın təmin edilməməsi barədə qərardad çıxarılmış və həmin qərardad qanuni qüvvəyə minmişdir (bu faktiki halı təsdiq edən qərardadın surəti əlavə olunur). Bundan əlavə 08 dekabr 2023-cü il tarixində Xətai rayon İcra şöbəsinin inzibati binasında Xətai rayon İcra şöbəsinin rəis müvini Vüqar Hüseynovun, böyük icra məmuru Türkay Yusiflinin, Mərkəzin sabiq direktoru X2, Nazirliyin Hüquq şöbəsinin müdiri Yaser Abdullayevin, Mərkəzin nümayəndəsi X1, tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə bütün məsələlər geniş müzakirə edilmiş və bu barədə 08 dekabr 2023-cü il tarixli akt tərtibedilmişdir. Həmin aktda Zərərçəkmiş şəxs yuxarıda müxtəlif vaxtlarda daimi dediyi kimi, Ona təklif edilən Mərkəzin Analitika departamentində baş mütəxəssis vəzifəsindən imtina edərək, yalnız Mərkəzdə baş mühasib vəzifəsini istədiyi qeyd edilmişdir. Xətai rayon İcra şöbəsi tərəfindən inzibati xətanın tərkibi olmamasına baxmayaraq ehtimallar əsasında protokol tərtib edildiyi üçün inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini və qərar qəbul edilərkən, qeyd olunanları nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019-002 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs KTN-nin ATM-də baş mühasib vəzifəsinə bərpa edilməli, 21 iyun 2018-ci ildən iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq Zərərçəkmiş şəxs ödənilməli və 2000 manat pul verilməlidir. Həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona iş təklif olunmamışdır. Ştat vahidi ilə bağlı məktub yazıb vermişdir, lakin bununla heç bir reaksiya verilməmişdir. Bu səbəbdən də həmin vəzifədən imtina etmişdir. Odur ki, hazırda öz işinə yəni KTN-nin ATM-də baş mühasib vəzifəsinə bərpa olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X10 21 iyun 2018-ci il tarixli 01 nömrəli əmri ləğv edilmiş və iddiaçı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X11 baş mühasib vəzifəsinə bərpa edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X15 tərəfindən 21 iyun 2018-ci il tarixdən başlayaraq iddiaçı Zərərçəkmiş şəxs işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməsi, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X7 mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən 2000 manat məbləğində pul vəsaiti iddiaçı Zərərçəkmiş şəxs ödənilmiş, lakin qurumda həyata keçirilmiş struktur dəyişikliyi ilə əlaqədar “baş mühasib” vəzifəsi olmadığından və tələbkar tərəfindən ona təklif edilən uyğun vəzifələrin qəbul edilmədiyindən həmin hissədə icra sənədinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, Şəxsin əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar