Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3660/2021 12.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 03 (üç) ay müddətindən artıq müddətdə qanunla müəyyən edilmiş əsaslar olmadan 07.08.2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərara əsasən müvafiq inzibati cəriməni ödəməmişdir. Ona görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 25.02.2021-ci il tarixli İXP ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, özünə məxsus qanunsuz idarə olunan «VAZ-2105» markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş qayda pozuntularına görə tərtib olunmuş inzibati xəta haqqında protokollar üzrə olan cərimələrin ünvanına göndərilməsi və bununla bağlı qeyd olunan nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsinə köməklik göstərilməsi barədə DİN BDYPİ-nin rəhbərliyinə müraciət etmişdir. «VAZ-2105» markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tapılması ilə bağlı Bakı şəhər BPİ DYPİ-nin şəxsi heyəti təlimatlandırılmış, tərtib edilmiş raporta əsasən qeyd olunan nəqliyyat vasitəsi saxlanılması vacib olan nəqliyyat vasitələrinin siyahısına daxil edilərək, Bakı şəhərinin küçələrində quraşdırılmış nəzarət kameralarında BPİ DYPİ-nin X1 Şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq izlənilir. Tovuz Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qərardadına əsasən iddiaçı Şəxs məxsus VAZ-2107 markalı ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, VAZ-2107 markalı ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olmayan digər bütün şəxslər tərəfindən idarə olunması qadağan edilmiş və həmin avtomobil DİN-in Baş X2 İdarəsinin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi qərara alınmışdır. Bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri X2 İdarəsinin 28 aprel 2020-ci il tarixli məktubundan görünür ki, «VAZ-2105» markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tapılması ilə bağlı Bakı şəhər BPİ DYPİ-nin şəxsi heyəti təlimatlandırılmış, tərtib edilmiş raporta əsasən qeyd olunan nəqliyyat vasitəsi saxlanılması vacib olan nəqliyyat vasitələrinin siyahısına daxil edilərək, Bakı şəhərinin küçələrində quraşdırılmış nəzarət kameralarında BPİ DYPİ-nin X1 Şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq izlənilir. İş materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı Şəxs məxsus VAZ-2107 markalı ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, VAZ-2107 markalı ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olmayan digər bütün şəxslər tərəfindən idarə olunması qadağan edilmiş və həmin avtomobil DİN-in Baş X2 İdarəsinin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai RPİ X2 Şöbəsinin əməkdaşı tərəfindən protokol tərtib olunarkən inzibati xətanın kim tərəfindən törədilməsi düzgün müəyyən edilməmiş, Şəxs məxsus VAZ 2105 markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanunsuz başqa şəxs tərəfindən idarə olunması nəzərə alınmamışdır. Ona görə də, həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından Bakı şəhəri Xətai RPİ-ə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qaytarılsın. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3660/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3660/2021
12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver