Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3663/2022 27.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Oran Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Tərtər rayonunda doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər rayonu, M.Ə.Sabir küçəsi, ev 25-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-dən daxil olmuş 27 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə Xətai rayonu, Nobel prospektində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Tayota Prius” markalı avtomobillə hərəkətdə olan zaman, YPX əməkdaşları ona saxla işarəsi vermiş, onun avtomobilində həm cərimələr çox olduğuna, həm də özünün başqa şəxslərə, banka borcları olduğuna görə avtomobili saxlayacağı tədqirdə duracağa yerləşdiriləcəyindən qorxaraq avtomobili saxlamamış, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra Nobel prospektində hərəkətdə olarkən YPX əməkdaşları onu saxlamış, onu polis bölməsinə gətirmişlər. Etdiyi əməldən peşmandır, gələcəkdə bu cür hallara yol verməyəcək. Qeyd olunan xüsusatların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 17:45 radələrində Babək prospektində Şəxs idarə etdiyi “Tayota Prius” markalı avtomobillə hərəkətdə olan zaman onun cərimələrini ödəmədiyindən avtomobilini duracağa yerləşdirmək zərurəti yaranmış, ona saxla işarəsi verilməsinə baxmayaraq onların qanuni tələbinə qəsdən tabe olmamış, hərəkətini davam etdirərək avtomobilini əvvəlcə piyadaların, sonra onların üzərinə sürmüş, daha sonra başqa bir avtomobilə sürtərək hərəkətini davam etdirmiş, nəhayət Xətai rayonu Nobel prospektində tərəfimizdən saxlanılmışdır. Bu zaman həmin şəxs onlarla kobud rəftara yol verərək nəlayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 535.1-ci maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 17:45 radələrində Babək prospektində Şəxs idarə etdiyi “Tayota Prius” markalı avtomobillə hərəkətdə olan zaman onun cərimələrini ödəmədiyindən avtomobilini duracağa yerləşdirmək zərurəti yaranmış, YPX əməkdaşları saxla işarəsi verməsinə baxmayaraq onların qanuni tələbinə qəsdən tabe olmamış, hərəkətini davam etdirərək avtomobilini əvvəlcə piyadaların, sonra YPX əməkdaşların üzərinə sürmüş, daha sonra başqa bir avtomobilə sürtərək hərəkətini davam etdirmiş, nəhayət Xətai rayonu Nobel prospektində YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman həmin şəxs polis əməkdaşları ilə kobud rəftara yol verərək nəlayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra həmin şəxs 37-ci PŞ-nə dəvət edilmiş və polis bölməsində həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 27 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə Xətai rayonu, Nobel prospektində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır, bu səbəbdən də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; tutma protokolundan görünür ki, Şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 19:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, raport və işin halları ilə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Xətai rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsdə saxlamanın əvvəli 26 sentyabr 2022ci il tarixdən saat 19:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 26 sentyabr 2022-ci il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3663/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3663/2022
27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver