Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-367/2022 07.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Naxçıvan MR, Şərur rayonu, Püsyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Naxçıvan MR, Şərur rayonu, Püsyan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs üzərindən 4,801 qram kustar üsulla hazırlanmış narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X3 tərəfindən 07 fevral 2022-ci il tarixdə Şəxsun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 05.02.2022-ci il tarixdə saat 00:30 radələrində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onu 37-ci PŞ-nə dəvət etmişlər. 37-ci PŞ-də olan zaman üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olub-olmaması soruşulmuş və o, əynindəki qəhvəyi rəngli gödəkçənin sol döş cibinin içərisində 2 (iki) ədəd kibrit qutusunda olan ot şəkilli narkotik vasitə olan bükümləri təqdim etmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşmış və o, polis bölməsinə aparılmışdır. Həmin narkotik vasitələri Xətai rayonu, Xocalı prospektində tanımadığı şəxsdən hər biri 50 (əlli) manata olmaqla ümumilikdə 100 manata şəxsi istifadəsi üçün almışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X3 izahatında göstərmişdir ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında özünü şübhəli apardığından o, polis şöbəsinə dəvət olunmuş, bu zaman onun üzərində axtarış aparılmış və əynində olan qəhvəyi rəngli gödəkçənin sol döş cibindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana aşkar edilmişdir. Məhkəmə bioloji ekspertizasının 05.02.2022-ci il tarixli rəyi ilə həmin maddələrin 4.801 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı polis mayoru X1 tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi, şəxsin şübhəli şəxs statusundan azad olunması və inzibati məsuliyyətə cəlb edilməsi haqqında” qərarından göründüyü kimi, HK-1/587 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri olduğundan Şəxs Xətai RPİ-nin MSY-dən azad edilmiş və Şəxs əməlində İXMnin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün material Xətai RPİ-nin 37-ci PŞ-nə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5 fevral 2022-ci il tarixli, 7/108 nömrəli ekspert rəyindən göründüyü kimi tədqiqata təqdim olunmuş üzərində “Şəxs A...” yazılar və imzalar olan zərfdə 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,324 qram və 2,477 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 4,801 qramdır. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs 05 fevral 2022ci il tarixdə 00:30-da tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı,məhkəmə bioloji ekspertiza rəyi, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli «05» fevral 2022-ci il tarixdən saat 00:30dan hesablanmalı, iş üzrə 4,801 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «05» fevral 2022-ci il tarixdən saat 00:30-dan hesablansın. İş üzrə 4,801 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-367/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-367/2022
07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver