Məhkəmə qərarları › İş №3(011)-3672/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3672/2022

06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3672/2022 06.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı Nəqliyyat Agentliyinin İnzibati tənbeh vermə haqqında 21 fevral 2020-ci il tarixli, BNA ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin İnzibati tənbeh vermə haqqında 21 fevral 2020-ci il tarixli, BNA ******* nömrəli qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, **-EK-*** dövlət qeydiyyat nişanlı “Nissan Tiida” minik markalı qvtomobil həyat yoldaşım X2 mülkiyyətindədir və həmin avtomobilin idarə edilməsi üçün ona etibarnamə verilmişdir. Məlum olmuşdur ki, etibarnamə əsasında ona verilmiş ** EK *** dövlət qeydiyyat nişanlı “Nissan Tiida” markalı avtomobillə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin tələblərinin pozulmasına görə barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2020-ci il tarixli BNA seriyalı ******* nömrəli qərar verilmişdir. Həmin protokol və qərar ona məxsus elektron kabinetə daxil edilməmiş və qərar rəsmi qaydada onun ünvanıma göndərilməmişdir. Belə ki, DİN-nin rəsmi saytında cərimələr bölməsində axtarış verərkən ona məlum olmuşdur ki, BNA tərəfindən protokol tərtib edilərək cərimə yazılmışdır. Halbuki, daha əvvəl həmin saytda protokolun mövcudluğu görünmürdü. Ona görə də, qərarın ona göndərilməsi üçün Bakı Nəqliyyat Agentliyinə email vasitəsilə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə mübahisəli qərar ona göndərilmişdir. Qeyd edilmiş əsaslara görə Bakı Nəqliyyat Agentliyinin inzibati xəta haqqında xx.xx.2020- ci il tarixli BNA seriyalı ******* nömrəli qərarı tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməli və icraata xitam verilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli BNA seriyalı ******* nömrəli qərarında qeyd edilir ki, o, xx.xx.2020-ci il tarixində saat ll:32-də Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospektində AR İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 20 manat məbləğində cərimə olunmuşdu. Həmin qərarda qeyd edilmişdir ki, inzibati xətanın qeydə alınmasında Hikvision DS-2DF8236İX-AELW"(BNA) avadanlıqdan (yolda asılmış kameradan) istifadə etmişdir. Yəni qərar BNA-ya məxsus foto və ya video çəkiliş aparan cihaz tərəfindən çəkilmiş fotoşəkillər əsasında tərtib olunmuşdur. Beləliklə, aydın olur ki, inzibati xətanın törədilməsində əldə edilmiş sübutlar qanunazidd olaraq ə də olunmuşdur. Hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir və Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli BNA seriyalı ******* nömrəli qərarında onun tərəfindən ** EK *** dövlət qeydiyyat nişanlı “Nissan Tiida” markalı avtomobili xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində dayanma və durma qaydalarını pozması göstərilsə də, sözügedən inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olaraq tərtib edilmişdir. Bundan başqa, fotoşəkillərlə müəyyən olunur ki, ** EK *** dövlət qeydiyyat nişanlı “Nissan Tiida” markalı avtomobil yolun sağ tərəfində saxlanılmışdır. Hazırki halda dayanma və ya durmanı qadağan edən qadağan nişanlarının olubolmaması, olduğu təqdirdə avtomobilin həmin “dayanma qadağandır” nişanından hansı məsafədə dayandığı ilə bağlı ölçülər göstərilməmişdir. “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətlərini tənzimləyən İXM-nin 6-cı fəslində, həmin işlərə baxılmasını biri-birindən fərqləndirən 2 qayda müəyyən edilmişdir. Bunlardan birincisi 122-ci maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsıısi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası; ikincisi isə 124-cü maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması daydasıdır. Qeyd edilənlərə əsasən Bakı Nəqliyyat Agentliyinin İnzibati tənbeh vermə haqqında 21 fevral 2020-ci il tarixli, BNA ******* nömrəli qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 fevral 2020-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 21 fevral 2020-ci il tarixdə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 20 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan X5 tərəfindən Bakı Nəqliyyat Agentliyinə ünvanlanmış olan 24 sentyabr 2022-ci il tarixli müraciətdən görünür ki, onun barəsində Bakı Nəqliyyat Agentliyini tərəfindən inzibati xəta haqqında protokollar tərtib edilmiş, lakin həmin inzibati protokollar ona məxsus olan elektron kabinetə yerləşdirilməmiş və rəsmi qaydada ünvanına göndərilməmişdir. Bu səbəbdən də onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarları və şəkilləri email vasitəsi ilə ona göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 38.6-ci maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən qeyd edilmiş hallar əsaslı olduğundan şikayət təmin edilməli, Bakı Nəqliyyat Agentliyinin İnzibati tənbeh vermə haqqında 21 fevral 2020-ci il tarixli, BNA ******* nömrəli qərarı ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Nəqliyyat Agentliyinin İnzibati tənbeh vermə haqqında 21 fevral 2020-ci il tarixli, BNA ******* nömrəli qərar ləğv edilsin və inzibati icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar