Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-368/2021 01.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi, ev 2944, mənzil 26 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs xx xxxxxx 2020-ci il tarixində saat 07:50 radələrində etibbarnəmə ilə idarə etdiyi “Honda Pilot minik” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xətai rayonu Babək prospekti ilə hərəkət edərkən Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət X2 YPX-nın xidməti inspektoru, polis siravisi Anar Əzimov tərəfindən saxlanılmış, yoxlama zamanı Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olmuşdur. Bu səbəbdən Bakı şəhər Baş Polis İdarəsi Dövlət X2 YPX-nın xidməti inspektoru, polis siravisi Anar Əzimov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilmiş və inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, atası X1 məxsus Honda Pilot markalı, **-ES-*** nömrəli avtomobili etibarnamə ilə idarə etmiş, xx xxxxxx 2020-ci il tarixində, saat 08:00 radələrində, işə gedərkən yol polisi postunda aparılan reyd zamanı onuda saxlamışdılar. O, heç bir içki içmədiyi halda alkotestin 0.80 promil göstərdiyini bildirmişlər. Lakin o, dəqiq bilirdi ki, bu şər və böhtandır. Buna baxmayaraq guya spirtli içki qəbul edib avtomobili idarə etməyini əsas gətirərək, idarə etdiyi avtomobili cərimə meydançasına aparıb ona isə İXP3673450 protokolu tərtib etmişdirlər. Yol polisi əməkdaşı onun barəsində protokol tərtib edərkən yol polisi əməkdaçının dediklərini yazmağa onu məcbur etmişdir. Ona dünən guya pivə içdiyini yazmasını istəmişdilər. O, məcburiyyət qarşısında qalıb özü-özünə böhtan atmışdır. Buna baxmayaraq həmin günü 45 dəqiqə sonra saat 08:45-radələrində spirtli içkinin miqdarını ölçmək məqsədilə tibbi-ekspertiza mərkəzinə getmiş və onun yanında qutudan yeni açılan alkotest vermişdir. Onun verdiyi analiz nəticəsində 0.00 % spirt müəyyən edilmişdir. Buda onu göstərir ki, o, spirtli içki qəbul etməmişdir. Polis əməkdaşı onun haqqında hansı üsullasa saxta akt tərtib etmişdir. Ona görə də o, dərhal lazımi sənədi götürmüş Baş Dövlət Yol Polisi idarəsinə təqdim etmək istəsə də, orada səbəb göstərmədən onun təqdim etdiyi sənədi qəbul etməmişlər və bildirdilər ki, məsələ Xətai Rayon Məhkəməsində araşdırılarkən təqdim etməlidir. Onun barəsində tərtib edilmiş İXP3673450 nömrəli protokol tamamilə saxtadır, inzibati prossesual normalar pozularaq protokol tərtib edilərkən hal şahidləri dəvət edilməmiş, protokolun surəti indiyənə qədər ona təqdim olunmamışdır. Buna görədə saxta sənəd tərtib etmiş polis əməkdaşı haqqında cinayət işi başlanması üçün materialı prokurorluq orqanlarına göndərməyinizi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs izahatında müayinə zamanı qanında olan alkoqolun miqdarı 0,890% göstərici ilə tanış olduğunu, bir daha spirtli içki qəbul etməyəcəyini etiraf edərək, tibbi müayinəyə ehtiyacın olmadığını bildirmişdir. İş materiallarında olan “ACE Z-Series” markalı İN 642185 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin göstəricisindən görünür ki, müayinə zamanı Şəxs qanında olan alkoqolun miqdarı 0,890% təşkil etmişdir. Şəxs tərəfindən məhkəməyə təqdim edilən xx xxxxxx 2020-ci il tarixli, 2/20833 sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 08:55-də ayıq vəziyyətində olmuşdur. Göründüyü kimi, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 2/20833 sərxoşluq vəziyyətinin tibbi müayinəsi akt və xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolu Şəxs barəsində həmin gün 1 saat 05 dəqiqə fərqi ilə tərtib edilmiş və bir-birinə zidd müxtəlif rəylər alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etməməsi məhkəmə iclasında kifayət qədər sübutlar təqdim olunmadığından sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatı həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən Şəxs ailəli olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-368/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-368/2021
01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver