Məhkəmə qərarları › İş №3(011)-3680/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3680/2022

07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3680/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X5 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X8, X1 iştirakı ilə, X4 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsi onunla əsaslandırılmışdır ki, **-EK-*** dövlət qeydiyyat nişanlı “Nissan Tiida” markalı avtomobil həyat yoldaşı X3 mülkiyyətindədir və həmin avtomobilin idarə edilməsi üçün ona etibarnamə verilmişdir. Məlum olmuşdur ki, etibarnamə əsasında ona verilmiş **-EK-*** dövlət qeydiyyat nişanlı “Nissan Tiida” markalı avtomobillə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin tələblərinin pozulmasına görə barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* nömrəli qərar verilmişdir. Həmin protokol və qərar ona məxsus elektron kabinetə daxil edilməmiş və qərar rəsmi qaydada onun ünvanına göndərilməmişdir. Belə ki, DİN-nin rəsmi saytında cərimələr bölməsində axtarış verərkən ona məlum olmuşdur ki, BNA tərəfindən protokol tərtib edilərək cərimə yazılmışdır. Halbuki, daha əvvəl həmin saytda protokolun mövcudluğu görünməmişdir. Ona görə də, qərarın ona göndərilməsi üçün Bakı Nəqliyyat Agentliyinə e-mail vasitəsilə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə mübahisəli qərar ona göndərilmişdir. Qərarın sol tərəfinin yuxarı hissəsində tarix qeyd edilmişdir. Bakı Nəqliyyat Agentliyinin inzibati xəta haqqında xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* №-li qərarı tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməli və icraata xitam verilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* nömrəli qərarda qeyd edilir ki, o, xx.xx.2019-cu il tarixində saat 16:56-da Bakı şəhəri, Zərifə Əliyeva 57 küçəsində AR İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 20 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarda qeyd edilmişdir ki, inzibati xətanın qeydə alınmasında Samsung SM- T395NZKABTU markalı planşetdən (bort kompyuter) istifadə edilmişdir. Yəni qərar BNAya məxsus foto və ya video çəkiliş aparan cihaz tərəfindən çəkilmiş fotoşəkillər əsasında tərtib olunmuşdur. Beləliklə, aydın olur ki, inzibati xətanın törədilməsində əldə edilmiş sübutlar qanunazidd olaraq əldə olunmuşdur. İnzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir və Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* №-li qərarında onun tərəfindən **-EK-*** dövlət qeydiyyat nişanlı “Nissan Tiida” markalı avtomobili xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Zərifə Əliyeva 57 küçəsində dayanma və durma qaydalarını pozması göstərilsə də, sözügedən inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olaraq tərtib edilmişdir. Bundan başqa, fotoşəkillərlə müəyyən olunur ki, **-EK-*** dövlət qeydiyyat nişanlı “Nissan Tiida” markalı avtomobil yolun sağ tərəfində saxlanılmışdır. Hazırki halda dayanma və ya durmanı qadağan edən qadağan nişanlarının olub-olmaması, olduğu təqdirdə avtomobilin həmin “dayanma qadağandır” nişanından hansı məsafədə dayandığı ilə bağlı ölçülər göstərilməmişdir. Qərardan və şəkillərdən görünür ki, onun tərəfindən törədilməsi ehtimal edilən, İXM-nin 346.1-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Lakin İXM-nin 122.1-ci maddəsində həmin Məcəllənin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamış, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməmişdir. Lakin BNA tərəfindən qərar qəbul edilərkən İXM 346.1-ci madəsinin tələbləri pozulmuş və qanunsuz qərar qəbul edilmişdir. Belə ki, qərar nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmamış, BNA şəkilləri və protokolu planşet vasitəsilə çəkilmiş və qərar kabinetdə qəbul edilmiş, ona məxsus olan elektron kabinetə yerləşdirilməmişdir. Həmin avtomobil mülkiyyətçi N.Mirbabayevanın özü tərəfindən idarə edilirdi və protokolun tərtib edildiyi tarixdə avtomobilin onun tərəfindən idarə edilməsinə dair heç bir sübut yoxdur. Buna baxmayaraq inzibati xətanın həqiqətən də onun və yaxud digər istifadəçi tərəfindən törədilməsini araşdırmadan barəsində qanunsuz protokol tərtib edilmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək ərizəsinin təmin ediməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir, xx.xx.2019-cu il tarixdə avtomobili yoldaşı Nigar Mirbabayeva idarə etmiş, lakin ona Bakı Nəqliyyat Agentliyinin heç bir əməkdaşı yaxınlaşmamış və inzibati xəta törətməsini bildirməmişdir. Lakin buna baxmayaraq inzibati xəta haqqında protokol özünün barəsində tərtib olunmuş və xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla onun barəsində inzibati cərimə növündə cəza tətbiq edilmişdir. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X12 şikayətçi tərəfindən verilmiş şikayət ərizəsində göstərilən xüsusatların əsassız olduğunu bildirərək xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını və şikayət ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin və səlahiyyətli nümayəndənin izahatlarını, şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında 08 iyul 2019-cu il tarixli BNA seriyalı ******* nömrəli qərarından görünür ki, X4 xx.xx.2019-cu il tarixində saat 16:56 radələrində Zərifə Əliyeva küçəsi 57 ünvanında “Nissan Tiida minik” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə dayanma və ya durma qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 20 (iyirmi) manat məbləğində cərimə tətbiq edilmişdir; məhkəməyə təqdim olunmuş fotoşəkildən görünür ki, “Nissan Tiida minik” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixində saat 16:56 radələrində Zərifə Əliyeva küçəsi 57 ünvanında yolun hərəkət hissəsinin kənarında dayanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 124.5-ci maddəsinə əsasən bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli fərmanının 1.1-ci maddəsinə əsasən parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə tapşırılmışdır. Məhkəmə baxışı zamanı təqdim edilmiş fotoşəkillərlə və inzibati tənbeh vermə haqqında elektron qərarla təsdiq olunmuşdur ki, X2 Əliyeva küçəsi 57 ünvanında “Nissan Tiida minik” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozmuşdur və inzibati xətanın törədilməsi “Samsung” markalı, SM- T395NZKABTU model olan planşet (bort kompyuter) vasitəsilə qeydə alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta hadisəsini təsdiq edən fotoşəkillərdən göründüyü kimi sürücü “Nissan Tiida minik” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili dayanma və durmanı qadağan edən nişandan sonra saxlamış, bununlada “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində qeyd olunan dayanma və durma tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı X4 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X4 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* nömrəli qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixdə qəbul edilmiş BNA seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar