Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3688/2022 27.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X4 iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Tovuz rayonu Aşağı Ayıblı kəndin doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Tovuz rayonu Aşağı Ayıblı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 27 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi 2342 saylı binanın eyvanında X3 döyməklə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə yaşadığı məhəllədə qonşularla birlikdə əyləşmişdilər. Binada yaşayan Vəfa adlı qadının bacısı Aytən adlı şəxs iki gün ard-arda olaraq onun və oğlunun ailəsini durduğu yerdə telefon vasitəsi ilə videoya çəkərək qıcıqlandırıcı şəkildə gülmüş, onun bu hərəkətləri bütün qonşuların narazılığına səbəb olmuşdur. O, qəsdən qıcıqlandırıcı hərəkətlər edir ki, kimsə ona əl qaldırsın. Onun bu hərəkətinə görə oğlu ona irad bildirdikdə o, nalayiq küçə söyüşləri söydüyünə görə o və gəlininin onunla mübahisə yaranmış, daha sonra o, telefonu çıxararaq bir daha söyüş söyməyərək onları videoya çəkməyə başlamışdır. O, onu döyməyib. Aytənin ona qarşı qeyd etdikləri şər böhtandır. Çünki həmin vaxtı onların arasında sözlə mübahisə olmuş, heç kim onu vurub xəsarət yetirməmişdir. Qonşular da bunu təsdiq edə bilər. Qeyd olunanları nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 göstərmişdir ki,o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə Xətai rayonu N.Tusi küçəsi 29/42-də yaşayan bacısı Vəfagilə gətmişdir. Onların qonşuluğunda yaşayan Emin adlı şəxs onu küçə söyüşləri ilə təhqir etmiş, onun anası Dilarə və həyat yoldaşı Toma onun üzərinə gələrək ona əl-qol atıb sağ və sol qolunu cızmışdır. Bununla bağlı ekspertiza keçirilmişdir. O, məhkəmədən Şəxs hərəkətlərinin qarşısının alınmasını və onun barəsində qanuna müvafiq olaraq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 izahatında Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 27 sentyabr 2022-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında materialı baxılması üçün məhkəməyə təqdim etdiyini bildirmiş və qanunamüvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; X2 inzibati xəta haqqında materiala əlavə edilmiş ərizəsindən görünür ki, o, məhkəmə iclasında qeyd etdiyi xüsusatları Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində yazdığı ərizəsində də qeyd etmişdir; 20 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın təsviri hissəsindən görünür ki, məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixdə təqdim edilmiş 989 saylı rəyindən müəyyən olunur ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-hər iki bazu və sağ dirsək oynağı nahiyələrinin sıyrıqları-bərk küt əşyanın təsirindən törənmişdir. Qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə və şəraitdə törədilməsinə uyğun gəlməklə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd olunan xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsi inkar olunur, həmin xəsarətlər həm onun özü tərəfindən, həm də kənar şəxs tərəfindən yetirilə bilərdi. 20 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş. ünvan 1-də yaşayan Şəxs və X8 barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi məqsədilə qərarın icrası aidiyyatı üzrə polis sahə inspektoruna həvalə edilmiş, ünvan 1 yaşayan X9 ilə X5 arasında mübahisəərin olamaması, X2 təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə qərarın icrasının aidiyyatı üzrə polis sahə inspektoruna həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X2 izahatında qeyd etdiyi xüsusatları təsdiq edən iş materiallarında olan sənədlər və ya başqa hər hansı sübutlar müəyyən edilməmişdir. Hətta 20 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın təsviri hissəsindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər həm onun özü tərəfindən, həm də kənar şəxs tərəfindən yetirilə bilər. Bundan əlavə olaraq, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X1 Dilarə Nadir qızının onu döyməsini təsdiq edən görüntüləri məhkəməyə təqdim etmiş, həmin görüntülərə məhkəmə tərəfindən baxış keçirilmiş, lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin onu döyməsini təsdiq edən heç bir görüntü aşkarlanmamış, bu səbəbdən də zərərçəkmiş şəxs X5 həmin görüntüləri iş materiallarına əlavə edilməsi üçün məhkəməyə təqdim etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ictimai qaydanı pozan hərəkətlərə yol verilməməsi iş materialları ilə təsdiqlənmiş, onun ictimai qaydanı pozması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3688/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3688/2022
27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver