Məhkəmə qərarları › İş №3(011)-3717/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3717/2021

15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3717/2021 15.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bəbrayıl rayonu Qumlaq kəndində qeydiyyatda olan, lakin faktiki olaraq ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhər Xətai rayon prokurorluğundan daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs ilə 25 iyun 2021-ci il tarixdə X1 olduğu Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2315-ci keçid 64P ünvanında yerləşən “Sevən Ürəklər” şadlıq sarayında toy məclisinin keçirilməsinə dair aralarında şifahi razılıq əldə edilmiş, 09 iyul 2021-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları inzibati ərazidə xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət edilməsi istiqamətində xidmət aparan zaman “Sevən Ürəklər” şadlıq sarayında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 22 iyun 2021-ci il tarixdə qəbul edilmiş 177 saylı qərarla müəyyən edilmiş qaydada icaze.e-gov.az saytında qeydiyyatdan keçmədən, şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalamadan epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla toy məclisinin keçirilməsi aşkar olunmuşdur. Xətai rayon prokurorluğu tərəfindən 24 sentyabr 2021-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərar qəbul edilmiş, inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, X3 onun doğma oğludur. O, oğluna toy etmək qərarına gəlmiş, lakin ölkə ərazisində baş vermiş pandemiya ilə əlaqədar olaraq şadlıq evləri bağlandığı üçün toy edə bilməmişdir. Nazirlər Kabineti tərəfindən 22 iyun 2021-ci il tarixdə qəbul edilmiş 177 saylı qərara əsasən 01 iyul 2021-ci il tarixdən toy məclislərinə icazə verilmişdir. O, həmin qərarla müəyyən tələblərin qoyulduğunu bilsə də tam tanış olmadığı üçün dəqiq hansı tələblərin olmasını bilməmişdir. Təxminən 25 iyun 2021-ci il tarixdə o, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2315-ci keçid 64P ünvanında yerləşən “Seven Ürəklər” şadlıq sarayına getmiş və orada şadlıq sarayının administratoru Gündüz adlı şəxslə toy barədə danışmış, həmin vaxt o, Gündüzdən hər hansı bir problem olub-olmayacağını soruşduqda Gündüz isə ona heç bir problem olmayacağnı, narahat olmamağını demişdir. O da Gündüzə inanıb, razılaşmış və onların razılaşmalarına əsasən toy məclisi 09 iyul 2021-ci il tarixə saat 18:00-a təyin edilmişdir. Buna görə də o, toya 100 nəfər adam dəvət etmişdir. 09 iyul 2021-ci il tarixdə saat 18 radələrində toy məclisi başlanmış və təxminən saat 18:30 radələrində Xətai Rayon polis idarəsinin 34-cü Polis şöbəsinin əməkdaşları gələrək toy məclisini yarımçıq saxlayıb onu polis şöbəsinə dəvət etmişlər. O da polislərə razılığını bildirib, polis əməkdaşları ilə birlikdə 34-cü PŞ-nə getmişdir. O, Nazirlər Kabineti tərəfindən 22 iyun 2021-ci il tarixdə qəbul edilmiş 177 saylı qərarla müəyyən edilmiş qaydalarla tanış olmamış, sadəcə olaraq müəyyən tələblər qoyulduğunu bilmişdir. Əməlindən peşmandır. Qeyd edilənlərin nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Xətai RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı X4 tərəfindən 09.07.2021-ci il tarixli, HK-1/1341 saylı material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinin tələbinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin aidiyyatı üzrə göndərilməsi qərara alınmışdır. Xətai rayon prokuroru, baş ədliyyə müşaviri X5 tərəfindən qəbul edilmiş 24 sentyabr 2021-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərardan görünür ki, xx xxxxxx 1967-ci il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı (maddə 32.1.1) məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 saylı qərarının 2.5-3.7-ci bəndinə əsasən şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir; Həmin qərarın 2.5-3.8-ci bəndinə əsasən bu Qərarın 2.5-3.1-2.5-3.7-ci bəndlərinin tələbləri pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ilə 25 iyun 2021-ci il tarixdə X1 olduğu Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2315-ci keçid 64P ünvanında yerləşən “Sevən Ürəklər” şadlıq sarayında toy məclisinin keçirilməsinə dair aralarında şifahi razılıq əldə edilmiş, 09 iyul 2021-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları inzibati ərazidə xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət edilməsi istiqamətində xidmət aparan zaman “Sevən Ürəklər” şadlıq sarayında Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 saylı qərarının 2.5-3.7-ci bəndinə əsasən şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmaması aşkar edilmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatı ilə yanaşı, digər iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, ilk dəfə inzibati xətanı törətməsini və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar