Məhkəmə qərarları › İş №3(011)-3717/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3717/2024

03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3717/2024 03.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448, 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448 və 482.1-ci maddələri ilə 24 may 2024-cü il tarixli, 00100-01164/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 1-ci anbarında Türkiyə Respublikasından ayrı-ayrı şəxslərə məxsus yükləri daşıyan 99ED807 dövlət qeydiyyat nişanlı yük avtomobilinə “Hİ-SCAN 180180-2İS pro” markalı rentgen qurğusu tətbiq etməklə Skanlaşdırma şöbəsinin əməkdaşları tərəfindən gömrük yoxlaması aparılmış, sözügedən rentgen qurğusunun monitorunda dörd künc formalı 01 ədəd bağlamada şübhəli cizgilər göründüyündən həmin bağlamaya fiziki yoxlama aparılmış, yoxlama zamanı avtomobilin yük hissəsində X1 adına **********6732 nömrəli gömrük bəyanəməsinin 3-cü mal mövqeyində 105 ədəd plastmas təbəqələrdən “Eroğlu tergan” nişanlı portmanatlar bəyan olunduğu halda, gömrük orqanına bəyan edilməyən 84 ədəd qolbaq, 130 ədəd boyunbağı, 102 ədəd üzük, 162 ədəd sırğa, 5 ədəd qolbaq-üzük dəsti, 8 ədəd abadok, 28 ədəd saç broşu, 3 ədəd brelok, 24 ədəd yaxa sancağı, 4 ədəd boyunbağı-sırğa dəsti, 3 ədəd çanta üçün zəncir, 57 ədəd parça materiallı paket, 19 ədəd əl çantası, 2 ədəd bel çantası, 8 ədəd portmane, 47 ədəd müxtəlif formalı vitrin üçün stendlər, 25 ədəd şarf, 7 ədəd parça materiallı yaxalıq, 57 ədəd parça materiallı paketlər, 300 ədəd selofan paketlər, 33 ədəd saç üçün rezinlər, 30 ədəd sellofan paket içərisində müxtəlif brendlərə məxsus orijinallığını göstərən passport məlumatlar aşkar olunmuşdur. İnzibati xətanın bilavasitə obyekti olan adları və sayları yuxanda qeyd edilən malların fiziki-kimyəvi tərkibinin müəyyən edilməsi və qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33- 1100/2-000818/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərara əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 3-16-16/2-6/1059-9/1363 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 21 ədəd çanta və 8 ədəd pul kisəsi orijinal olduğu halda 135360 manat, orijinal olmadığı halda 2800 manat, adı və markalanma göstəriciləri ekspert rəyində qeyd edilmiş saç rezinləri, broşları, şarflar, aksesuarlar, breloklar, obodoklar bijuteriya qabları 1120 manat, qiymətsiz metal ərintisindən hazırlanılmış büjuteriya əşyaları isə 3200 manat olduğu müəyyən edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən orijinal olub-olmadığı müəyyən edilə bilməyən 21 ədəd çanta və 8 ədəd pul kisəsinin orijinallığının müəyyən edilməsi zərurəti yarandığından 3-33-1100/2- 002048/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla “Azərekspertiza” Birliyinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərara əsasən ekspertizanın aparılması “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir. “Azərekspertiza” Birliyindən daxil olmuş xx.xx.2024-cü il tarixində daxil olmuş 51 saylı ekspertiza aktına əsasən qeyd edilən 21 ədəd çanta və 8 ədəd pul kisəsi orijinal deyildir. Məhkəmə iclasının vaxtı və yeri barəsində əvvəlcədən məlumat verilməsinə baxmayaraq Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanın törədildiyini etiraf edərək göstərmişdir ki, Türkiyə Respublikasından həmin malları göndərən şəxs onları çantaların içinə yerləşdirmiş, bu səbəbdən karqoya verildikdə idxal bəyannaməsi ilə çantalar bəyan olunmuş digər mallar isə bəyan olunmamışdır. Səmimi etirafını,əməlindən peşman olduğunu,həmin malların artıq satışını həyata keçirməyəcəyini nəzərə alaraq malların müsadirə olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, sözügedən rentgen qurğusunun monitorunda dörd künc formalı 1 ədəd bağlamada şübhəli cizgilər göründüyündən həmin bağlamaya fiziki yoxlama aparılması qərarı verilmiş və nəticədə avtomobilin yük hissəsində X1 adına **********6732 nömrəli gömrük bəyannaməsinin 3-cü mal mövqeyində 105 ədəd plastmas təbəqələrdən eroğlu tergan nişanlı portmanatlar bəyan olunduğu halda, gömrük orqanına bəyan edilməyən 84 ədəd qolbaq, 130 ədəd boyunbağı, 102 ədəd üzük, 162 ədəd sırğa, 5 ədəd qolbaq- üzük dəsti, 8 ədəd abadok, 28 ədəd saç broşu, 3 ədəd brelok, 24 ədəd yaxa sancağı, 4 ədəd boyunbağı-sırğa dəsti, 3 ədəd çanta üçün zəncir, 57 ədəd parça materiallı paket, 19 ədəd əl çantası, 2 ədəd bel çantası, 8 ədəd portmane, 47 ədəd müxtəlif formalı vitrin üçün stendlər, 25 ədəd şarf, 7 ədəd parça materiallı yaxalıq, 57 ədəd parça materiallı paketlər, 300 ədəd selofan paketlər, 33 ədəd saç üçün rezinlər, 30 ədəd selofan paket içərisində müxtəlif brendlərə məxsus orijinallığını göstərən passport məlumatlar aşkar edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını həmçinin inzibatı xəta törətməkdə təqsirli bilinən Şəxs səmimi etirafını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448 və 482.1-ci maddəsinin tərkibi vardır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448 və 482.1-ci maddələri ilə inzibati xəta törətməsi ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin məcəllənin 479-cu maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 479- 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin maddənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448 və 482.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə Şəxs daha ciddi xəta olan 482.1-ci maddənin sanksiyasında nəzərdə tutulan inzibati xətanın obyekti olan mallar müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448 və 482.1-ci madələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş ümumi dəyəri 2800 manat olan 21 ədəd çanta və 8 ədəd pul kisəsi, ümumi dəyəri 1120 manat olan saç rezinləri, broşları, şarflar, aksesuarlar, breloklar, obodoklar, bijuteriya qabları, 3200 manat dəyərində qiymətsiz metal ərintisindən hazırlanmış bijuteriya əşyaları dövlət nəfinə müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar