Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3720/2021 05.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx xxxx 1970-ci il tarixdə Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyinə dair 05 oktyabr 2021-ci il tarixli MN seriyalı 0975324/1066 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs 14.06.2021-ci il tarixdə saat 07:45 radələrində Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində qonşusu X5 ilə aralarında yaranmış mübahisə zamanı qəsdən onu vuraraq xəsarət yetirmişdir. Bununla da, Şəxs, X1 zərər vurmayan bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirmişdir ki, X4 təxminən səkkiz ildir ki, qonşusu kimi tanıyır. Həmin vaxtdan aralarında dəfələrlə mübahisə olmuş və soyuqluq yaranmışdır. Belə ki, Mirhəsən əsassız olaraq evinin onun həyətində tikdiyini iddia edir. Son vaxtlar öz evində apardığı təmir işləri ilə bağlı Mirhəsən tez-tez onun ünvanına təhqiramiz ifadələr işlədir. O isə münaqişə yaratmamaq üçün qarşılıq vermirdi. Sonuncu dəfə 14.06.2021 -ci il tarixində səhər saat 07:45 dəqiqədə yaşadığı evin həyətindən zibil atmaq üçün küçəyə çıxdığı zaman yenə Seyidov Mirhəsənlə sözlə mübaisə etmişlər. Mirhəsən gözləmədiyi halda qəsdən əlləri ilə onun sifət və baş nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Daha sonra əlbəyaxa olmuşlar və qısa müddətdə aralaşmışlar. Əməlindən peşman olduğunu qeyd edərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, 14.06.2021-ci il tarixdə saat 07:45 radələrində ünvan 3 ünvanında yerləşən yaşadığı evin çöl hissəsində qonşusu Şəxs qəsdən onun sifət, sol diz, sol qol və bel nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Şəxs ilə barışmadığını qeyd edərək onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan 21 iyun 2021-ci il tarixli Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin təhqiqatçısı İsaq Həsənovun cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbir görülməsi üçün qərarın surəti aidiyyatı əməkdaşlara göndərilmişdir. İş materiallarından görünür ki, məhkəmə tibb ekspertizasının 17.06.2021-ci il tarixli 502 saylı rəyindən görünür ki, X2 və sağ saidin arxa səthlərinin, sol diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilmiş 14.06.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan 01 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 05 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçməmişdir. Məhkəmə iş materiallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, ekspert rəyini ətraflı təhlil edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olması müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri – cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İM : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3720/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3720/2021
05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver