Məhkəmə qərarları › İş №3(011)-3753/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3753/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3753/2023 26.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3958/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2217/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-401/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7212/2015 nömrəli, xx.xx.2015-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3978/2017 nömrəli, xx.xx.2017-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8910/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3659/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 36 saylı Notariat Kontoruna əsasən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən MN ******* nömrəli, 26 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3958/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 1100 manat borc tutularaq tələbkar Xatuna Mikadzeyə ödənilməlidir, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2217/2019 nömrəli, xx.xx.2019-cu il tarixli tarixli icra sənədinə əsasən borclu Şəxs 8480 manat borc tutularaq tələbkar X4 ödənilməlidir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-401/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1631.99 manat borc tutularaq tələbkar Dəmirbank ASC-nin xeyrinə ödənilməlidir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7212/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 795.59 manat borc tutularaq tələbkar Bank Standart QSC-nin xeyrinə ödənilməlidir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3978/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1479.92 manat borc tutularaq tələbkar Dəmirbank ASC-nin xeyrinə ödənilməlidir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8910/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 1796 manat borc tutularaq tələbkar ABC Telecom MMC-nin xeyrinə ödənilməlidir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3659/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 163 manat borc tutularaq tələbkar İrşad Elektroniksin xeyrinə ödənilməlidir, 36 saylı Notariat Kontoruna əsasən borclu Şəxs 2649 manat borc tutularaq tələbkar Baku Elektroniksin xeyrinə ödənilməlidir. Borcluya icra sənədlərinin icra edilməsi təklif olunmuş, lakin o, imkanı olmadığından ödəniş edə bilməmişdir. Bununla da borclu icra sənədləri üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. 26 sentyabr 2023-cü il tarixə kimi Şəxs icra sənədləri üzrə 9580 manat aliment borcu və 8515.50 manat bank borcları yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, icra sənədləri üzrə 9580 manat aliment borcu və 8515.50 manat bank borcları yaranmışdır. İmkanı olmadığından borclarını ödəyə bilməmişdir. Lakin borcu hissə-hissə ödəmək istədiyini bildirmişdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materialında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7212/2015 nömrəli, 25 avqust 2015-ci il tarixli məhkəmə əmrinə əsasən, Şəxs 747,27 manat əsas, 28,32 manat faiz borcu olmaqla cəmi 775,59 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu QSC Bank Standart KB-nin xeyrinə tutularaq ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan göründüyü kimi borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3978/2017 nömrəli, 14 mart 2017-ci il tarixli məhkəmə əmrinə əsasən, Şəxs 856.98 manat əsas borc, 602.94 manat faiz borcu olmaqla ümumilikdə cəmi 1459.92 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu Dəmirbank ASC-nin xeyrinə tutularaq ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan göründüyü kimi borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2217/2019 nömrəli, 03 aprel 2019-cu il tarixli icra vərəqəsinə əsasən, Şəxs 01 mart 2019-cu il tarixdən başlayaraq 02 dekabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh X3 ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli “İcraata başlamaq haqqında” qərardan göründüyü kimi borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8910/2019 nömrəli, 11 dekabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən, Şəxs 1606 manat əsas borc, 160 manat cərimə olmaqla 1766 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutularaq ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan göründüyü kimi borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3659/2021 nömrəli, 07 iyun 2021-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs 110 manat əsas borc, 33 manat cərimə borcu olmaqla, cəmi 143 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutularaq ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan göründüyü kimi borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-401/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs 1.601,99 ABŞ dolları məbləğində əsas borc ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASCnin xeyrinə tutularaq ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan göründüyü kimi borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. İş materialında olan 36 saylı Notariat Kontorunun 22 iyul 2022-ci il tarixli icra qeydinə əsasən Şəxs 2649 manat 00 qəpik tutularaq tələbkar Baku Elektroniksin xeyrinə ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan göründüyü kimi borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3958/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Xatuna Mikadzeyə ödənilməlidir, cavabdeh Şəxs 46 manat 40 qəpik məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan göründüyü kimi borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişlərdən göründüyü kimi, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X5 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Şəxs nəinki məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğdə, hətta daha az - maddi imkanı çata biləcəyi məbləğdə belə ödəniş etməmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 26 sentyabr 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar