Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3754/2020 29.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 15 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə 21:30 radələrində Xətai rayonu, E.Əliyev küçəsi 4 ünvanının qarşısında xidmətdə olarkən komendant saatının tələblərini pozduğuna görə ona yaxınlaşıb şəxsiyyəti müəyyən edilən zaman Daxili Qoşunların əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq sərxoş vəziyyətdə onlara əl-qol atmağa başlamış və özünü təqdim etməmişdir. Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru polis kapitanı X1 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək, əməlindən peşman olduğunu, bir daha belə halın baş verməyəcəyini qeyd edərək həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN Daxili Qoşunların müddətdən artıq hərbi qulluqçusu X2 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə 21:30 radələrində Xətai rayonu, E.Əliyev küçəsi 4 ünvanının qarşısında xidmətdə olarkən bir nəfər şəxsin komendant saatının tələblərini pozduğunu görüb ona yaxınlaşıb şəxsiyyətini müəyyən etmək istədikdə həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq sərxoş vəziyyətdə onlara əl-qol atmağa başlamış və özünü təqdim etməmiş. Ona xəbərdarlıq edilməsinə baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin, şahidin izahatını, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını yüngülləşdirici hal kimi nəzərə alır. Şəxs əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, əməlindən peşman olduğunu və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3754/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3754/2020
29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver