Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3759/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə X1 Bakı şəhəri X9 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 15 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri X9 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 15 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus “Mercedes C180” markalı, **-VN- *** dövlət qeydiyyat nişanlı avtomobillə 15 sentyabr 2023-cü il tarixdə saat 00:12 radələrində Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindən Ukrayna dairəsi soldan üçüncü hərəkət zolağı ilə Gəncə prospekti istiqamətinə hərəkət edərkən soldan ikinci zolaqla hərəkət edən X2 idarə etdiyi “Changan” minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Aşıq Ələsgər küçəsinə soldan ikinci zolaqdan birbaşa daxil olmaq istədiyindən onun idarə etdiyi avtomobillə toqquşmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı DİN-in qaynar xəttinə zəng edib məlumat verildikdən sonra hadisə yerinə Bakı şəhəri X9 İdarəsinin polis kapitanı X4 gəlmiş, hadisənin necə baş verməsi ilə bağlı şifahi məlumatlar almış və səhər 10:00-da Bakı şəhəri X9 İdarəsinə gəlməli olduqlarını söyləmiş, orda yazılı izahatlarını aldıqdan sonra yol nəqliyyat hadisəsində hər iki sürücünün xəta törətdiyini söyləmişdir. Bu da onunla əsaslandırılmışdır ki, şikayətçi növbəti çıxışdan çıxacağı üçün sol hərəkət zolağına keçməli, sağ zolaqda hərəkət edərək sağa dönən sürücülərə qovşağı tərk etməkdə maneə yaratmamalı olduğu halda, sağ (soldan üçüncü) zolaqda hərəkət etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin qərarla razılaşmayaraq Bakı şəhəri X9 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 15 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, hesab edir Bakı şəhəri X9 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 15 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri X9 İdarəsinin inzibati tənbeh vermə haqqında 15 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X3 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Mercedes C180” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu Ukrayna dairəsi ərazisində hərəkətdə olarkən “X5” Azərbaycan Respublikasının Qanununun tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasının pozulması səbəbindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X5” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. “X5” Azərbaycan Respublikasının Qanununun: 37-ci maddəsinin İ hissəsinin 5-ci bəndinə əsasən hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. 42-ci maddəsinə əsasən İX hissəsinə əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri X9 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 15 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini barədə X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Bakı şəhəri X9 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 15 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə X1 şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3759/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3759/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver