Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-377/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs, Nəqliyyatda Baş Polis X2 X12 X8 Bölməsinin təhqiqatçısı X4 iştirakları ilə xx.xx.1989-cu il tarixdə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Dənizçi küçəsi, 12/6 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18.00 radələrində Zığ X8 Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri Xətai rayonu Zığ qəsəbəsində yerləşən DOK-qayıqların yanalma körpüsündə ekoloji cinayətlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı xx.xx.1986-cı ildə Naxçıvan MR, Şərur rayonu Qarabağlar kəndində anadan olmuş və orada qeydiyyatda olan faktiki Xətai rayonu Dənizçi küç. 12/6 ünvanında yaşayan X5 məxsus EN-09 adlı, Yamaha-60 mühərrikli, ABB- 1550 seriyalı, 550 saylı reyestr ilə FHN-nin KGN və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən qeydiyyata alınmış 1 ədəd taxta qayıqla X3 adlı kiçik yarımadasının yaxınlığında qanunsuz quş ovu ilə məşğul olan xx.xx.1989-cu il tarixdə Naxçıvan MR, Babək rayonu Şıxmahmud kəndində anadan olmuş və orada qeydiyyatda olan faktiki Xətai rayonu, Dənizçi küçəsi 12/6 ünvanında yaşayan Şəxs saxlanılmış və ondan 5 (beş) ədəd başları kəsilmiş və doğranaraq ləyən qabına yığılmış quş ətləri götürülmüşdür. Nəqliyyatda Baş Polis X2 X12 X8 Bölməsinin CAQ-un baş əməliyyat müvəkkili Rauf Səmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 15:20 radələrində qaynı X5 məxsus taxta qayığa tək minərək X3 adlı kiçik yarımadasının yaxınlığında yemək üçün 5 ədəd “qaşqaldaq” quşunu ovlamışdır. Ov etmək üçün hər hansı icazə sənədinin və qayığın dənizə giriş-çıxış üçün müvafiq icazə vərəqinin olmamasını qeyd etmişdir. Ovladığı 4 ədəd quşu idarə etdiyi qayıqda olan taxta avar vasitəsilə vuraraq tutduğunu, quşlardan birini isə sahildə olarkən əl ilə tutduğunu bildirmişdir. Əməlindən peşman olmasını ,aprel döyüşlərinin qazisi olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Nəqliyyatda Baş Polis X2 X12 X8 Bölməsinin təhqiqatçısı X7 izahatında göstərmişdir ki, tərəfindən hadisənin baş verdiyi yerə Xətai rayonu, Zığ qəsəbəsində yerləşən DOK-qayıqların yanalma körpüsünə baxış keçirilmişdir. Baxış zamanı saxlanılan şəxs Şəxs 5 (beş) ədəd başları kəsilmiş və doğranaraq ləyən qabına yığılmış quş ətlərinin ovladığı “qaşqaldaq” quşlarının əti olduğunu və onları özünün ovladığını qeyd etmişdir. Baxış zamanı qeyd olunan kəsilmiş quş başları və onların lələkləri və doğranmış ət məhsulları təhqiqat əhəmiyyəti kəsb etdiyindən müvafiq protokolla götürülərək qablaşdırılmışdır. Baxış zamanı Şəxs idarə etdiyi qayığın foto və video çəkilişləri aparılmış, digər əhəmiyyətli məlumat kəsb edən hal müşahidə olunmamışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli maddi sübuta baxış və götürülməsi barədə protokoldan görünür ki, Şəxs 05 ədəd doğranmış quş maddi sübut kimi götürülmüşdür. Maddi sübutlar Nəqliyyatda Baş Polis X2 X12 X8 Bölməsində möhürlənmiş və qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan FHN X1 və Sularda Xilasetmə Dövlət Xidmətinin AA 022945 nömrəli texniki talonundan görünür ki, EN-09 adlı, Yamaha-60 mühərrikli, ABB-1550 seriyalı taxta qayıq X5 məxsusdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun məktubundan görünür ki, Şəxs tərəfindən ovlanmış quşların “adi qaşqaldaq” (Fulica atra) növünə aiddir və “Qırmızı kitaba” daxil edilməmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X6 xx.xx.2020-ci il tarixli 26/5049 saylı mütəxəssis arayışına əsasən müəyyən edilmişdir ki, Şəxs qanunsuz “qaşqaldaq” quşlarını ovlaması nəticəsində təbiətə 27,5 AZN (iyirmi yeddi manat 50 qəpik) ziyan dəymişdir. İş materiallarında olan Nəqliyyatda Baş Polis X2 X12 X8 Bölməsinin təhqiqatçısı X4 xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün toplanmış material Nəqliyyatda Baş Polis X2 X12 X8 Bölməsinin İTQ-yə göndərilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri – ov hüququ məhdudlaşdırılması tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə ov hüququ məhdudlaşdırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-377/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-377/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver