Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3771/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X4 müdafiəçisi X6 iştirakları ilə X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 13 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 13 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, X13 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli MN № ******* saylı qərarına əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 manat cərimə tətbiq edilmişdir. Həmin qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı protokoluna əsasən qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Çünki qeyd olunan protokol və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN № ******* saylı qərarında göstərilmişdir ki, guya X14 adlı şəxsi 2021-ci ilin noyabr ayından xx.xx.2022-ci ilədək rəsmi əmək müqaviləsi bağlanılmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Halbuki, tanışı X14 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikasına gəlmiş və burada qalmağa (yaşamağa) yeri olmadığı üçün ondan bir neçə günlük "Shopstore” MMC-nin ofisində qalmaq üçün ona icazə verməyini xahiş etmişdir. Samir Məmmədovla xaricdə ticarət etmək barədə planları olduğundan və yaxşı münasibətləri olduğu üçün ona bir müddət ofisdə qalmasına icazə vermişdir. Məlum pandemiya ilə bağlı planları alınmadığı və aralarında şəxsi münasibətlər zəminində mübahisə olduğu üçün 2022-ci ilin iyun ayının 7-də ondan ofisin inzibati binasını tərk etməsini tələb etmişdir və onu bir daha ofisə buraxmamışdır. "xxxx" MMC-nin ştat vahidləri hələ 2022-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin əməkdaşlarına təqdim edilmiş və həmin ştat cədvəlində Samir Məmmədovun guya ki, işlədiyini göstərdiyi “Satış şöbəsinin rəisi” ştatı olmamışdır. Ümumiyyətlə 2021 və 2022-ci illərdə "xxxx" MMC-də heç vaxt satış şöbəsinin rəisi vəzifəsi, ştatı olmamışdır. Sadəcə olaraq Samir Məmmədovla aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə ilə bağlı onu nüfuzdan salmaq üçün barəsində yalan və böhtan xarakterli məlumalar yayır, şikayətlər edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 13 sentyabr 2022-ci il tarixli MN № ******* saylı qərarı poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə ona təqdim edilmişdir. Məhkəmə iclasında X4 müdafiəçisi X2 Samir Mahiroviçin "xxxx" MMC-də işə cəlb edilmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 13 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edirəm ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 13 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan X3 ərizəsindən görünür ki, 2021-ci ilin mart ayından "xxxx" MMC-də operator-kassir vəzifəsində işlədiyini, müdirin dostu X9 2021-ci ilin noyabr ayında şirkətin ofisinə gəlmişdir, Bakı şəhərində yaşamağa yeri olmadığı üçün "xxxx" MMC-nin ofisində yaşamağa başlamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X9 2021-ci ilin noyabr ayından xx.xx.2022-ci il tarixədək "xxxx" MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin İ hissəsinin tələblərinin pozulması faktına görə X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 08 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair sübut olmadığından iş üzrə icraata xitam verilmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi qərar qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları nəzərə almamışdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilməlidir. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, vətəndaş X14 hüquqi şəxs "Shopstore” MMC-nin barəsində şikayət ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinə müraciət edərək qeyd etmişdir ki, 2021-ci ilin noyabr ayında "xxxx" MMC-də satış şöbəsinin rəisi vəzifəsində işləməyə başlamışdır. Razılaşma əsasında ona aylıq 3000 manat məbləğində əmək haqqı ödənilməli idi, 15 iyun 2022-ci il tarixinə qədər həmin müəssisədə işləməyinə baxmayaraq, onunla əmək münasibətləri rəsmiləşdirilməmişdir, yəni əmək müqaviləsi bağlanmamışdır. Bu məsələlərlə bağlı rəhbərliyə narazılığını ifadə etdikdə onunla əmək münasibətlərinə son verilmiş və bu aylar ərzində ona ödənilməli olan əmək haqqı məbləği ödənilməmişdir. Bundan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 08 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə X9 ərizəsində qeyd olunan xüsusatlarla bağlı qeyd edir ki, o, 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyun ayının 15-nə kimi "xxxx" MMC-də satış şöbəsinin rəisi vəzifəsində işləməsini iddia etsə də, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsində 17 fevral 2022-ci il tarixdə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində X14 qeyd etmişdir ki, X8 ilə təxminən 10 ilə yaxındır ki, dostluq, həmçinin partnyorluq edirlər. Belə ki, Ramillə Dubay şəhərində yaşadığı dövrdə birlikdə iş qurmuşlar. Bir müddət şərikli işlər görmüşlər və aralarında daimi olaraq iş birlikləri olmuşdur. Ramil 2020-ci ildən "xxxx" MMC-ni təsis etmiş, həmçinin Apple şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəsi kimi fəaliyyət göstərmişdir. O, aradabir Ramilin yanına gəlib onunla görüşmüş və söhbətləşmişdir. Son zamanlar aralarında hər hansı bir iş birliyi olmasa da müəyyən planları vardır ki, gələcəkdə hansısa iş birliyi qursunlar. Həmçinin ifadəsi alınmazdan əvvəl o, Azərbaycan Respublikası CPM-nin 297-ci maddəsi ilə bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar olunmuşdur və bundan sonra o, vermiş olduğu ifadəsində X8 ilə aralarında heç bir əmək münasibətinin olmadığını bildirmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, X14 hüquqi şəxs "xxxx" MMC-də satış şöbəsinin rəisi vəzifəsində çalışdığını qeyd etsə də, MMC-nin ştat cədvəllərindən məlum olur ki, "xxxx" MMC-nin 23 işçisi vardır və həmin müəssisədə satış şöbəsinin rəisi vəzifələri təsis olunmamışdır. Həmçinin, X11 ərizəsində bildirmişdir ki, 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyun ayının 15-nə kimi sözügedən müəssisədə X9 çalışmasının şahidi olmamışdır. Belə ki, X10 "Shopstore” MMC-nin direktoru X8 arasında dostluq münasibətləri olmuşdur və bir müddət X14 müəssisənin ofisində yaşamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 13 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117, 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 13 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3771/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3771/2022
12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver