Məhkəmə qərarları › İş №3(011)-3772/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3772/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3772/2022 19.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 25 avqust 2022-ci il tarixli 13000-0907/22 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə idxalçı hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ünvanına göndərilən mallar xx.xx.2022-ci il tarixli **********7528 saylı gömrük bəyannaməsi üzrə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin həmin gömrük bəyannaməsi üzrə təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********383 saylı qısa idxal bəyannaməsinə əlavə edilmiş dəmir yolu qaimələrinin bəzilərində idxalçı hüquqi şəxsin adı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs əvəzinə "xxxx" kimi qeyd edilmişdir. Bununla da idxalatçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, sözügedən dəmiryolu qaimələrinin bəzilərində hüquqi şəxsin adının düzgün qeyd edilməməsi ixracatçı şirkətin yol verdiyi texniki səhv ucbatından baş vermişdir. Hüquqi şəxs ixracatçı tərəfindən göndərilən mallara aid olan sənədləri mallar Azərbaycan Respublikasına çatmazdan öncə görə bilməmişdir, bu səbəbdən həmin qaimələrdəki mövcud ola biləcək səhvlərə ixracatçı tərəfindən yol verilmişdir. Həmçinin o, qeyd etmişdir ki, ixracatçı şirkətlə müqaviləni Socar Şəxs bağlamış və müqavilədə malların alıcısı kimi Socar Şəxs göstərilmişdir. Odur ki, onlar bəyənnaməni düzgün doldurmuşlar və alıcı qrafasında müqavilədə olduğu kimi düzgün olaraq Socar Şəxs qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ünvanına göndərilən mallar xx.xx.2022-ci il tarixli **********7528 saylı gömrük bəyannaməsi üzrə Baş İdarədə rəsmiləşdirilmişlər, lakin həmin gömrük bəyannaməsi üzrə təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********383 saylı qısa idxal bəyannaməsinə əlavə edilmiş dəmir yolu qaimələrinin bəzilərində idxalçı hüquqi şəxsin adı "xxxx" kimi qeyd edilmişdir. Odur ki o, göstərilənlərə əsasən hüquqi şəxsin barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2022-ci il tarixli **********3813 nömrəli qısa idxal bəyannaməsindən və xx.xx.2022ci il tarixli **********7528 nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən malların Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs, AZ1025, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov, ev 28, "xxxx" QSC üçün göndərilməsi qeyd edilmişdir. Socar Şəxs tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Socar Şəxs və “Socar Overseas” DMCC şirkəti arasında bağlanmış 2389/İM-0122 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə əsasında A-95 markalı benzin məhsulunun idxalı həyata keçirilir. **********00248, **********00233, **********04755, **********00235 və **********00234 nömrəli barkodlar ilə gələn malların qaiməsində səhvən alıcının ünvanında Socar Şəxs adı qeyd olunmamışdır. Göstərilənlərə əsasən digər şirkətlərin adına olan, yuxarıda qeyd olunan barkodların Socar Şəxs adına dəyişdirilməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Socar Şəxs və “Socar Overseas” DMCC şirkəti arasında bağlanmış 2389/İM-0122 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə əsasında göndərilən malların alıcısı qismində Socar Şəxs göstərilməli olması qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsi, Təhqiqat bölməsinin böyük təhqiqatçısı gömrük xidməti baş leytenantı X3 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 25 avqust 2022-ci il tarixli 13000-0907/22 nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ünvanına göndərilən mallar xx.xx.2022ci il tarixli **********7528 saylı gömrük bəyannaməsi üzrə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin həmin gömrük bəyannaməsi üzrə təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********383 saylı qısa idxal bəyannaməsinə əlavə edilmiş dəmir yolu qaimələrinin bəzilərində idxalçı hüquqi şəxsin adı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs əvəzinə "xxxx" kimi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən gömrük orqanına təhrif olunmuş məlumatın verilməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsi, Təhqiqat bölməsinin böyük təhqiqatçısı gömrük xidməti baş leytenantı X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 25 avqust 2022-ci il tarixli 13000-0907/22 nömrəli protokola əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ünvanına göndərilən mallar xx.xx.2022-ci il tarixli **********7528 saylı gömrük bəyannaməsi üzrə Baş İdarədə rəsmiləşdirilmiş, lakin həmin gömrük bəyannaməsi üzrə təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********383 saylı qısa idxal bəyannaməsinə əlavə edilmiş dəmir yolu qaimələrinin bəzilərində idxalçı hüquqi şəxsin adı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs əvəzinə "xxxx" kimi qeyd edilmişdir. Bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmələri göstərilmişdir. Lakin məhkəmə iclasında hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, sözügedən dəmiryolu qaimələrinin bəzilərində hüquqi şəxsin adının düzgün qeyd edilməməsi ixracatçı şirkətin yol verdiyi texniki səhv ucbatından baş vermişdir. Həmçinin, bəzi qaimələrdə hüquqi şəxsin adının ixracatçı tərəfindən düzgün qeyd edilməməsi faktı "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla da öz təsdiqini tapmışdır. Belə ki, həmin məktubda ixracatçı şirkət Socar Şəxs və “Socar Overseas” DMCC şirkəti arasında bağlanmış 2389/İM-0122 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə əsasında göndərilən malların alıcısı qismində Socar Şəxs qeyd edilməsini xahiş etmişdir. Həmçinin Socar Şəxs tərəfindən Dövlət Gömrük Komitəsinə ünvanlanmış məktubdan da görünür ki, **********00248, **********00233, **********04755, **********00235 və **********00234 nömrəli barkodlar ilə gələn malların qaiməsində alıcının Socar Şəxsnə dəyişdirilmişəsi Dövlət Gömrük Komitəsindən xahiş edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli **********383 saylı qısa idxal bəyannaməsinə əlavə edilmiş dəmir yolu qaimələrinin bəzilərində idxalçı hüquqi şəxsin adı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs əvəzinə "xxxx" kimi qeyd edilməsi, ixracatçı şirkətin səhvi nəticəsində baş vermiş və bu səhvin aradan qaldırılması barədə Dövlət Gömrük Komitəsinə məlumat verilmişdir. Odur ki hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunması əsassız olmuşdur. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar