Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3784/2024 22.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 22 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilov ərizə təqdim edərək, borclunun məhkəmə iclas zalında 200 manat ödəniş etməsini, ay sonunadək 500 manat ödəniş edəcəyinə və ilin sonunadək isə borcu bağlayacağına söz verməsini, tərəflərin arasında bununla bağlı razılıq əldə olunmasını, əks halda yenidən barəsində protokol tərtib ediləcəyini nəzərə alaraq protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə ödənişlə bağlı qarşılıqlı razılığa gəldiklərini, məhkəmə iclas zalında 200 manat ödəniş etməsini, daha sonra da ayın sonunadək 500 manat ödəniş edəcəyini və ilin sonunadək isə borcu bağlayacağına söz verməsini nəzərə alaraq protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 ərizə təqdim edərək, borclu ilə ödənişlə bağlı qarşılıqlı razılığa gəldiklərini nəzərə alaraq protokolun baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını, icra məmurunun və zərərçəkmiş şəxsin ərizələrni, tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Məhkəmə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilovun və zərərçəkmiş şəxs X1 təqdim etdikləri inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması barədə ərizələrini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Xətai Rayon İcra Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə geri qaytarılsın. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3784/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3784/2024
22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver