Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3786/2024 02.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə, Baş X15 İdarəsinin inzibati xəta haqqında 27 may 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş X15 İdarəsinin inzibati xəta haqqında 27 may 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 xx.xx.1968-ci il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 17 illik sürücülük təcrübəsi var. O, Hundai "Accent", 99EL740 dövlət qeydiyyat nişanlı maşını etibarnamə ilə idarə edir. xx.xx.2024-cü il tarixində yeznəsi X7 ilə işlədiyi müəssisədə iş yerində bədbəxt hadisə baş vermişdir. Onu işdən Xırdalanda yerləşən X3 aparmışdırlar. O da bacısı ilə maşınla onun dalınca getmişdir. Sol əli iki yerdən sınmış, barmağı isə parçalanmışdır. Əlini gipsə qoymuşlar, həkim demişdir ki, pas iynəsi vurulmalıdır (infeksiyaya qarşı). Adilin sığortası Bakıda yerləşən Leyla Şıxlinskaya adına Klinikaya yonəltmişdir. O maşınla Neftçilər xəstəxanasının arxasından dönüş etmiş və maşını park etmişdir. Yolun kənarında heç bir X13 yoxdur. Yol da enli yoldur. Onlar Adilə pas iynəsi vurdurub geri dönmüşdürlər. Maşınla yenə də sola dönüşlə yola çıxmış, sağa dönmüşdür. Yol kənarında yenə də heç bir X11 yox idi (şəkil əlavə olunub, qarşı tərəfdə X5 çəkir). O maşınla sağa dönüş edərkən yol qırağında ** YP *** dövlət qeydiyyat nişanlı Yol Polisi maşını və yanında iki Yol polisi əməkdaşları dayanmışdı və onu X8 adlı Yol Polisi əməkdaşı saxlamışdır. Natiq adlı əməkdaş X9 pozduğunu söylədi. Hadisə 15:30 radələrindən sonra baş vermişdir. O da polis əməkdaşından hansı X9 pozduğunu soruşmuşdur. O da "yol bir tərəflidir, geri dönüş edə bilmərsiniz, Sizə 150 (4 bal) manat cərimə yazıram" demişdir. Bu barədə xx.xx.2024-cü il tarixində 16:57-də onun telefonuna AsanPaydan AR İXM-nin 327.4-cü maddəsi ilə 150.0 manat məbləğində cərimə olunmağı barədə Protokol İXP ******* ilə bildiriş gəlmişdir. O da ona "axı mən sağa dönüş edərkən yol kənarında X9 göstərən heç bir nişan olmadığını söylədim". O isə X10 solda qoyulduğunu demişdir. Hüseynova Sevil ona Sumqayıtdan gəldiklərini, maşında ağır xəstə olduğunu (Adilin mədəsində problem olduğu üçün ona ağrıkəsici belə vurulmamışdı), Yol Nişanının öz yerində olmadığını söyləmiş və bununla əlaqədar şikayət edəcəyini demişdir. O bura bir daha gəlməmək üçün vəziyyəti, nişanın düzgün yerdə qoyulmadığını telefonu ilə çəkib, özündə qeyd edib şikayətini əsaslandırmaq üçün saxlamışdır. Onun xx.xx.2024cü il tarixində DİN-nin elektron səhifəsindən X15 İdarəsinin rəisi Ramiz Zeynalova müraciəti xx.xx.2024-cü il tarixində 3-13-16/1-H-846xx/xx/2024 nömrəsi ilə qeydiyyata alınmağı barədə telefonuna məlumat gəlmişdir. ***-***-**-** nömrəli müraciətinin BYPİ-nin Yol Patrul Xidməti şöbəsində Qurban Baxşıyevin icraatına verildiyini bildirmişdirlər. xx.xx.2024-cü il tarixində isə Mikayıl Bayramovun icraatına verilmişdir (bütün bunları o özü zəng edib öyrənmiş, onu heç kim heç yerə dəvət etməmişdir). xx.xx.2024-cü il tarixində özü Bakı şəhər Yol Polisi İdarəsinə Mikayıl Qurbanovun qəbuluna getmiş, o isə "iş mənə dünən verilib (xx.xx.2024)” demişdir. O özü yenidən xx.xx.2024-cü il tarixində BŞYPİ-nə yaxınlaşmış, müraciəti artıq Vüsal Hacızadəyə verilmişdir. O izahat yazmış, disk və şəkilləri də təqdim etmişdir. xx.xx.2024-cü il tarixində o yenidən Vüsal Hacızadəyə yaxınlaşmış, o da "protokol bir mənalı qalacaq, düzgün tərtib olunub” demişdir. Lakin, xx.xx.2024-cü il tarixli DİN-nin BDYP-nə müraciətinə H-47654 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu xx.xx.2024-cü il tarixində elektron poçtuna yerləşdirilmişdir. Açıq-aşkar müddət pozuntusu göz qabağındadır. xx.xx.2024-cü il tarixində telefonuna AsanPaydan İXP ******* protokol üzrə xx.xx.2024-cü il tarixindən etibarən icra qərarın qüvvəyə minməyi barədə mesaj gəlmişdir. xx.xx.2024-cü il tarixində isə İXP ******* protokol üzrə xx.xx.2024cü il tarixindən etibarən dəbbə hesablanmasına başlanılması barədə telefonuna AsanPaydan mesaj gəlmişdir. Maşın xx.xx.2024-cü il tarixinə qədər texniki baxışdan keçməli idi və xx.xx.2024-cü il tarixində maşını texniki müayinədən keçirmişdir, lakin, maşının cəriməsi olduğu üçün sənədi sistemə vurmamışlar, o xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində bu barədə 102-i xidmətinə şikayətini bildirsə də, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində Baş X15 İdarəsinin katibliyinə yaxınlaşsa da, “102-yə şikayətiniz qeydə alınmır, müraciətiniz arayışla bağlanır, yazılı müraciət etməlisiniz” deməklə katibliyin Əli adlı əməkdaşı işini bitmiş hesab etmişdir. Onu xx.xx.2024-cü il tarixində BDYPİ-nin rəisi Ramiz Zeynalovun 5-ci günlər qəbul günü olsa da qəbul etməmişdirlər. xx.xx.2024-cü il tarixində müavini Pərvin Səfərəliyevin qəbul günü olsa da, o da qəbul etməmiş, X6 şöbəsinin rəisi Rüfət Quliyev qəbul etmiş, dinləmiş və rəhbərliyə məruzə edəcəyini desə də heç bir əməlin nəticə olmamışdır. Sonunda xx.xx.2024-cü il tarixində o cəriməni ödəmək məcburiyyətində qalmışdır. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin H-47654 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xətaya dair işə xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş X15 İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X15 İdarəsinin inzibati xəta haqqında 27 may 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.4-cü maddəsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Baş X15 İdarəsinin inzibati xəta haqqında 27 may 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş X15 İdarəsinin inzibati xəta haqqında 27 may 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3786/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3786/2024
02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver