Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3790/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X3, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 12 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, X15 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə bağlı bədbəxt hadisənin araşdırılması zamanı X10 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X1 təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Abşeron Xızı regional şöbəsi 07 aprel 2025-ci il tarixli, 3-17-5/229334/2025 nömrəli məktubla Şəxs MMC-nin işçisi X10 xx.xx.2025-ci il tarixdə iş vaxtı xəsarət alması barədə “Respublika Təcili və X8 Mərkəzi” PHŞ-nin 16 saylı TTTYS-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 “Çağrı Mərkəzi”nə daxil olmuş xx.xx.2025-ci il tarixli həkim məlumatının (müraciət vərəqəsində qeyd edilir ki, həmin tarixdə saat 08:56 radələrində istehsalatda bədbəxt hadisə baş vermişdir. "xxxx" MMC-nin usta vəzifəsi üzrə çalışan əməkdaşı X15 əmək funksiyalarının icrası zamanı 1 metr hündürlükdən yıxılaraq zədə almışdır) araşdırılması məqsədilə işçi X10 əmək fəaliyyətinə dair tələb olunan bütün sənədlər regional mərkəzə göndərilmişdir. Regional Mərkəzə ünvanladıqları 16 aprel 2025-ci il tarixli, 11 nömrəli izahat məktubunda və həmin məktuba əlavə edilmiş 12 vərəqdən ibarət sənədlərdə X10 iş vaxtından əvvəl narahat olması sübut edilmişdir. X14 Xidməti Bakı Şəhər İdarəsinin ünvanlarına göndərdikləri 01 may 2025-ci il tarixli 3-17-5/2-39444/2025 saylı məktubda “X14 Xidməti Bakı Şəhər İdarəsinə daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətanın olması müəyyən edilmişdir” ifadəsi göstərilmişdir. Həmin məktubda qeyd edilir ki, Zamikin izahatında iş yoldaşı kimi göstərdiyi X19 ilə Şəxs MMC arasında “xx.xx.2025-ci il tarixdə əmək münasibətlərinin mövcud olmadığı məlum olmuşdur”. Məsələnin aydınlaşdırılması məqsədilə o, xx.xx.2025-ci il tarixdə saat 11:00-da 3 saylı Bakı DOST Mərkəzində olub həmin müfəttişliyin məsləhətçi əmək müfəttişi X6 ilə ətraflı müzakirə edərək ona yazılı izahatını təqdim etmişdir. Sonra onun tələbi əsasında elektron poçt vasitəsilə ona X12 aprel ayı işə davamiyyət cədvəli, əmək müqaviləsi və xx.xx.2025-ci il tarixdə yazdığı izahatı göndərilmişdir. Əsgərov Zamiqin, Əliyev Telmanın izahatlarında qeyd elədikləri “iş yoldaşı” ifadələri işlətmələri hörmətli müfəttişləri Telmanın onların işçisi olub-olmaması barədə araşdırma aparmağa sövq etmişdir. Araşdırma zamanı onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək münasibətləri və Məşğulluq” altsisteminə baxış keçirərkən xx.xx.2025-ci il tarixdə X19 ilə Şəxs MMC arasında əmək münasibətlərinin mövcud olmadığı məlum olmuşdur. Məsələnin araşdırılması ilə bağlı o, xx.xx.2025-ci il tarixdə müfəttişliyin çağırışı əsasında Bakı Şəhər İdarəsində olmuş, həmin gün xeyli gözlədikdən sonra qeydiyyat aparan xanım işçi onu çağıraraq telefon dəstəyini ona vermiş, bir xanım ona demişdir ki, rəhbərlik bu gün onunla görüşə bilməyəcək. O, həmin gün 3 saat işdə ola bilməmişdir. Sonra xx.xx.2025ci il tarixdə o, müfəttişliyin Bakı Şəhər İdarəsinin çağırışı əsasında saat 11:00 həmin idarədə olmuşdur. Müfəttişliyin 3 işçisi müzakirədə iştirak etmişlər. O, onlara əlində olan sənədlərlə izahat vermək istəmiş, lakin onların özünü rəhbər kimi aparan işçisi sənədlərə baxmaqdan imtina etmiş və demişdir ki, onu 4000 azn cərimə etmişlər. X19 29 dekabr 2024-cü il tarixədək müəssisədə işləmiş, Zamiklə iş yoldaşı olmuşdur, həmin tarixdə AR ƏM-nin 75.2ç maddəsi ilə işdən azad edilmişdir. xx.xx.2025-ci il tarixdə işə dəvət olunmuş ona təklif olunan iş barədə məlumat almaq üçün fabrikə gəlmişdir. xx.xx.2025-ci il tarixdə onunla yenidən ƏMnin 47c maddəsinə uyğun olaraq əmək müqaviləsi bağlanmış, müqavilə özü tərəfindən “ƏMAS” tətbiqi vasitəsilə və direktorun gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək hüquqi qüvvəyə minmişdir. Ona görə də xx.xx.2025-ci il tarixdə yazdığı izahatda Zamiki yenə də iş yoldaşı kimi qeyd etmişdir. X19 xx.xx.2025-ci il tarixdən "xxxx" MMC də “Operator” vəzifəsində işləmiş, xx.xx.2025-ci il tarixdə AR ƏM-nin 68.2.a maddəsi ilə direktorun 03/25 nömrəli əmri ilə işdən azad edilmişdir. Həmçinin, o, əlavə olaraq bildirmişdir ki, X13 və X11 əmək müqavilələrinə 2024-cü ilin dekabr ayında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin İİ hissəsinin “ç” bəndinə əsasən xitam verilmiş və bu barədə işçilərə qabaqcadan məlumat verilmişdir. Belə ki, Qarabağda aparılan abadlıq işləri ilə bağlı onlar işçiləri gələcəkdə yeni yaranmış işlərə götürücələklər öhdəliyini üzərlərinə götürərək onların əmək müqavilələrinə xitam vermişlər. Amil Paşayev xx.xx.2025-ci il tarixdə yenidən işə qayıtmış və ayın sonuna kimi normal qaydada işə gəlmişdir. Lakin fevral ayından etibarən o, heç bir üzrlü səbəb olmadan işdən yayınmağa başlamış və bu barədə ona xəbərdarlıq edilməklə müəyyən akt da təqdim olunmuşdur. Habelə xx.xx.2025-ci il tarixdə işə qəbul edilməsi üçün yazdığı ərizəsində Amil Paşayev onun 1 ay sınaq müddəti təyin edilməklə işə qəbul edilməsini xahiş etmişdir. 28 fevral 2025-ci il tarixdə o, öz razılığı ilə ərizəsi əsasında işdən çıxarılmasını xahiş etmişdir. Həmin işçilərə son haqq hesabın ödənilməsinin gecikdirilməsi hesablarında kifayət qədər pul vəsaitinin olmaması ilə əlaqədar olmuşdur. Onlar Qarabağ ərazisində digər şirkətlərlə əməkdaşlıq etdiklərindən və həmin şirkətlərin onlara olan borcları vaxtında ödənilmədiyindən hesablarında pul olmamışdır. Göstərilənlərə əsasən barələrində tərtib edilmiş 12 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə inzibati xəta tərkibi olmadığından xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X16 izahat verərək bildirmişdir ki, X5 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin İİİ hissəsinin tələbi gözlənilmədən həmin maddənin İİ hissəsinin “ç” bəndinə əsasən xitam verilmiş, son haqq hesab xx.xx.2025-ci il tarixdə ödənilmişdir. X2 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xəbərdarlıq müddəti gözlənilmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, son haqq hesab xx.xx.2025-ci il tarixində ödənilmişdir. Habelə, X10 xx.xx.2025-ci il tarixində xəsarət alması ilə bağlı bədbəxt hadisənin araşdırılması zamanı cəmiyyətin direktoru X4 tərəfindən X12 xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 4000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X19 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs MMC-dən ona zəng olunaraq yeni işin olması barədə məlumat verilmiş və o da öz növbəsində işlə maraqlanmaq üçün həmin şirkətə getmişdir. Əvvəllər o, Şəxs MMC-də çalışmış, lakin opilka işi onda allerqiya yaratdığından həmin işdən çıxmış və "xxxx" MMC-də çalışmağa başlamışdır. xx.xx.2025-ci il tarixdə o, işdən icazə alaraq yeni iş üçün Şəxs MMCyə gedən zaman əvvəllər birlikdə işlədikləri Zaminin yolda yıxıldığını görmüşdür. O, Zamikə kömək etmiş və təcili tibbi yardım çağıraraq onu xəstəxanaya aparmışdır. İş materiallarında olan izahatında o, Zamiki iş yoldaşı kimi ifadə etmiş, buna səbəb isə əvvəllər bir yerdə çalışmaqları olmuşdur. Hadisə baş verən zamanı o, başqa işdə işləmiş və xx.xx.2025-ci il tarixdə həmin işdən ayrılaraq yenidən Şəxs MMC-də işləmək qərarına gəlmiş və onunla yeni müqavilə bağlanmışdır. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X15 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər-səhər işə gedən zaman övladı xəstə olduğundan yoldaşı ona zəng edib halının pis olduğunu bildirmiş və o, yolu keçmək istəyən zaman yolun asfalt hissəsində yıxılmışdır. Yıxıldıqdan sonra özünü pis hiss etdiyindən hadisə yerinə təcili tibbi yardım çağırılmış və onu xəstəxanaya aparmışlar. O, yolda yıxılan zaman həmin yerdən keçən köhnə iş yoldaşı Telman Əliyev onu görmüş və ona köməklik etmişdir. Telman ilə əvvəllər bir yerdə işləmiş, lakin sonradan o, həmin işdən çıxmışdır. İş materiallarında olan izahatında Telman Əliyevə iş yoldaşı kimi müraciət etməsinin səbəbi də məhz əvvəllər bir yerdə işləmələri olmuşdur. Hal-hazırda Telman yenidən Şəxs MMC-də çalışır. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X17 izahatında bildirmişdir ki, 2020ci ilin fevral ayından etibarən Şəxs MMC-də mühasib vəzifəsində çalışır. Telman Əliyev də əvvəllər həmin şirkətdə çalışmış, lakin daha sonra oradan çıxaraq "xxxx" MMC-yə işə düzəlmişdir. xx.xx.2025-ci il tarixdə Telman Əliyevlə yeni müqavilə bağlanmış və o, yenidən Şəxs MMC-yə qayıtmışdır İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X15 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə bağlı bədbəxt hadisənin araşdırılması zamanı X10 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Şəxs MMC ilə X19 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, Telman Əliyev həmin tarixdən etibarən fəhlə vəzifəsinə işə qəbul edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X19 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 75.2ç bəndinə əsasən xitam verilmişdir. "xxxx" MMC ilə X19 arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, Telman Əliyev həmin tarixdən etibarən operator vəzifəsinə qəbul edilmişdir; əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 03/25 nömrəli əmrdən görünür ki, "xxxx" MMC ilə X19 arasında bağlanmış 2HPWQLN000400 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddənin “a” bəndinə əsasən xitam verilmişdir; Şəxs MMC ilə X19 arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, Telman Əliyev həmin tarixdən etibarən fəhlə vəzifəsinə işə qəbul edilmişdir Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-3920/2025 saylı qərarından görünür ki,X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1, 192.4 və 192.6-cı maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmi. və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən X15 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə bağlı bədbəxt hadisənin araşdırılması zamanı X10 əmək müqaviləsi bağlamadan müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC-nin direktoru X3 barəsində səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında 22 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərar qəbul edilən zaman sübut kimi X10 və X12 verdiyi izahatlar, həmin izahatlarda onların bir-birilərinə “iş yoldaşı” kimi müraciət etmələri faktı göstərilmişdir. Lakin məhkəmə iclasında Şəxs MMC-nin direktoru X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara etiraz edərək izahatında əlavə olaraq bildirmişdir ki, X19 29 dekabr 2024cü il tarixədək müəssisədə işləmiş, Zamiklə iş yoldaşı olmuşdur, həmin tarixdə AR ƏM-nin 75.2ç maddəsi ilə işdən azad edilmişdir. xx.xx.2025-ci il tarixdə işə dəvət olunmuş ona təklif olunan iş barədə məlumat almaq üçün fabrikə gəlmişdir. xx.xx.2025-ci il tarixdə onunla yenidən ƏM-nin 47c maddəsinə uyğun olaraq əmək müqaviləsi bağlanmış, müqavilə özü tərəfindən “ƏMAS” tətbiqi vasitəsilə və direktorun gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək hüquqi qüvvəyə minmişdir. Ona görə də xx.xx.2025-ci il tarixdə yazdığı izahatda Zamiki yenə də iş yoldaşı kimi qeyd etmişdir. X19 xx.xx.2025-ci il tarixdən "xxxx" MMC də “Operator” vəzifəsində işləmiş, xx.xx.2025-ci il tarixdə AR ƏM-nin 68.2.a maddəsi ilə direktorun 03/25 nömrəli əmri ilə işdən azad edilmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində izahatı alınmış X19 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs MMC-dən ona zəng olunaraq yeni işin olması barədə məlumat verilmiş və o da öz növbəsində işlə maraqlanmaq üçün həmin şirkətə getmişdir. Əvvəllər o, Şəxs MMC-də çalışmış, lakin opilka işi onda allerqiya yaratdığından həmin işdən çıxmış və "xxxx" MMCdə çalışmağa başlamışdır. xx.xx.2025-ci il tarixdə o, işdən icazə alaraq yeni iş üçün Şəxs MMC-yə gedən zaman əvvəllər birlikdə işlədikləri Zamikin yolda yıxıldığını görmüşdür. O, Zamikə kömək etmiş və təcili tibbi yardım çağıraraq onu xəstəxanaya aparmışdır. İş materiallarında olan izahatında o, Zamiki iş yoldaşı kimi ifadə etmiş, buna səbəb isə əvvəllər bir yerdə çalışmaqları olmuşdur. Hadisə baş verən zamanı o, başqa işdə işləmiş və xx.xx.2025-ci il tarixdə həmin işdən ayrılaraq yenidən Şəxs MMC-də işləmək qərarına gəlmiş və onunla yeni müqavilə bağlanmışdır. Bundan əlavə, məhkəmə iclasında şahid qismində izahatı alınmış X15 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər-səhər işə gedən zaman övladı xəstə olduğundan yoldaşı ona zəng edib halının pis olduğunu bildirmiş və o, yolu keçmək istəyən zaman yolun asfalt hissəsində yıxılmışdır. Yıxıldıqdan sonra özünü pis hiss etdiyindən hadisə yerinə təcili tibbi yardım çağırılmış və onu xəstəxanaya aparmışlar. O, yolda yıxılan zaman həmin yerdən keçən köhnə iş yoldaşı Telman Əliyev onu görmüş və ona köməklik etmişdir. Telman ilə əvvəllər bir yerdə işləmiş, lakin sonradan o, həmin işdən çıxmışdır. İş materiallarında olan izahatında Telman Əliyevə iş yoldaşı kimi müraciət etməsinin səbəbi də məhz bir yerdə işləmələri olmuşdur. Hal-hazırda Telman yenidən Şəxs MMC-də çalışır. Bundan əlavə, məhkəməyə təqdim olunmuş sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən də Şəxs MMC ilə X19 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Telman Əliyev həmin tarixdən etibarən fəhlə vəzifəsinə işə qəbul edilmiş və həmin müqaviləyə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 75.2ç bəndinə əsasən xitam verilmişdir. Daha sonra "xxxx" MMC ilə bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X19 həmin tarixdən etibarən operator vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə 2HPWQLN000400 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddənin “a” bəndinə əsasən xitam verildikdən sonra Şəxs MMC ilə X19 arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən yenidən fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Həmçinin, o, X4 özünü Azərbaycan Respublikası İXMnin 192.4 və 192.6-cı maddələri ilə təqsirli bilməyərək əlavə olaraq bildirmişdir ki, X13 və X11 əmək müqavilələrinə 2024cü ilin dekabr ayında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin İİ hissəsinin “ç” bəndinə əsasən xitam verilmiş və bu barədə işçilərə qabaqcadan məlumat verilmişdir. Belə ki, Qarabağda aparılan abadlıq işləri ilə bağlı onlar işçiləri gələcəkdə yeni yaranmış işlərə götürücələkləri öhdəliyini üzərlərinə götürərək onların əmək müqavilələrinə xitam vermişlər. Amil Paşayev xx.xx.2025-ci il tarixdə yenidən işə qayıtmış və ayın sonuna kimi normal qaydada işə gəlmişdir. Lakin fevral ayından etibarən o, heç bir üzrlü səbəb olmadan işdən yayınmağa başlamış və bu barədə ona xəbərdarlıq edilməklə müəyyən akt da təqdim olunmuşdur. Habelə xx.xx.2025-ci il tarixdə işə qəbul edilməsi üçün yazdığı ərizəsində Amil Paşayev onun 1 ay sınaq müddəti təyin edilməklə işə qəbul edilməsini xahiş etmişdir. 28 fevral 2025-ci il tarixdə o, öz razılığı ilə ərizəsi əsasında işdən çıxarılmasını xahiş etmişdir. Həmin işçilərə son haqq hesabın ödənilməsinin gecikdirilməsi hesablarında kifayət qədər pul vəsaitinin olmaması ilə əlaqədar olmuşdur. Onlar Qarabağ ərazisində digər şirkətlərlə əməkdaşlıq etdiklərindən və həmin şirkətlərin onlara olan borcları vaxtında ödənilmədiyindən hesablarında pul olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3790/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3790/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver