Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-38/2025 06.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, X1 iştirakı ilə, X1 “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmağına dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən EQ 24442380 nömrəli protokol əsasında qəbul olunmuş, inzibati tənbehin tətbiq edilməsi haqqında 31 oktyabr 2024-cü il tarixli qərarın ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X7 30 oktyabr 2024-cü il tarixində saat 17:10 radələrində özünə məxsus **-DM-*** dövlət nömrə nişanlı “Hyundai Elantra" markalı avtomobillə Şabran rayonunun Ağbaş kəndindən Siyəzən şəhəri istiqamətində hərəkət edirdi. Bu yol keçmiş Quba - Bakı magistral yolunun Siyəzən şəhərindən keçməklə Bakı istiqamətinə uzanan hissəsidir. “Siyəzən Palase" şadlıq sarayına çatmamış yolun sağ tərəfində 3.24 nişanı quraşdırılmaqla hərəkət sürətinin yuxarı həddinin 50 km/saatla məhdudlaşdırılması nişanı vardır. Bir qədər sonra 5..22 (Yaşayış məntəqəsi) nişanı quraşdırılmışdır. X15 Azərbaycan Respublikası qanunun 50.11.1. maddəsində qeyd etdiyi 5.22 nişanının təsiri altında 60 km/saat müəyyən edilmişdir. Həmin nişanının quraşdırılması (olması) artıq 3.24 nişanının qüvvədən düşməsinə səbəb olur. Yəni 50 km/saat qüvvədən düşdü ve sürət 60 km/saat müəyyələşdi. Belə ki, X15 Azərbaycan Respublikası Qanununu 64-cü maddəsinin Vİİ bəndində qeyd olunur ki, “ 5.22 nişanı ilə işarələnmiş yaşayış məntəqəsindən qabaqda qurulmuş 3.24 nişanı həmin nişana qədər qüvvədə olur.” Belə ki, 5.22 nişanını keçdikdən sonra artıq X7 60 km/saat sürətin əhatə hissəsinə düşür. “Siyəzən Palase" şadlıq sarayını keçdikdən sonra sol tərəfdə içərisində 1 nəfər polis əməkldaşının xidmət etdiyi **-YP-*** dövlət nömrə nişanlı BMW markalı yol patrul xidməti avtomobilinin dayandığını görmüşdür. X7 avtomobilin idarə edilməsi üçün sonuncu etibarnaməni oğlu Şahgəldiyev Natiqə vermişdir. Oğlu Türkiyə Respublikasında təhsil alır və sonuncu dəfə Azərbaycanda 10 dekabr 2023-cü ildə olmuşdur. Avtomobili özü idarə etmişdir. Sonuncu etibarnamə ona verildiyinə görə qeyd etdiyi **-DM-*** dövlət nömrə nişanlı avtomobilinə aid inzibati qayda pozuntusu onun şəxsi kabinetinə göndərilir. Həmçinin o aidiyyatı hərəkətləri etmək üçün etibarnamə də vermişdir. Səhəri gün yəni 31 oktyabr 2024-cü il tarixində X6 məlum oldu ki, etmədiyi qayda pozuntusuna görə elektron qərar qəbul edilib. X4 yolun sürət həddinin 50 km/saat olan hissəsində 66 km/saat sürətlə hərəkət etmişdir. Yəni sürət həddini 16 km/saat aşmışdır. Hansı ki, qeyd ediyi kimi orada sürət həddi 60 km/saatdır. Və buna görə qanunvericiliklə müəyyən olunmuş qaydada hər hansı cərimə müəyyən edilmir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 328.1-ci maddəsinə əsasən 10 (on) manat miqdarında cərimə olunmuşdur. Qeyd olunan ərazi keçmiş Bakı-Quba yolunun Siyəzən şəhərindən keçən hissəsidir və orada sürət həddi 5.22 nişanı ilə 60 km/saat müəyyənləşdirilmişdir. Ancaq **-YP-*** dövlət nömrə nişanlı avtomobildə xidmət göstərən yol patrul xidməti əməkdaşı ona verilmiş səlahiyyətlərdən sui istifadə edərək vəzifə səlahiyyətlərini aşaraq 50 km/saat müəəyyənləşdirmişdir. Belə ki, **-YP-*** dövlət nömrə nişanlı avtomobildə xidmət göstərən yol patrul xidməti əməkdaşı ona verilmiş səlahiyyətlərdən sui istifadə edərək vəzifə səlahiyyətlərini aşaraq heç bir qayda pozuntusu etməyənlərə 10 (on) manat, 10 (on) manat məbləğində inzibati xəta törədənlərə 50 manat-2 bal, 50 manatlıq inzibati xəta törədən sürücülərə isə 150 manat-3 bal cərimə tətbiq edir. Sözsüz ki, belə özbaşınalıq korrupsiya hallarına gətirib çıxarır. Belə hallar, sürücülərlə müəyyən danışıqlar aparmağa məsələni YPX əməkdaşının öz istədiyi kimi həll etməyə şübhələr yaradır. Bu qaydada vəzifə səlahiyyətlərini aşmaqla bu YPX əməkdaşı neçə-neçə sürücünün haqqına girir. Bu **-YP-*** dövlət nömrə nişanlı avtomobildə xidmət göstrən YPX əməkdaşının qanunvericiliyin tələblərini kobud şəkildə pozmasıdır və qanununun tələblərinini bilməyəm sürücülərə qarşı öz istəklərini öz xeyirlərinə məharətlə istifadə etmələri üçündür. Bunu başqa cür başa düşmək mümkünsüzdür. YPX əməkdaşının qanunvericiliyin tələblərini həddindən artıq kobud şəkildə pozmaqla sürücülərə qarşı qeyri-qanuni protokol tərtib etmələri onların vəzifə səlahiyyətlərində sui istifadə etmələridir. Onlar bu hərəkətləri ilə Azərbaycan vətəndaşlarının güc strukturlarına, xüsusən də polis orqanlarına qarşı inamını azaldırlar. Qanun keşiyində dayanan YPX əməkdaşının belə qanun pozuntusu etməsi dövlətə xəyanət kimi dəyərləndirilməlidir. Digər tərəfdən E-patrol xidməti avtomobilində YPX əməkdaşı tərəfindən özbaşına ərazi üzrə sürət həddini azaltmaqla digər dövlət orqanın səlahiyyətlərini mənimsəmiş olur. Ümumuiyyətlə respublika ərazisində hərəkət sürətinin artırılıb azaldılması Azərbaycan Respublikası Nazirlər X14 Təhlükəsizliyi Komissiyasının səlahiyyətidir. X6 qarşı tərtib olunan EQ 24442380 nömrəli protokolun tərtib edildiyi günün səhərisi iş üzrə qəbul edilən qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmişdir. Hesab edir ki, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə qərar qəbul edərkən obyektiv araşdırma aparmamışdır. Məhkəmə iclasında izahat verən X2 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X7 DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 24442380 saylı protokolu əsasında 31 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə 30 oktyabr 2024-cü il tarixində 17:06-da “Hyundai Elantra” minik markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 10 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixinə xətanın törədildiyi Siyəzən şəhəri, Ərziman Cabbarov 20 ünvanında yerləşən yolda müəyyən edilmiş hərəkət sürətinin həddinin neçə olması ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu verilmiş, sorğuya cavab olaraq təqdim edilmiş məlumatdan müəyyən edilmişdir ki, AYNA-nın layihələrinə əsasən quraşdırılan yol nişanları elektron X8 yerləşdirilir. X10 əsasən qeyd edilən ərazidə yol nişanı aşkarlanmamışdır. "X15" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən, nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Sözügedən əraziyə baxış keçirilmiş və həmin ünvanın yaşayış məntəqəsi olduğu, maksimum sürət həddinin 60 km/saatdan çox olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, şikayətçinin mübahisələndirdiyi tənbeh vermə haqqında qərarda yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə şikayətçi barəsində protokol tərtib edildiyi qeyd edilsə də, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təqdim etdiyi məlumatla sözügedən ərazinin yaşayış məntəqəsi olduğu və sürət həddinin 60 km/saatdan çox olmadığı müəyyən edilmişdir. Hazırkı iş üzrə şikayətçiyə protokolun tərtib edilməsinə əsas onun 30 oktyabr 2024-cü il tarixdə avtomobili 66 km/saat sürətlə idarə etməsi olmuşdur. Qanunvericilik normaları əsas götürülməklə məhkəmə hesab edir ki, istinad olunan yolda şikayətçinin sürət həddi 70 km/saatı keçdiyi halda onun məsuliyyəti yaran bilərdi. Odur ki, istinad olunanlar nəzərə alınaraq məhkəmə belə qənaətə gəlir ki, X5 hərəkətlərində inzibati xəta tərkibi olmadığından tərtib edilmiş protokol əsassızdır və onun əsasında qəbul edilmiş qərar ləğv edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 24442380 saylı protokolu əsasında 31 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından X5 verdiyi şikayəti təmin edilməli, barəsində DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 31 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilsin. DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 24442380 saylı protokolu əsasında 31 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-38/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-38/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver