Məhkəmə qərarları › İş №3(011)-3800/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3800/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3800/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resurslarında Baş Gömrük İdarəsi hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə 12 fevral 2025-ci il tarixli, 13000-00219/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin 2-ci şöbəsindən Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-3200/012/000588 nömrəli raporta əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən Gürcüstan Respublikası ərazisində fəaliyyət göstərən "Globalparking Holdings LTD" şirkətinin ünvanına elektrik enerjisi ixrac edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli **********1050 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən ixrac edilmiş elektrik enerjisi üçün natamam gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Məhkəmə iclasında hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 izahatında bildirmişdir ki, gömrük bəyannaməsinin gömrük orqanına vaxtında təqdim edilməməsinin səbəbi şirkət tərəfindən ixrac edilən elektrik enerjisinə aid sənədləşmə işlərinin gecikməsi olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinin tərkibi vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resurslarında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəisi, gömrük xidməti kapitanı X2 xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin 2ci şöbəsindən Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-3200/012/000588 nömrəli raporta əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən Gürcüstan Respublikası ərazisində fəaliyyət göstərən "Globalparking Holdings LTD" şirkətinin ünvanına elektrik enerjisi ixrac edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli **********1050 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən ixrac edilmiş elektrik enerjisi üçün natamam gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 3200/012/000588 nömrəli raporta əsasən, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi (VÖEN: **********) tərəfindən "Globalparking Holdings" LTD-nin ünvanına Elektrik enerjisinin ixrac edilməsi ilə bağlı xx.xx.2025-cil tarixli, **********1050 saylı gömrük bəyannaməsi təqdim edilmiş və həmin bəyannamədə elektrik enerjisinin "Globalparking Holdings" LTD-nin ünvanına 2024-cü ilin dekabr ayı ərzində ixrac edildiyi qeyd edilmişdir. İş materialında olan **********1050 saylı gömrük bəyannaməsindən görünür ki, bəyannamə üzrə Azərbaycan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən Gürcüstan Respublikasının “Globalparking Holdings” LTD-nin ünvanına Elektrik enerjisi göndərilmiş, həmin bəyannamədə elektrik enerjisinin "Globalparking Holdings" LTD-nin ünvanına 2024-cü ilin dekabr ayı ərzində ixrac edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resurslarında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəisi, gömrük xidməti kapitanı X4 tərəfindən tərtib edilmiş İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 12 fevral 2025-ci il tarixli, 13000- 00219/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən gömrük bəyannaməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə təqdim edilmədiyindən, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi barəsində İXM-nin 493-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 6.5-ci bəndinə əsasən icazə onun alınması üçün bu Qaydaların 6.2-ci bəndində göstərilmiş tələblərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir və natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən təqdim olunmuş gömrük bəyannaməsi müvafiq olaraq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuş, yəni ixracatçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən Gürcüstan Respublikasının “Globalparking Holdings” LTD-nin ünvanına Elektrik enerjisi göndərilmiş, göndərilən mallara dair natamam bəyannamə tərtib edilməli olduğu halda tərtib edilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar