Məhkəmə qərarları › İş №3(011)-3807/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3807/2023

18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3807/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Barəsində inzibati xəta hqqında icraat aparılan şəxs - Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Xətai rayon X8 İdarəsindən daxil olmuş 05 sentyabr 2023-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən idarə olunan mopedin ön tərəfi ilə piyada X3 vuraraqŞ sonuncuya sağ gözətrafı nahiyənin və sağ bazunun dərialtı hematomaları kimi yüngül dərəcəli bədən xəsarəti yetirərəkyolnəqliyyat hadisəsi törədilmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqında icraat aparılan şəxs - Şəxs izahat verərək bildirmişdir ki, 10 may 2023-cü il tarixdə günorta radələrində tanışı Əsgərov Rafiq ilə yaşadığı evin yaxınlığında yerləşən “X4” mağazanın yaxınlığında görüşmüşdürlər. Şəxs mağazanın yaxınlığında idarə etdiyi mopedi ilə yaxınlaşmışdır. O, işlədiyi kuryer işində Rafiqin ona köməklik etməyini təklif etmişdir. Rafiq razılıq verərək onun idarə etdiyi mopedin arxa oturacağına əyləşmişdir. Birlikdə sifariş gözlədikləri zaman sifariş gəlmədiyi üçün Rafiq onu evə aparmağını bildirmiş. Rafiq, Şəxs idarə etdiyi mopedin arxa oturacağına əyləşmiş və Amin hərəkətini davam etdirərək Gəncə prospektinə daxil olmuşdur. Hərəkətini davam etdirib Xəzər dairəsi istiqamətində getmişdirlər. Yolun sağ zolağında hərəkətini davam etdirən zaman ön tərəfində hərəkətdə olan avtobus dayanacağa daxil olmuşdur. Bu zaman o, hərəkətini düzünə davam etdirən zaman piyada keçidinin qarşısında bir nəfər piyada mopedin qarşısına keçmişdir. O, idarə etdiyi mopedin ön tərəfi ilə həmin piyadanı vurmuşdur. Zərbənin təsirindən piyada yerə yıxıldı, mopedi aşmış və o tanışı Rafiq ilə yerə yıxılmışdırlar. Ətrafda olan bir nəfər şəxs onlara yaxınlaşıb onları yerdən qaldırmış və onlar çəkilib yolun kənarında oturmuşdurlar. Bundan sonra o və tanışı Rafiq həmin piyada xanımın yanına yaxınlaşıb səhhəti ilə maraqlanmışlar və səhhəti ilə bağlı nə köməklik etmək lazım olacaqsa, köməklik edə biləcəklərini demişdirlər. Bu zaman bir nəfər şəxs onlara yaxınlaşıb onları kənara çəkmiş, həmin şəxs mobil telefonu onlara yaxınlaşdıraraq telefonda polis əməkdaşının olduğunu onunla danışmaq istədiyini dedi. O və tanışı Rafiq həmin şəxs ilə danışmışlar, həmin şəxs polis əməkdaşı olduğunu bildirərək onların anket məlumatlarını istəmişdirlər. Bu barədə həmin şəxsə məlumatlarını və mobil nömrələrini bildirmişdirlər. Bundan sonra mopedə əyləşib hadisə yerindən uzaqlaşıb getmişdirlər. Qeyd edilənlərə əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati protokol tərtib etmiş Bakı şəhər Xətai rayon X8 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən Bakı şəhər Xətai rayon X8 Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Tural Abdullayev tərəfindən qəbul edilmiş 07 iyun 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun İXM-nin 338.7-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün Bakı şəhər Xətai rayon X8 İdarəsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhər Xətai rayon X8 Şöbəsi tərəfindən tərtib edilmiş 05 sentyabr 2023-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs mopedlə yol nəqliyyat hadisəsi törətmişdir. X1 sağ gözətrafı nahiyənin və sağ bazunun dərialtı hematomaları kimi yüngül dərəcəli bədən xəsarəti yetirmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar