Məhkəmə qərarları › İş №3(011)-3811/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3811/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3811/2021 13.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X6, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə rəisi X1 iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs 13 oktyabr 2021-ci il tarixdə Xətai rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 13.10.2021-ci il tarixdə səhər saatlarında Xətai rayon ərazisində yerləşən Kloapatra şadlıq sarayının yaxınlığında gəzdiyi zaman iki nəfər şəxs ona mülki geyimdə yaxınlaşıb özlərini təqdim etmiş, həmin şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Həmin şəxslər ona özünü şübhəli apardığını bildirərək özünü təqdim etməsini bildirmiş və sənəd tələb etmişlər. Bazardan əsəbi gəldiyindən polis əməkdaşlarına ucadan qışqırmış, özünü təqdim etməmiş, onu polis bölməsinə dəvət etsələr də, getməkdən imtina etmişdir. Bundan sonra onu polis şöbəsinə gətirərək barəsində protokol tərtib edilmişdir. Qeyd olunan xüsusatların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsin xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə rəisi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, 13.10.2021-ci il tarixdə səhər saatlarında polis əməkdaşları Xətai rayon ərazisində yerləşən Kloapatra şadlıq sarayının yaxınlığında özünü şübhəli apardığından Şəxs yaxınlaşmış, özlərini təqdim etmiş, Şəxs həmin şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşları Şəxs özünü şübhəli apardığını bildirərək özünü təqdim etməsini bildirmiş və sənəd tələb etmişlər. Şəxs polis əməkdaşlarına ucadan qışqırmış, özünü təqdim etməmiş, onu polis bölməsinə dəvət etsələr də, getməkdən imtina etmişdir. Bundan sonra onu polis şöbəsinə gətirərək raportla müraciət etmişlər. Bu səbəbdən Şəxs barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Şəxs İXM-in 535.1-ci maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, 13.10.2021ci il tarixdə səhər saatlarında iş yoldaşı Təmkin Məmmədov ilə xidmət apararkən Xətai rayon ərazisində yerləşən Kloapatra şadlıq sarayının yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxs tez-tez ora bura baxmış, həmçinin həmin şəxsin zahiri əlamətləri axtarışda olan bir şəxsə oxşamışdır. Bu səbəbdən həmin şəxsə yaxınlaşmış, özlərini təqdim etmiş, həmin şəxs onların polis əməkdaşları olduğunu bilmişdir. Həmin şəxsə özünü şübhəli apardığını bildirərək özünü təqdim etməsini və sənəd tələb etmişlər. Həmin şəxs onlara ucadan qışqırmış, özünü təqdim etməmiş, onu polis bölməsinə dəvət etsələr də, getməkdən imtina etmişdir. Bundan sonra onu polis şöbəsinə gətirərək raportla müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 oxşar izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: raportdan görünür ki, Xətai rayon ərazisində yerləşən Kloapatra şadlıq sarayının qarşısında özünü şübhəli aparan bir şəxs görmüşlər, yaxınlaşıb özlərini təqdim etmişlər və kimliyini soruşmuşlar, bu zaman həmin şəxs onların polis əməkdaşı olduqlarını bilsələr də uca səslə qışqıraraq tabesizlik edərək müqavimət göstərməyə cəhd etmişdir. Həmin şəxsi Xətai RPİ-nə gətirdikdə həmin şəxsin Şəxs olması müəyyən olunmuşdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə rəisi X1 13 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli protokolundan görünür ki, Şəxs 13 oktyabr 2021-ci il tarixdə Xətai rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; izahatdan görünür ki, Şəxs 13.10.2021-ci il tarixdə səhər saatlarında Xətai rayon ərazisində yerləşən Kloapatra şadlıq sarayının yaxınlığında gəzdiyi zaman iki nəfər şəxsin ona mülki geyimdə yaxınlaşıb özlərini təqdim etdiyini, həmin şəxslərin polis əməkdaşları olduğunu bildiyini, həmin şəxslərin ona özünü şübhəli apardığını bildirərək özünü təqdim etməsini və sənəd tələb etməsini, əsəbləşərək uca səslə qışqırdığını, heç bir səbəb olmadan mübahisə etdiyini və onlara tabesizlik göstərdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 13 oktyabr 2021-ci il tarixdə Xətai rayonu ərazisində polis əməkdaşlarının sənədlərin təqdim edilməsi və polis bölməsinə dəvətləri barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 13 oktyabr 2021-ci il tarixdə saat 11:00-da Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 13 oktyabr 2021-ci il tarixdə saat 11:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 13 oktyabr 2021-ci il tarixdə saat 11:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar