Məhkəmə qərarları › İş №3(011)-3817/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3817/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3817/2022 24.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli 27 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditi aparılmamış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə protokola etiraz edərək bildirmişdir ki, həmin protokol rəsmi qaydada "xxxx" MMC-yə göndərilməmiş və bu barədə yalnız məhkəmənin bildirişi əsasında məlumatları olmuşdur. Belə ki, Azərbaycan Respublikasınm Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva tərəfındən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN1262343 saylı protokolda göstərilir ki, "xxxx" MMC tərəfındən 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta törətmişdir. Aşağıdakılara əsasən protokol qanunsuz və əsassız olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, "xxxx" MMC tərəfındən 2020-ci il üzrə maliyyə hesabatlarının auditi 2021-ci ildə həyata keçirilmiş və "xxxx" MMC tərəfındən xx.xx.2021-ci il tarixdə müvafıq Rəy verilmişdir. Həmin rəydə göstərilir ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixinə təqdim edilən ilkin maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixə başa çatan il üzrə ilkin mənfəət və ya zərər və digər ümumi gəlirlər, ilkin kapitalda dəyişikliklər və ilkin pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas uçot siyasətinin və digər izahedici məlumatların xülasəsindən ibarət ilkin maliyyə hesabatlarının audit yoxlaması aparıldıqdan sonra həmin maliyyə hesabatların Cəmiyyətin xx.xx.2020-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkəti X1 Standartlarına uyğun olaraq düzgün əks etdirilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-yə 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyin təqdim edilməsi ilə bağlı bildiriş də "xxxx" MMC-yə rəsmi qaydada göndərilməmiş və bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmin bildirişin rəsmi qaydada çatdırılmış olsaydı "xxxx" MMC tərəfındən 2020-ci il iizrə maliyyə hesabatlarını auditinin 2021-ci ildə həyata keçirilməsi barədə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli Rəyi təqdim ediləcəkdir. "xxxx" MMC məcburi audutdən yayınmamışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsi tərəfındən həmin müddət də ötürüldüyündən inzibati icraatın başlanması qanunsuzdur. Protokol qanunsuz va əsassız olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlisini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 14 sentyabr 2022-ci il tarixli bildirişindən görünür ki, "xxxx" MMC 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə 27 sentyabr 2022-ci il tarixdə saat 11:00-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmış və auditor rəyi mövcud olduğu təqdirdə həmin rəyi email-ə göndərilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfındən verilmiş rəydən görünür ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixinə təqdim edilən ilkin maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixə başa çatan il üzrə ilkin mənfəət və ya zərər və digər ümumi gəlirlər, ilkin kapitalda dəyişikliklər və ilkin pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas uçot siyasətinin və digər izahedici məlumatların xülasəsindən ibarət ilkin maliyyə hesabatlarının audit yoxlaması aparılmış və maliyyə hesabatların Cəmiyyətin xx.xx.2020-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkəti X1 Standartlarına uyğun olaraq düzgün əks etdirməsinə dair xx.xx.2021-ci il tarixli rəy verilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, hüquqi şəxsin nümayəndəsinin izhatını və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının yoxlanılması üçün "xxxx" MMC auditor kimi cəlb edilmiş və xx.xx.2021-ci il tarixli rəy verilmişdir. Maliyyə Nazirliyinin 14 sentyabr 2022-ci il tarixli bildirişi "xxxx" MMC-nin ünvanına çatmadığından həmin rəy təqdim edilməmişdir. Maliyyə Nazirliyinin 14 sentyabr 2022-ci il tarixli bildirişinin MMC-ə çatdırılmasını təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Bununla da, hüquqi şəxs "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar