Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3822/2021 15.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, şikayətçi X4, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X4 Əmlak Məsələləri Dövlət Komitəsinin 3 saylı Ərazi şöbəsinin inzibati tənbeh vermə haqqında 10 yanvar 2018-ci il tarixli, 001578 saylı qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Komitəsinin 3 saylı Ərazi şöbəsinin inzibati tənbeh vermə haqqında 10 yanvar 2018-ci il tarixli, 001578 saylı qərarının ləğv edilməsini və 4000 manat cərimənin silinməsini xahiş etmişdir. X2 şikayətini dəqiqləşdirmiş, Əmlak Məsələləri Dövlət Komitəsinin 3 saylı Ərazi şöbəsinin inzibati tənbeh vermə haqqında 10 yanvar 2018-ci il tarixli, 001578 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır. 27 dekabr 2017-ci il tarixdə onun məlumatı olmadan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 3 saylı Ərazi şöbəsinin müdiri, dövlət müfəttişi X6 guya ona məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsinin üzərində yerləşməsini, guya onun sözügedən zolağın bir hissəsində fərdi yaşayış evi inşa etməklə dəniz sahilinə gediş-gəlişi məhdudlaşdırdığını əsas gətirmiş, ona görə də tərəfindən 001578 nömrəli protokol tərtib olunmuş, onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 248.1-ci maddəsi ilə təqsirli hesab edərək barəsində həmin protokol əsasında 10 yanvar 2018-ci il tarixdə inzibati tənbehvermə haqqında qərar qəbul olunaraq o əsassız olaraq 4000 (dörd min) manat cərimə olunmuşdur. Barəsində belə bir protokolun mövcud olması barədə məlumatı 11.10.2021-ci il tarixdə, icra məmuru tərəfindən iş yerinə göndərilmiş məktub əsasında almışdır. Məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 3 saylı Ərazi şöbəsinin müdiri, dövlət müfəttişi X6 tərəfindən verilmiş inzibati tənbehin tətbiq edilməsi haqqında 10 yanvar 2018-ci il tarixli 001578 saylı qərar əsassızdır, ona görə də ləğv olunmalıdır. Əvvala ona görə ki, o, sözügedən ünvanda fərdi yaşayış evi inşa etməmişdir. Yaşadığı fərdi yaşayış evini alqı-satqı əsasında əldə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 248.1.-ci maddəsinə görə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına, yəni: -həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılmasına; həmin torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması zamanı Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş hasarlanma və bağlanma üçün istifadə edilən tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsinin və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına, yaxud həmin hasar və ya tikinti konstruksiyasının uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmamasına;dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasma görə fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. Normanın tələbinə görə sözügedən protokolun tərtib olunması üçün o vaxt əsas ola bilərdi ki, ona məxsus fərdi yaşayış evi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahənin üzərində yerləşsin və həmin ev su ilə qurunun təmas xəttinin görünməsinin və ya dəniz sahilinə gediş gəlişin məhdudlaşdırılmasma səbəb olsun. İşin faktiki hallarından isə məlum olur ki, ona məxsus fərdi yaşayış evi nəinki sahildən 50 metr uzaqlıqda hətta 150 metr uzaqlıqda yerləşdiyi üçün onun davranışında (hərəkətində) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 248.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib hissəsi mövcud olmamışdır. Məhkəmənin nəzərinə onu da çatdırır ki, o, heç bir xəta törətmədiyi halda onun məlumatı olmadan ona qarşı inzibati protokol tərtib olunmuş, buna görə də o, 4000 manat məbləğində cərimə olunmuşdur. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübut olunmalıdır. Beləliklə işin faktiki hallarından məlum olur ki, ona məxsus fərdi yaşayış evi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsinin üzərində yerləşmədiyi üçün ona qarşı inzibati protokol tərtib olunduğu zaman qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 3 saylı Ərazi şöbəsinin müdiri, dövlət müfəttişi X6 tərəfindən verilmiş inzibati tənbehin tətbiq edilməsi haqqında 10 yanvar 2018-ci il tarixli 001578 saylı qərar ləğv olunmalıdır. Məhkəmə iclasında X9 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu bildirərək göstərmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 3 saylı Ərazi şöbəsinin əməkdaşları E.M.Məmmədov, İ.Ə.Namazəliyev ərazidə olaraq aktı tərtib etmişlər. Akta əsasən Bakı şəhəri Xətai rayonu Dənizçi küçəsi ərazisində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsində fərdi yaşayış evi inşa etməklə dəniz sahilinə gediş-gəliş məhdudlaşdırılmış, eləcə də ərazi məişət tullantıları ilə zibillənmişdir. Vətəndaş B.Ə.Mahmudov aktı imzalamaqdan imtina etmişdir. B.Ə.Mahmudov tərəfindən İnzibati Xətalar Məcəlləsinin 244.1 və 248.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən 27.12.2017-ci il tarixli, 001578 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında 10 yanvar 2018-ci il tarixli, 001578 nömrəli qərar qəbul edilərək B.Ə.Mahmudovun 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Hazırda dəniz suyu çəkildiyindən məsafə çox olsa da, 2017-ci ildə məsafə 50 metrdən az olmuş, bu hal fotoşəkillərlə də təsdiq edilmişdir. Qeyd etdiklərini nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 dekabr 2017-ci il tarixli aktdan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 3 saylı Ərazi şöbəsinin əməkdaşları E.M.Məmmədov, İ.Ə.Namazəliyev həmin aktı tərtib etmişlər ki, Bakı şəhəri Xətai rayonu Dənizçi küçəsi ərazisində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsində fərdi yaşayış evi inşa etməklə dəniz sahilinə gediş-gəliş məhdudlaşdırılmış, eləcə də ərazi məişət tullantıları ilə zibillənmişdir. Vətəndaş B.Ə.Mahmudov aktı imzalamaqdan imtina etmişdir. 27.12.2017-ci il tarixli, 001578 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai rayonu Dənizçi küçəsi ərazisində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsinin bir hissəsində fərdi yaşayış evi inşa etməklə dəniz sahilinə gedişgəliş məhdudlaşdırılmış, eləcə də ərazi məişət tullantıları ilə zibillənmişdir. Nəticədə B.Ə.Mahmudov tərəfindən İnzibati Xətalar Məcəlləsinin 244.1 və 248.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; inzibati tənbeh vermə haqqında 10 yanvar 2018-ci il tarixli, 001578 nömrəli qərardan görünür ki, Bakı şəhəri Xətai rayonu Dənizçi küçəsi ərazisində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsinin bir hissəsində fərdi yaşayış evi inşa etməklə dəniz sahilinə gediş-gəliş məhdudlaşdırılmışdır. Nəticədə B.Ə.Mahmudov tərəfindən İnzibati Xətalar Məcəlləsinin 248.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, bu səbəbdən də B.Ə.Mahmudovun 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır; məktubdan görünür ki, B.Ə.Mahmudovun əmək haqqından tutmalar aparılması barədə Xətai rayon İcra Şöbəsinin məktub 11.10.2021-ci il tarixdə ASG Business Aviation MMC-nin GHC filialına daxil olmuşdur. müqavilədən görünür ki, X3 rayonu Dənizçi küçəsində yerləşən evi 39200 manata X1. fotoşəkillərdə görünür ki, dəniz sahilinə yaxın fərdi yaşayış evi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.4-cü maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 25 dekabr 2017-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin 3 saylı Ərazi şöbəsinin əməkdaşları E.M.Məmmədov, İ.Ə.Namazəliyev tərəfindən Bakı şəhəri Xətai rayonu Dənizçi küçəsi ərazisində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsində fərdi yaşayış evi inşa etməklə dəniz sahilinə gediş-gəliş məhdudlaşdırılması, eləcə də ərazinin məişət tullantıları ilə zibillənməsi ilə bağlı akt tərtib edilmiş, aktda B.Ə.Mahmudovun aktı imzalamaqdan imtina etməsi qeyd edilmişdir. Akt əsasında 27.12.2017-ci il tarixli, 001578 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, protokolda Bakı şəhəri Xətai rayonu Dənizçi küçəsi ərazisində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsinin bir hissəsində fərdi yaşayış evi inşa etməklə dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılması qeyd edilmiş, inzibati tənbeh vermə haqqında 10 yanvar 2018-ci il tarixli, 001578 nömrəli qərarla həmin əsasla B.Ə.X8 Məcəlləsinin 248.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar 10 yanvar 2018-ci il tarixdə qəbul olunsa da, həmin qərarın B.Ə.Mahmudova göndərilməsi, sonuncunun həmin qərarı alması barədə inzibati orqan tərəfindən hər hansı sənəd təqdim edilmədiyindən, şikayətçi qərardan əmək haqqından tutmalar aparılması barədə Xətai rayon İcra Şöbəsinin məktubunun işlədiyi şirkətə daxil olduqdan sonra məlumatının olduğunu bildirdiyindən, həmin məktub 11.10.2021-ci il tarixdə sonuncunun işlədiyi şirkətə daxil olduğundan, məhkəmə şikayətçinin qərardan şikayət vermə müddətinin ötürülmədiyi qənaətindədir. Məhkəmə qərarın ləğv edilməli olması barədə şikayətçinin dəlilləri ilə razılaşır və bunu aşağıdakılarla əsaslandırır. İnzibati tənbeh vermə haqqında qərarda Bakı şəhəri Xətai rayonu Dənizçi küçəsi ərazisində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsinin bir hissəsində fərdi yaşayış evi inşa etməklə dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılması qeyd edilmiş, halbu ki, B.Ə.Mahmudov evin tərəfindən inşa edilmədiyini, evi 30.05.2017-ci il tarixdə X5 aldığını bildirmiş, bununla bağlı müqaviləni təqdim etmişdir. İnzibati orqan, evin B.Ə.Mahmudov tərəfindən inşa edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, inzibati orqan evin dənizin 20-50 metrlik zolağının altında olan torpaqda olmasını göstərmiş, lakin, bunun hansı qaydada müəyyən edilməsi və ölçülməsi barədə hər hansı sənəd təqdim etməmiş, B.Ə.Mahmudov evin dənizdən 150 metr uzaqlıqda olmasını bildirmişdir. Bundan əlavə, akt tərtib edilərkən B.Ə.Mahmudovun aktı imzalamaqdan imtina etməsi qeyd edilsə də, sonuncu ümumiyyətə ona bu barədə məlumat verilmədiyini qeyd etmişdir. İnzibati xəta haqqında protool tərtib edilərkən, eyni zamanda inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən B.Ə.Mahmudova məlumat verilməsi barədə inzibati orqan məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 248.1-ci maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına, yəni: 248.1.1. həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılmasına; 248.1.2. həmin torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması zamanı Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş hasarlanma və bağlanma üçün istifadə edilən tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsinin və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına, yaxud həmin hasar və ya tikinti konstruksiyasının uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmamasına; 248.1.3. dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə - fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. İnzibati tənbeh vermə haqqında qərarda B.Ə.X8 Məcəlləsinin 248.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirləndirilərək tənbeh edilmiş, halbu ki, İnzibati Xətalar Məcəlləsinin 248.1-ci maddəsində sanksiya nəzərdə tutulmamaqla həmin maddənin dispozisyası 248.1.1, 248.1.2 və 248.1.3-cü maddələrdə göstərilən hərəkətlərin birinin edilməsi ilə birlikdə inzibati məsuliyyət yaratmışdır. Belə olan halda məhkəmə hesab edir ki, B.Ə.Mahmudov barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin iştirakı təmin olunmadan qəbul edilmiş, həmçinin B.Ə.Mahmudovun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 248-ci maddəsinin hansı hissəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, B.Ə.Mahmudovun barəsində qəbul edilmiş 10 yanvar 2018-ci il tarixli, 001578 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: B.Ə.Mahmudovun şikayəti təmin edilsin. B.Ə.Mahmudovun barəsində Əmlak Məsələləri Dövlət Komitəsinin 3 saylı Ərazi şöbəsinin inzibati tənbeh vermə haqqında 10 yanvar 2018-ci il tarixli, 001578 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-3822/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3822/2021
15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver