Məhkəmə qərarları › İş №3(011)-3823/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3823/2021

25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3823/2021 25.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X4 iştirakı ilə X4 Xətai RPİ 35-ci Polis Şöbəsinin 19 aprel 2021-ci il tarixli EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə təyin edilməsi barədə Xətai RPİ 35-ci Polis Şöbəsinin 19 aprel 2021-ci il tarixli EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 19 aprel 2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Gəncə prospektində, köhnə "Xəzər" univermağı ərazisində yerləşən “ARAZ” supermarketinin həyətində bir polis əməkdaşı yaxınlaşaraq portalda COVİD-19 xəstəsi kimi qeydiyyatda olub-olmamağını yoxlamağı təklif etdi. Həmin vaxtı qoruyucu maska da taxmışdı. Ona xəstə olmadığını söylədi və yoxlamaq üçün anket məlumatlarını dedi. Polis əməkdaşı da yoxlama apardıqdan sonra xəstə olmadığını anladı. Yoluma davam etdi. Üzərindən bir az keçdikdən sonra mobil telefonuna gələn sistem bildirişindən agah oldu ki, həmin polis əməkdaşı heç bir əsas olmadan barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati protokol tərtib etmiş və sistemə yerləşdirmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş bu inzibatı xəta haqqında qərar qanunsuzdur, əsassızdır və ləğv edilməlidir. Belə ki, DİN əməkdaşları qərəzli şəkildə onun qaydaları pozmaq və inzibati xəta törətməyi qənaətinə gələrək barəsində inzibati protokol tərtib etmişlər. Belə ki, maska taxmağına baxmayaraq, 211.2-ci maddədə nəzərdə tutulmuş epidemiya əleyhinə rejimin, sanltariya-gigiyena və karantin rejimlərinin pozulması barədə inzibati xəta törətmədiyi halda barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Buna görə də Xətai RPİ 35-ci Polis Şöbəsinin 19 aprel 2021-ci il tarixli EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Xətai RPİ 35-ci Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Xətai RPİ 35-ci Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X6 şikayətdə göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan EXP ******* nömrəli protokol əsasında qəbul edilmiş Xətai RPİ 35-ci Polis Şöbəsinin 20 aprel 2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə təyin edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli 189 nömrəli Qərarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.2. qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. X1 şikayətində göstərdiyi xüsusat onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Məhkəmə şikayəti araşdırıb hesab edir ki, X6 EXP ******* saylı qərardan şikayət vermişdir. Halbuki həmin nömrəli inzibati tənbeh vermə haqqında qərar mövcud deyildir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərinə riayət etməyərək karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuşdur. Buna görə də Xətai RPİ 35-ci Polis Şöbəsi bu faktı aşkar etdiyindən protokol tərtib etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Xətai RPİ 35-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 20 aprel 2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X4 Xətai RPİ 35-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 20 aprel 2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar