Məhkəmə qərarları › İş №3(011)-3823/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3823/2022

06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3823/2022 06.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 16, mənzil 2-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİM: Şəxs xx.xx.2022-ci il tarixdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından az miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,034 qram narkotik vasitə olan heroin əldə edib üzərində daşıyaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati xəta törətdiyinə görə barəsində Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından məlum olur ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 05:30-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində olarkən ərazidə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar polis əməkdaşları tərəfindən Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinə dəvət edilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərara əsasən Şəxs üzərinə baxış keçirilmiş və üzərindən şəxsi istehlak miqdarından az miqdarda, yəni 0,034 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilmişdir. Buna görə də onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti aidiyyatı üzrə gündərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayonu Neftçilər metrosunun yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 10 manat məbləğində narkotik vasitə olan heroin əldə etmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə saat 05:30-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində polis əməkdaşları ondan ərazidə olan oğurluq hadisəsi ilə bağlı şəxsiyyətin müəyyən etmək isdədikdə onun üzərində şəxsiyyətin təsdiq edən sənədin olmadığı demişdir. Daha sonra 34-cü Polis Şöbəsində üzərində narkotik vasitə olan “kakos” olduğunu bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və üzərində olan 01 ədəd bükümdə gümüşü rəngli falqa kağızına bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Əməlindən səmimi peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini deyərək, barəsində həbslə əlaqədar olmayan yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022ci il tarixli, 6/5717 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, bir ədəd bükümdə təmiz çəkisi 0,034 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Tədqiqatdan sonra qalıq 0.019 qr). İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinin təhqiqatçısı Ülvi Qəhrəmanlının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti aidiyyatı üzrə gündərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 08:30-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində daşıması onun özünün səmimi etirafı və iş materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi etirafını, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, iş üzrə yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş – cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs cərimə tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İş üzrə maddi sübut olan Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 0,019 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İM : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 0,019 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar