Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3827/2024 26.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X6, zərər çəkmiş şəxslər X10, X7 və X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-503/2023-012 saylı, 23 may 2023cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Yusifli Türkay tərəfindən 26 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra məmuru Yusifli Türkay məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-503/2023-012 saylı, 23 may 2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs 12548 manat Zərimə Ələsgərovaya, 11848 manat Ramiz Ələsgərova, 12268 manat pul tutularaq Vahid Ələsgərova ödənilməlidir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X8 izahat verərək göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-503/2023-012 saylı, 23 may 2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs 11848 manat borc ona ödənilməlidir. Lakin Şəxs borcundan heç bir ödəniş etməmişdir. Odur ki, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X7 izahat verərək göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-503/2023-012 saylı, 23 may 2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs 12268 manat borc ona ödənilməlidir. Lakin Şəxs borcundan heç bir ödəniş etməmişdir. Odur ki, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Ələsgərova Zərimənin nümayəndəsi X10 izahat verərək göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-503/2023-012 saylı, 23 may 2023-cü il tarixli icra sənədi Şəxs tərəfindən icra edilməmişdir. Odur ki, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-503/2023-012 saylı, 23 may 2023-cü il tarixli icra sənədinə əsasən ondan 12548 manat Zərimə Ələsgərovaya, 11848 manat Ramiz Ələskərova, 12268 manat pul tutularaq Vahid Ələsgərova ödənilməlidir. Maddi imkanı zəif olduğu üçün borcu qaytara bilmir. Hissə hissə ödənilməsi müəyyənləşdirildiyi halda imkanı çatdığı qədər ödəyəcəyini bildirdi. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-503/2023-012 saylı, 23 may 2023-cü il tarixli icra sənədindən görünür ki, miras qalmış əmlak Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin dəyəri 123500 manat, 1 ədəd 4 qramlıq 750 əyarlı qızıldan olan qızıl üzüyün dəyəri 280 manat, 1 ədəd 583 əyarlı qızıl onluğun dəyəri 700 manat və X4 verilmiş 5000 ABŞ dollarından sonuncuya qalmış 1000 manat məbləğində pul olmaqla, ümumi dəyəri 125480 manat müəyyən edilmişdir. İddiaçıların hər birinin payı 1/10 hissədə olmaqla, iddiaçı X1 12548 manat, X2 700 manat dəyərində qızıl onluq qalması nəzərə alınmaqla 11848 manat, X3 280 manat dəyərində qızıl üzük qalması nəzərə alınmaqla 12268 manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq onlara ödənilməsi qət edilmişdir. İddiaçı X9 aid hissədə iddia tələbi təmin edilməmişdir. "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə xərcinin dəyəri olan 500 manatın 200 manatı cavabdehdən, 200 manat digər iddiaçılardan tutularaq iddiaçı X9 ödənilməsi, 100 manatı X5 özünə aid edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 06 sentyabr 2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında 06 sentyabr 2023-cü il tarixli bildirişdən göründüyü kimi, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 8(011)-898/2023 saylı qərardadından görünür ki, təqdimat təmin edilmiş, borclu Şəxs məxsus “KİA Sorento” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı və “Mercedes 308D” mikroavtobus markalı **- XD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3827/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3827/2024
26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver