Məhkəmə qərarları › İş №3(011)-3829/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3829/2022

26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3829/2022 26.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zaakir oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə 15:45 radələrində özünə məxsus olan 99UD956 dövlət qeydiyyat nişanlı Honda İnsight markalı avtomobil ilə Y.Səfərov küçəsində hərəkət edən zaman qabağında gedən avtomobil qəfildən əyləci basmış, ardınca o da əyləcə basmışdır. Həmin avtomobilə dəyibdəymədiyini müəyyən etmək üçün o, avtomobildən düşmüş, bu zaman digər avtomobilin də sürücüsü öz avtomobilindən düşmüşdür. Avtomobillərdə heç bir toqquşma izi tapmayıb yolda əlavə tıxac yaratmamaq üçün avtomobillərini kənara çəkib avtomobillərə ətraflı baxış keçirmək qərarına gəlmiş və belə də etmişlər. Ətraflı baxışdan sonra avtomobillərdə heç bir iz, xəsarət tapmayıb qəza törətmədiklərinə əmin olduqdan sonra getmək istəyəndə onların yanında YPX avtomobili saxlamış, avtomobildən düşmədən onlardan nə olduğunu soruşmuş, onlar da heçnə olmadığını, elə-belə söhbət etdiklərini demişlər. Sonra onlar rotasiya vasitəsilə kiminləsə danışdıqdan sonra, soruşduğunu, onların da həmin polisə qəza törətdiklərini, hadisənin isə kameraya düşməsini demişdir. Bundan sonra lap qəza olubsa belə xəsarət alan, ziyan çəkən və şikayət edən yoxdursa nə problem ola biləcəyini soruşmuş, həmin polis əməkdaşı kimin öndə, kimin arxada getdiyini dəqiqləşdirmiş, daha sonra digər sürücünün sənədlərini ona geri qaytarmış, onunsa barəsində protokol tərtib etmişdir. Bir neçə gündən sonra DİN-in saytı üzərindən protokoldan şikayət ərizəsi göndərmişdir. xx.xx.2022-ci il tarixdə BBDYPİ-nə araşdırma üçün dəvət olundu. Hesab edir ki, araşdırma zamanı bir sıra nöqsanlara yol verilmiş, qeyri-obyektiv araşdırma aparılmış, öz iş və xidməti yoldaşlarının tərəfini tutaraq onun əleyhinə qərəzli qərar qəbul edilmişdir. Belə ki, polis əməkdaşı əvvəlcə ondan izahat almış, sonra isə iki videogörüntü təqdim etmişdir. Birinci görüntü çox uzaqda yerləşən müşahidə kamerası ilə çəkilmişdi. Bu səbəbdən də avtomobillərin yalnız yuxarı hissələri görünürdü. Axırda gedən avtomobilin birinin silkələnməsi görünsə də toqquşmanın özü və iştirak edən avtomobillərin dövlət qeydiyyat nişanları kameranın görüntü dairəsinə düşməmiş, habelə avtomobillərin markaları və sürücüləri müəyyən etmək mümkün deyildir. Ona görə də, hesab edir ki, həmin görüntü sübut kimi qəbul edilə bilməz. Hətta qəbul olunsa belə, əgər yol nəqliyyat hdisəsi heç bir yerdə qeydə alınmayıb, xəsarət alan, ziyan çəkən və şikayət edən yoxdursa qayda pozuntusunu inspektor öz gözləri ilə görməyib ancaq şübhəli videogörüntü əsasında protokol tərtib etməyi qeyri-qanunidir. İkinci video isə təqdim olunmuş birinci videogörüntüdən təxminən 9 dəqiqə sonra onlara yaxınlaşan YPX avtomobilinin kamerası ilə çəkilmiş idi. Göründüyü kimi vaxt baxımından da uyğun gəlmir. Və ən əsası BBPİ DYPİ-nin verdiyi 046-46184M-4222 saylı cavabdeh Vüsal Hacızadə tərəfindən müəyyən edilmişdir ki, toqquşmada Opel markalı avtomobil iştirak etmişdir. Lakin ikinci videogörüntüdə açıq və aydın görünür ki, onun avtomobilinin yanında Opel markalı avtomobil deyil məhz Kia Rio markalı avtomobil dayanmışdır. O, müvafiq qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 2339/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında TP4961690 nömrəli 13 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilmişdir. Səntyabr ayının 13dən sonra həmin cərimənin sistemdən silinməsi üçün dəfələrlə BDYPİ-nə müraciət etsə də, ona cəriməni sistemdən silməyin mümkün olmadığını, yalnız yeniləyə biləcəklərini bildirmişlər. Araşdırmanın onun iştirakı ilə aparılmasını xahiş etsə də onun iştirakı olmadan keçirilmiş, 30 sentyabr 2022-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edilməsinə dair ona sms göndərilmişdir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini, barəsində qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2022ci il tarixli qərarından görünür ki, X3 xx.xx.2022-ci il tarixində saat 15:54-də Bakı şəhəri Yusif Səfərov keçəsi 43c-də “Honda İnsight” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması səbəbindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2339/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X3 tərəfindən verilmi şikayət qismən təmin edilmiş, Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 13 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2022-ci il tarixində saat 15:54-də Bakı şəhəri Yusif Səfərov keçəsi 43c-də “Honda İnsight” minik markalı, **- UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması əsası ilə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. X3 araməsafə qaydalarının pozulmadığını, hər hansı qəza hadisəsi olmadığını, bunu təsdiq edən heç bir görüntünün mövcud olmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bir dəfə məhkəmə tərəfindən şikayətdə qeyd edilən əsasların X2 da iştirakı ilə araşdırılması, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməsi barədə qərar qəbul edilməsinə bamayaraq, tərəfin iştirakı olmadan yenidən eyni məzmunlu qərar qəbul edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, X3 barəsində TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayətçinin şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər DYPİ-si tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar