Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3830/2022 24.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X5, şikayətçi X3 müdafiəçisi 15 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə “X12 Evi - Uşaq Bağçası” MMC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 07 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: “X12 Evi - Uşaq Bağçası” MMC-nin direktoru X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 07 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 31 may 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. Həmin protokol əsasında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisinin 07 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 194-cü maddələri ilə, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, yaxud dövlət büdcəsinə vəsait köçürülməməsinə görə cərimə edilmişdir. Hesab edir ki, həmin qərar əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. Belə ki, qərar onunla əsaslandırılmışdır ki, guya vətəndaş X2 əmək haqqı hesablanarkən qanun pozuntularına yol verilmiş və eyni zamanda kvota üzrə müəyyən olunmuş iş yerlərinə göndərilmiş şəxslərin işə qəbul edilməsindən imtina edilmişdir. X1 mübahisələndirilən qərar verilməmişdən əvvəl, yəni xx.xx.2022-ci il tarixdə X9 Xidmətinə ərizə verərək, onunla “X12 Evi - Uşaq Bağçası” MMC arasında olan anlaşılmamazlıqların aradan qaldırıldığını və ödənişlərin təmin edildiyini bildirərək, xidmətdə aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. X9 Xidmətinin Bakı şəhər İdarəsi isə əksinə hərəkət edərək, 07 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə əsassız olaraq onu İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 194-cü maddələri ilə cərimə etmişdir. Bundan başqa X9 Xidmətinin Bakı şəhər idarəsinin inzibati Xətalar Məcəlləsinin 194-cü maddəsinə istinad etməsi də tamamilə qanunsuzdur. Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər heç vaxt “X12 Evi - Uşaq Bağçası” MMC-yə göndərilməmiş, kvota üzrə uşaq bağçasında iş yerləri də müəyyən olunmamışdır. Həmçinin X9 Xidmətinin Bakı şəhər idarəsi birtərəfli qərar qəbul edərkən onun iştirakını təmin etməmiş və həmin məsələ ilə bağlı sübutlarını təqdim etməyə imkan yaratmamışdır. Ümumiyyətlə, barəsində hər hansı inzibati xəta işi üzrə icraat aparılmasından onun xəbəri belə olmamışdır. Qanunvericiliyin tələbinə görə işdə iştirak edən şəxslərə hüquqlarından istifadə etməsinə şərait yaradılmalıdır. X9 Xidmətinin Bakı şəhər idarəsi işə baxarkən prosessual hüquqlarından istifadə etməkdən onu məhrum etmişdir. Onun barəsində inzibati tənbeh haqqında qərar qəbul olunmuş, ona heç bir məlumat verilməmiş, prosesdə iştirakı təmin olunmamış, çıxarılan qərar başqa ünvana göndərilərək, ona ünvanı üzrə verilməmişdir. Protokolu, qərarı və bildirişləri “X12 Evi - Uşaq Bağçası” MMC-nin sürücüsü yalnız 27 sentyabr 2022-ci il tarixdə X9 Xidmətinin Bakı şəhər İdarəsindən almışdır. Bununla da X9 Xidmətinin Bakı şəhər İdarəsi inzibati xətalar haqqında işlər üzrə icraatın qaydalarını pozaraq maddi və prosessual hüquq pozuntularına yol vermişdir. Göründüyü kimi əməlində Azərbaycan Respublikası İXM-nin 192.4-cü və 194-cü maddələrinin tərkibi yoxdur. Belə ki, X4 tərəfindən mübahisələndirilən qərar verilməmişdən əvvəl, yəni xx.xx.2022-ci il tarixdə X9 Xidmətinə ərizə verərək, onunla “X12 Evi - Uşaq Bağçası" MMC arasında anlaşılmamazlıqların aradan qaldırıldığını göstərmişdir. İnzibati akt tərtib edən orqan həmin aktın (qərarın) qəbul edilməsini şərtləndirən şəraitin olmasını sübut etməlidir. Məhkəmə iclasında X3 müdafiəçisi Vəkil şikayətdə göstərilənlərə uyğun izahat verərək X3 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 194-cü maddələri ilə təqsirli bilinib 800 manat məbləğində cərimə olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 07 iyun 2022-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X8 izahat verərək 07 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 07 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, iş yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 07 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X2 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilmiş, İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, nəticədə İXM-nin 194-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 800 manat cərimə tənbeh tətbiq edilmişdir. X2 Xətai Rayon Prokurorluğuna ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, X12 Evinin əməkdaşı Oksana Nəzərova tərəfindən döyülərək xəsarət aldığı və rəhbərlik tərəfindən əmək kitabçası, maaş və məzuniyyət ödənişləri ödənilməməsi ilə bağlı müraciət etmiş, müraciətdən sonra yaranmış anlaşılmazlıq aradan qaldırılmış, əmək kitabçası və ödənişi təmin edilmişdir. həmçinin döyülmə faktı ilə bağlı Oksana Nəzərovadan heç bir şikayət və tələbi yoxdur. Ona görə Xətai Rayon Prokurorluğunda və X9 Xidmətində aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan poçt zərflərinin surətindən görünür ki, X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən “X12 Evi - Uşaq Bağçası” MMC-nin Bakı şəhəri, Xətai rayonu, S.Orucov 1 küçəsində yerləşən ünvanına göndərilmiş məktublar bu ünvanda olmaması səbəbindən çatdırılmamış, qayıtmış məktublar xx.xx.2022-ci il tarixdə “X12 Evi - Uşaq Bağçası” MMC-nin sürücüsü Faiq İsgəndərov tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 194-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə görə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X9 Bakı şəhər idarəsi tərəfindən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan, Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmaqla qərar qəbul edilmişdir. Belə ki, 07 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi, yəni İXM-nin 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi aşkar edilmişdir. Lakin nəticədə X3 İXM-nin digər maddəsi ilə, yəni İXM-nin 194-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 800 manat cərimə tənbeh tətbiq edilməsi qərara alınmışdır. Halbuki 194-cü maddənin dispozisiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsidir. Həmçinin həmin maddəsinin sanksiyasında “min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə” nəzərdə tutulmuşdur. Bundan başqa X2 Xətai Rayon Prokurorluğuna ünvanladığı ərizəsində X12 Evinin rəhbərliyi ilə arasında anlaşılmazlığın olmasını bildirməsi qərar qəbul edilərkən nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 07 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, iş yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117, 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 07 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3830/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3830/2022
24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver