Məhkəmə qərarları › İş №3(011)-3837/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3837/2020

06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3837/2020 06.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin rəisi Rəhman İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edə-rək Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin rəisi Rəhman İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı İslam Cəfərov tərəfindən xx xxxx 2020-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolda aparılmış qeydlərə əsasən xx xxxxx 2020-ci il tarixdə X3 və X7 arasında mübahisə nəticəsində hər iki tərəf bir-birinə xəsarət yetirmişdir. Buna görə də barəsində İXM-nin 529-cu maddəsində göstərilmiş inzibati xəta törətməsi müəyyən edilmişdir. Hesab edir ki, həmin protokol qanunsuz və əsassız olduğuna görə görə ləğv edilməlidir. Tərtib edilmiş protokolda inzibati xəta hadisəsinin törədilməsi yeri göstərilməmişdir. İnzibati xəta hadisəsi yaşadığı Xətai rayonu İnqilab İsmayılov küçəsi 13\6 saylı fərdi yaşayış evinin qarşısında olmuşdur. Həmin fərdi yaşayış evi iki mərtəbədən ibarət olmaqla tam şəkildə bacısı X2 xüsusi mülkiyyətindədir. X8 bacısı Cəmilənin keçmiş həyat yoldaşının gəlinidir, həmin fərdi evin birinci mərtəbəsində qanunsuz yaşayırlar. X8 xx xxxxx 2020-ci il tarixdə həmin fərdi evinin həyətində qaraj tikmək istəyəndə bacısı Cəmilə oraya polis sahə rəisini çağırmış, oraya gələn polis X6 və onun orada olan onun ərinin nəzərinə, qeyd edilən evin qarşısında icazə sənədləri olmadan hər hansı tikinti aparmağın qadağan olduğunu çatdırmışdır. Bu zaman X8 orada çəkiliş aparan bacısı X2 üzərinə hücum çəkərək boğmağa başlamış, həmin evin ikinci mərtəbəsindən köməyinə gəlib bacısı Cəmiləni Rakidənin əlindən almağa başlamış, bu zaman Gülmirənin əri Təbriz əlində olan dəmir alətlə üzərinə cumaraq ona xəsarətlər yetirmişdir. O, Gülmirə ilə heç bir dartışmada olmamış ki, ona xəsarət yetirsin. Qeyd edilən hadisə 35-ci PB-də İlahi Heydərov tərəfinidən araşdırmanı aparmışdır. xx xxxxxxx 2020-ci il tarixdə Xətai rayon İcra şöbəsinə çağrılmış və orada ona barəsində inzibati cərimə haqqında protokol olduğu və bu protokolun icra edilməli olduğu bildirilmişdir. Həmin protokola görə İXM-nin 529-cu maddəsi məsuliyyətə cəlb edilmiş, lakin məcəllədə bu normanın yol nəqliyyat hadisəsi ilə bağlı olması müəyyən edilmişdir. İkincisi, hadisə xx xxxxx 2020-ci il tarixdə baş versə də inzibati xəta haqqında protokol xx.xx.2020-ci il tarixdə hadisə yerində deyil, çox sonralar tərtib edilmişdir. Üçüncüsü həmin protokolla onun iştirakı olmadan, hüquq və vəzifələri izah olunmadan, bir sözlə iştirakı təmin edilmədən tərtib edilmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin rəisi Rəhman İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinin xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş material-larını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 529-cu maddəsinə əsasən, 529.1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur; 529.2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur; 529.3. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 529.4. İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə - üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin rəisi Rəhman İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 529cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğdə cərimə edilmişdir. X3 İXM-nin 529-cu maddəsi ilə nəzərdə tutlmuş inzibati xətanı törətmədiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin rəisi Rəhman İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən qərarın müəyyən etdi hissəsində xx.xx.2020-ci il tarixdə X3 ilə X8 arasında yaranan mübahisə zamanı hər iki tərəfin bir-birinə yetirməsi qeyd edilsə də, X3 tərəfindən sağlamlıq əleyhinə olan inzibati xətalarla deyil, idarəçilik qaydaları əleyhinə olan inzibati xətalarda, yəni İXMnin 529-cu maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 manat inzibati cərimə edilməsi qənaətinə gəlinmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən, şikayətçinin iştirakı təmin edilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərar heç bir sübuta istinadedilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və sübut edilməmiş, inzibati tənbeh vermə haqqında qərarda əməl düzgün qiymətləndirilməmiş, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda hər hansı sübuta istinad edilməmiş, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Bakı şəhəri Xətai RPİnin 35-ci PB-nin rəisi Rəhman İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin Polis Bölməsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALD İ : X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin rəisi Rəhman İsmayılov qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilsin və və iş yenidən baxılması üçün həmin Polis Bölməsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar