Məhkəmə qərarları › İş №3(011)-3837/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3837/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3837/2025 02.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Şəxsnə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin e-16(119)-66/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində qeyd olunan tələb üzrlü səbəb olmadan icra edilməmiş və **********00061 abonent kodlu sahibkarlıq subyektinə qazın verilməsi dayandırılmışdır. Bununlada, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmişdir. Lakin, borclu şirkət tərəfindən icra sənədinin icrası tam təmin edilməmişdir. Odur ki, borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Beləliklə, göstərilənlərə əsasən o, hüquqi şəxs Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-yə qazın verilməsi xx.xx.2025-ci il tarixdə səhər saatlarında dayandırılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin e-16(119)-66/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi onlara həmin tarixdə gec daxil olmuşdur. Hüquqi şəxs Zərərçəkmiş şəxs MMCnin əlavə olaraq da 20000 maatdan artıq borcu olduğundan qazın verilməsində gecikmə yaranmışdır. Məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli aktla da qazın verilməsinin bərpa edilməsi öz təsdiqini tapır. Odur ki, o, icra vərəqəsində qeyd olunan tələbin icra edildiyini bildirərək Şəxs İB-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin direktoru X4 ilə telefon əlaqəsi yaradılmış və izahat verərək bildirmişdir ki, Şəxs İB tərəfindən müəssisəyə gələn qaz xx.xx.2025-ci il tarixdə kəsilmiş və yalnız 4 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə bərpa edilmişdir. Direktoru olduğu müəssisə canlı təsərrüfat obyektidir və orada təqribən 700000 ədəd quş var. Quşların saxlanıldığı yerin temperaturası 1 dərəcə belə endirildikdə bu hal böyük tələfata səbəb ola bilər. Lakin bu barədə Şəxs İB-yə xəbər verilməsinə və Sumqayıt Kommersiya Məhkəməsinin e-16(119)- 66/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin əlbəəl təqdim edilməsinə baxmayaraq qazın verilişi xx.xx.2025-ci il tarixdə bərpa edilmişdir. Beləliklə o, icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşdığını bildirərək hüquqi şəxs Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin e-16(119)-66/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində qeyd olunan tələb üzrlü səbəb olmadan icra edilməmiş və **********00061 abonent kodlu sahibkarlıq subyektinə qazın verilməsi dayandırılmışdır; Sumqayıt Kommersiya Məhkəməsinin e-16(119)-66/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, müvəqqəti təminat tədbiri olaraq ərizəçi Zərərçəkmiş şəxs MMC-yə məxsus Xaçmaz rayonu, Çarxı kəndində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00061) təbii qaz təchizatının verilməsinin dayandırılması maraqlı şəxs Şəxsnə qadağan edilmişdir; icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-16(119)-66/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmiş, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxsnə göndərilmişdir; Şəxs tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-16(119)-66/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı icra edilmiş və Aztoyuq” MMC-yə məxsus Xaçmaz rayonu, Çarxı kəndində yerləşən sahibkarlıq obyektinə təbii qaz təchizatının verilməsi bərpa edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528-ci maddənin qeydinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə inzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-16(119)-66/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən müvəqqəti təminat tədbiri olaraq ərizəçi Zərərçəkmiş şəxs MMC-yə məxsus Xaçmaz rayonu, Çarxı kəndində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00061) təbii qaz təchizatının verilməsinin dayandırılması maraqlı şəxs Şəxsnə qadağan edilmişdir. Daha sonra, icra məmuru tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin e- 16(119)-66/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icraata başlanılmış, icraata başlama haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxsnə göndərilmiş və xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-yə məxsus Xaçmaz rayonu, Çarxı kəndində yerləşən sahibkarlıq obyektinə qazın verilməsi bərpa olunmuşdur. Qeyd olunan hal məhkəməyə təqdim olunmuş aktla öz təsdiqini tapmışdır. Qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Borclu isə icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə icra sənədi üzrə olan tələb məhkəmə qərar qəbul edənədək icra edildiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar