Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3841/2021 26.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X2 iştirakı ilə X2 Xətai Rayonu Dövlət X6 15 aprel 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat məbləğində cərimə təyin edilməsi barədə Xətai Rayonu Dövlət X6 15 aprel 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 13 MMC şirkətində aşbaz işləyir. Xüsusi karantin rejiminin sərtləşdirilməsindən sonra şirkətin mühasibatlığından bildirildi ki, o, portaldan qeydiyyatdan keçirilmişdir, işə davamlı gələ bilər. Sabahısı gün, yəni cərimə olunduğu gün DİN əməkdaşları tərəfindən yoxlanılarkən ona qeydiyyatdan keçmədiyi bildirilmişdir. Bu səbəbdən şirkətə zəng etmiş, aydın olmuşdur ki, mühasibatlıq onun köhnə şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə qeydiyyatdan keçirilib. Halbuki yeni şəxsiyyət vəsiqəsini vermişdir. Onunla qeydiyyata salmalı idilər. İcaze.gov.az mövcud olmayan şəxsiyyət vəsiqəsini qeydə alıb və 1 gün saxladıqdan sonra portaldan xaric edib, nə ona, nə də şirkətə heç bir bildiriş etməyib. Bu səbəbdən cərimə olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Xətai Rayonu Dövlət X6 nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Xətai Rayonu Dövlət X6 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, həmin 15 aprel 2020-ci il tarixdə qəbul edilmişdir. İş materiallarından görünür ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi on gün müddətdən artıq müddət keçdikdən sonra, yəni 18 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarını araşdırarkən müəyyən edilmişdir ki, X3 tərəfindən Xətai Rayonu Dövlət X6 15 aprel 2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X1nun Xətai Rayonu Dövlət X6 15 aprel 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 Xətai Rayonu Dövlət X7 tərəfindən qəbul edilmiş 15 aprel 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3841/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3841/2021
26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver